dini radikalizm və ekstremizmlə mübarizə

Prokurorluq Bakıda icra nümayəndəsinin oğlunun törətdiyi qətllə bağlı məlumat yayıb

Baxış Sayı:39

Prokurorluq Bakıda icra nümayəndəsinin oğlunun törətdiyi qətllə bağlı məlumat yayıb

Sentyabrın 20-də səhər saatlarında Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində 1991-ci il təvəllüdlü Aydan Babayevanın odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xəzər rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı, 1996-cı il təvəllüdlü Məhəmmədəli Babayevin aralarında yaranmış münaqişə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq Aydan Babayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məhəmmədəli Babayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, hadisəni törədən Məhəmməd Babayev Xəzər rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə icra nümayəndəsi Rahil Babayevin oğludur.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR