dini radikalizm və ekstremizmlə mübarizə

Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı


Djb.az xəbər verir ki, Milli məclisin sədr müavini Adil Əliyev sosial media hesabında yazıb:
- 2003-cü ilin bu günündə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqın yekdil səsiylə Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan cənab İlham Əliyev, Ümummilli Liderin əsasını qoyduğu bütün istiqamətlərin inkişafını tam təmin etdi. Hər zaman xalqımızın yanında olan ölkə başçısı bu müddət ərzində ölkəmizin rifahı, müstəqilliyinin və sərhədlərinin qorunması, iqtisadi artımı təmin edərək, dövlətimizi dünyanın ən güclü və nüfuzlu ölkələrindən birinə çevirdi. Məhz, Prezidentimizin atdığı düzgün və gələcəyə hesablanmış addımlar nəticəsində bugün Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrdən birinə çevrilərək, təkcə regionda deyil, eləcə də dünyada söz sahibinə malik olmuşdur. Eyni zamanda məhz Müzəffər Ali Baş Komandanın ordu quruculuğuna ayırdığı diqqət nəticəsində qüdrətli Azərbaycan ordusu formalaşmış və nəhayət Ermənistanın 30 illik işğalına son qoyulmuşdur. Prezident, Müzəffər Ali Baş Komandan Vətən müharibəsində həm cəbhədə gedən prosessləri dəqiqliklə izləyir və təhlil edir, eyni zamanda diplomatik danışıqlar masasında döyüş meydanında qazanılan qələbələri qoruyur, eləcə də xarici ölkə mediasının suallarını cavablandıraraq ölkəmizin taleyüklü məsələlərinin həllində Lider olaraq var gücü ilə çalışırdı. İstər müharibəyə qədər dövrdə Prezidentimizin gərgin əməyi nəticəsində ölkəmiz dünyada güclü ölkələrdən birinə çevrildi, eləcə də Vətən müharibəsində qüdrətimizi dünyaya göstərdik. Prezident İlham Əliyevin rəhbərliyində ölkəmiz daha da inkişaf edəcək, xalqımızın birliyi-bərabərliyi daim olacaqdır. Eşq olsun Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandana!


Oxunub: 429
Oxşar xəbərlər
SON XƏBƏRLƏR