dini radikalizm və ekstremizmlə mübarizə

Tоfiq Yaqublunun cinayət işində hal şahidi kimi adı keçən Nəbi Acalov ittihamlara cavab verib

Baxış Sayı:79

Tоfiq Yaqublunun cinayət işində hal şahidi kimi adı keçən Nəbi Acalov ittihamlara cavab verib

Tоfiq Yaqublunun cinayət işində hal şahidi kimi adı keçən Bakı şəhər sakini Nəbi Acalov barəsində yayılan ittihamlara cavab verib.

Daxili İşlər Nazirliyininazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sosial şəbəkələrdə guya onun cinayət işində yalançı şahidlik etməsi ilə bağlı yayılan məlumatlar və ittihamlar əsassızdır.

O bildirib ki, hadisənin şahidi olmayıb və bununla bağlı heç kimə qarşı ifadə verməyib. O yalnız yol nəqliyyat hadisəsindən sonra yol polisinin dəvəti ilə baxışda iştirak edərək bu barədə aktı və sxemi könüllü imzalayıb.

Sosial şəbəkələrdə yayılan səs yazısında da, o bu şəkildə fikrini ifadə etməyə çalışsa da, onun fikirləri kimlərsə tərəfindən ictimaiyyətə səhv, təhrif olunmuş şəkildə təqdim olunub.

O bildirib ki, iş materiallarında olan və sosial şəbəkədə yayılmış avtomobillərin toqquşması ilə bağlı akt və sxemdəki imzalar ona məxsusdur, hətta bunu məhkəməyə ünvanladığı teleqramla da təsdiq edib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR