Главная > hadise > Yevlaxda qadın piyadanı avtomobil vurub
Yevlaxda qadın piyadanı avtomobil vurub26-01-2018, 22:25. Разместил: djbaz |
Yevlax rayonunda piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Qarxun kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini, 1961-ci il təvəllüdlü Niyar İsfəndiyar qızı Əhmədova yolu keçən zaman avtomobil tərəfindən vurulub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Вернуться назад |