dini radikalizm və ekstremizmlə mübarizə

Atatürk Mərkəzində İctimai Təhlükəsizlik Təşkilatı Təşəbbüslər Qrupunun təsis konfransı baş tutub



Djb.az xəbər verir. Tanınmış yazar, ITT-nin təşəbbüs qrupunun rəhbəri Vüsal Səid Rzazadə təşkilatın yaradılması səbəbi, məram və məqsədi haqqında açıqlama verib. V.S.Rzazadə bildirib ki, xalq və dövlət sevgisi "dövlətimin yanındayam" ifadəsi ilə yekunlaşmamalıdır! Dövlətin yanında olduğunu hər bir addımı ilə aydın izhar etməklə yanaşı, hər bir şəxs vaxtında, məqamında səfini seçməli, dövlət yolunda əlindən gələni etməli, lazım gələrsə canından, qanından belə keçməyi bacarmalıdır! "Ictimaiyyətin təhlükəsizliyni təhdid edən istənilən məsələyə qarşı
İctimai Təhlükəsizlik Təşkilatı öz mövqeyini çox sərt bildirəcək" deyən cənab Rzazadə onu da bildirib ki, hər işdə dövlət irəli atıla bilmir. Tutaq ki, cinayət əməli sayılmayan məqamda dövlət yoxdur. İctimai qınaq olmalıdır. Məhz belə məqamlarda olacaq ITT! Son proseslər göstərir ki, digər ölkələrin təxribatçı qrupları da ölkəmizdə çox aktivləşiblər. Onlar istər sosial şəbəkələrdə, istərsə də real həyatda insanları müxtəlif təxribatlara çəkməyə çalışır, özlərinə sərf edən məqamları trend edir, ictimai fikri çaşdırırlar. Həmin qrupların qarşısı vətənsevər insanlar tərəfindən tək-tək alınmağa cəhd edilir, sosial şəbəkələrdə cavabları verilir. Ancaq biz düşünürük ki, vətənsevər insanların bir təşkilatda birləşməsi, səsini daha bərkdən duyurması, belə qruplara cavab verə bilməsi daha yaxşı olardı! Açığı "İctimai Təhlükəsizlik Təşkilatı nə üçündür?!" sualına belə cavab vermək olar ki, ictimaiyyətin təhlükəsizliyinj təhdid edən, cinayət sayılmayan istənilən məsələyə cavab təşkilatımızın mövzusudur. Biz düşünürük ku, ictimai fikri çaşdıran qrupların, insanların, digər dövlətlərin diversiya qruplarının, agentlərin cavabını tək- tək verməkdənsə təşkilatlanaq, bir olaq, birlik olaq, birlikdə mübarizə aparaq! İctimai Təhlükəsizlik Təşkilatının yaranma səbəbi də məhz budur!
ITT TQ-nin üzvü, tanınmış jurnalist Elmar Hüseynov bildirib ki, vətənsevər insanlar istər "44 günlük Vətən müharibəsi" dövründə, istərsə də ondan sonrakı dövrdə xarici təxribatçılara qarşı tək-tək mübarizə aparıb. Amma bundan sonra İctimai Təhlükəsizlik Təşkilatı bu prosesləri yenidən vətənsevərlərin birgə təşəbbüsü və təşkilatçılığı ilə davam etdirəcək. Artıq qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət hazırlanıb. Qısa zamanda müraciət olunacaq. ITT TQ- nin digər üzvü, hüquqşünas, təşkilatın hüquqi- təşkilati işlərdən sorumlusu Xəlil Məmmədli, rejissor Alim Babayev, jurnalist Əntiqə Rəşid çıxış edərək yeni yaranan İctimai Təhlükəsizlik Təşkilatına uğurlar arzulayıblar.

Elmar Hüseynov

Oxşar xəbərlər
SON XƏBƏRLƏR