» » BDU-nun müəlliminə 50 min manatlıq dələduzluq edən şəxslə bağlı prokurorluq protest verib

BDU-nun müəlliminə 50 min manatlıq dələduzluq edən şəxslə bağlı prokurorluq protest verib

BDU-nun müəlliminə 50 min manatlıq dələduzluq edən şəxslə bağlı prokurorluq protest verib

Bakı Dövlət Universitetinin müəlliminə qarşı 50 min manatlıq dələduzluq etməkdə təqsirləndirilən Eldar Yusifov barəsindəki hökmdən prokurorluq protest verib.

APA-nın məlumatına görə, prokurorluq Eldar Yusifova verilən cəzanın ağırlaşdırılmasını tələb edib.

Protest Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun icraatına araşdırılır.

Məhkəmənin ilkin baxış iclası keçirilib. Məhkəmə baxışı fevralın 26-a təyin edilib.

Qeyd edək ki, 1967-ci il təvəllüdlü Eldar Yusifov tanışı Hüseyn Məmmədovdan külli miqdarda - 50 min pul alaraq vəzifəli şəxslərə verəcəyi və onun oğlunu hüquq-mühafizə orqanlarına işə düzəldəcəyi vədini verib. O, məhkəmədə özünü təqsirli bilməyib və bildirib ki, pulu Elbrus Əliyev adlı şəxsə verib. E.Əliyev isə istintaqdan yayındığı üçün axtarışa verilib.

Hüseyn Məmmədov BDU-da fəlsəfə müəllimidir. İllərdir BDU-da çalışan H.Məmmədov bir müddət kafedra müdiri olub.

E.Yusifova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 34, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldar Yusifov 11 min manat cərimə olunub və məhkəmə zalından azadlığa buraxılıb.
Oxşar xəbərlər
«    Şubat 2020    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829