» » Lionel Messi “Barselona” ilə yeni müqaviləsinə xüsusi bənd əlavə etdirib

Lionel Messi “Barselona” ilə yeni müqaviləsinə xüsusi bənd əlavə etdirib

  • 5-01-2018, 10:45
  • idman
  • 70
Lionel Messi “Barselona” ilə yeni müqaviləsinə xüsusi bənd əlavə etdirib
Argentina millisinin futbolçusu Lionel Messi İspaniyanın “Barselona” klubu ilə yeni müqaviləsinə xüsusi bənd əlavə etdirib.

“Report” “El Mundo”ya istinadən xəbər verir ki, şərtə əsasən, Kataloniya müstəqil olacağı təqdirdə “Barselona” İspaniya, İngiltərə, Almaniya və ya Fransa çempionatında çıxış edə bilməsə, 31 yaşlı hücumçu heç bir təzminat ödəmədən azad agent statusu alacaq.

Messi noyabrın 25-də “Barselona” ilə 2020/2021 mövsümünün sonuna qədər nəzərdə tutulan sözləşməyə imza atıb. Yeni müqaviləyə əsasən, argentinalını transfer etmək istəyən klub Kataloniya klubuna 700 milyon avro ödəməli olacaq.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Lionel Messi əsas komandada 2004-cü il oktyabrın 16-da debüt edib. O, kataloniyalıların heyətində 8 dəfə İspaniya çempionu olub, 4 dəfə ölkə kubokunu, eyni sayda Çempionlar Liqasını qazanıb. 30 yaşlı hücumçu 5 dəfə “Qızıl top”a layiq görülüb. Messi həm də dünyanın ən ödənişli futbolçusudur. Onun illik məvacibi 43 milyon avro təşkil edir.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
Aydın Ulusoyla baxış bucağı
Aydın Ulusoyla baxış bucağı
SAVADIN QİYMƏTİ NƏ QƏDƏRDİR? XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda Читать далее
Nuray Dənizin maraq otağı silsiləsindən
Nuray Dənizin maraq otağı silsiləsindən
BİZ HARDAN GƏLİRİK VƏ HARA GETMƏLİYİK? Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir Читать далее
Xədicə Abdulla araşdırma
Xədicə Abdulla araşdırma
QANDİNİN QƏRİBƏLİKLƏRİ Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi. Читать далее
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930