dini radikalizm və ekstremizmlə mübarizə

Allah şəhidlərin öncə anasını seçir


Allah şəhidin öncə anası seçir, oğlunu şəhidlik məqamına hazırlaya, oğlunun şəhidliyinə dayana biləcəkmi deyə..Bu sözləri həm ürəkləri dağlayan bir hüzünlə, həm də qururla söylədi Şəhidimiz Seyidov Əlinin anası Lalə xanın.
Uşaqların valideynlərini seçmə şansı olmur, ancaq valideyerin çox yaxşı valideyn olma, övladlarını sözün əsl mənasında şəxsiyyət olaraq yetişdirmək şansları var.
Aile bir ferdin şəxsiyyət, həm də vətənpərvər, milli mənəvi dəyərlərinin fərqində, vicdanlı şəxsiyyət kimi yetişəcəyi ilk yuva ilk təməldir. Bu təməl sonra təhsil ocağında biliklə daha da qüvvətlənir.
Dümyada yayılmış məlum pandemiya səbəbi ilə bu il təhsil ibtidai siniflərdə 22 sentyabr, orta və ali təhsillər isə 29 sentyabr 2021 tarixində başladı.
Məhz ibtidai siniflərin həyatında önəmli bir gün kimi yer alan 22 sentyabr Bilik günündə 226 saylı tam orta məktəbin 1 c sinif müəllimi Samirə Cəfərovanın təşəbbüsü ilə Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda gedən müharibədə şəhid olmuş Sabunçü rayön Ramana qəsəbəsi sakini şəhidimiz Seyidov Əli Rəhim oğlunun evində ziyarətdə olduq.
Əzəmət və qürurla bizi qarşılayan şəhidimizin anası Lalə xanımla tanış olduq, şəhidimizi anasının dilindən daha geniş tanıdıq öyrəndik. Şəhidimiz Seyid Əli Lalə xanımın üç oğul övladından ən kiçiyidir. Atasız üç uşaq böyüdən Lalə anamız oğullarını vətənpərvər ruhda böyüdüb. Şəhid Əli isə övladlarının içində uşaqlıqdan həm bacarığı həm düşüncələri ilə xüsüsən seçilirdi deyir Lalə xanım. 4 ildir Azərbaycan Ordususunda XTQ nin kəşfiyyatçısı olan Əli Seyidov 27 sentyabr 2020 ci il müharibəyə səfərlikdən əvvəl 15 günlük məzuniyyətə ailəsini görməyə gəlsə də bu səfər ziyarət qısa sürdü Qarabağ torpaqlarımızın işğalda azadlığı uğrunda savaşa çagırış əmri ilə təkrar vəzifə qulluğuna geri qayıdıb.
XTQ nin 21 yaşlı kəşfiyyatçısı 7 erməni ilə əlbayaxa döyüşdə onları məhv edib, yaşının sayı qədər 21 erməni postuni darmadağan edib.
4 saniyədə silahı söküb yığmagı bacaran kəşfiyyatçımız eyni zamanda qaçış, qol güləşi və sərrast nişan atışında rekordçu olub. Seyid və Yırtıcı ləqəbiylə dosta qürur düşmənin bağrına qorxu salan igidimiz 44 günlük Vətən müharibəsində 04.10.2020 ci il Suqovuşan alınmasında şücaət göstərərək Şəhidlik zirvəsinə ucalmışdır.
Ramana qəsəbəsindəki bu evi Əli özü seçib istəmişdi. Bütün zəhmətimizi birləşdirib dama dama bu evin bir hissəsini tikib başa çatdırdıq. İndi bu ev Əlinin şəhadətindən sonra onun xatirəsinə həsr olunmuş ev muzeyinə döndü. Otaq başdan başa Səhidin əşyaları, uşaqlıqdan 21 yaş şəhidlik yaşına qədər çəkilmiş müxtəlif şəkilləri, hərbi geyimi, medal ve ordenləri, istifadə etdiyi əşyalarla sırayla düzülüb.
Gördüyünüz bu divar saatını Əli almışdı hətda batareyasını da ən son getmədən Əli alıb taxmışdı: ağlayaraq söyləyir Lalə anamız və əlavə edir: Əlinin şəhadət xəbəri gələn andan dayanıb saat elə o şəhadət xəbərinin saatını, dəqiqəsini göstərir. O anda qalıb zaman durub.
Lalə xanımın anlatdıqları ilə biz də Şəhidimizin uşaqlıq, gənclik illərinə xatirələrə qərq olduq. Həm şəkillərdən həm Lalə xanımın oğlu ilə bağlı xatirələrindən bəlli olur ana oğul bir birilərinə çox bağlı olmuşlar. Bilsəydim ki, bu Əlinin son gedişidir heç olmazsa doya doya qoxlayardım balamı deyib həzin həzin ağlayır anamız. Ən son hansı yeməyi bişirim sənin üçün soruşduğumda üç bacı dolma istəmişdi, yemək qismət olmadı balama. İndi bundan sonra söz vermişəm heç vaxt o yemekdən bişirmərəm....sözlər yetərsiz qalır, göz yaşlarımız düyün olur, boğazımızda.. nə deyilə bilinər ki, bu həsrətin nisgilin qarşılığında.
Bu yaxınlarda bir qrub şəhid anaları və şəhid uşaqları igid oğullarımızın qəhrəmalığı ilə azadlığına qovuşmuş Qarabağ torpaqlarımızı ziyarət edib. Lalə anamız bu səfər də ordakı təəssüratlarını göş yaşları içində bölüşür. O torpaqlara ayaq basmağa ürəyimiz gəlmirdi, bilmirdik ayağımızı yerə necə basaq, axı buralarda şəhidlərin qanı axıb...ağlayır. Qayıdanda biraz Qarabağ torpağından gətirdim ki, həm oğlumun,həm digər şəhidlərimizin məzarına qoyum. Sizlərin canı qanıyla azad olmuş o torpaqlar ruhunuz şad olsun şəhidlərimiz.
Hər bir şəhid anasının yegənə istəyi bu Vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi ehtiramla yad edilsin, xatırlansın və haqqları itirilməsin. Həm dövlətimiz, həm icra məmurları, tələbə və gənclər və yerli sakinlər tərəfindən layiqincə təmsil olunsun. Haqlı və yerində tələb və istəkdir. Axı biz bu gün azad bir ölkədə rahat nəfəs alırıqsa o Şəhidlərə və Qazilərimizə Ordumuza borcluyuq.
Lalə xanım Şəhidin təhsil aldığı məktəbin önündə şəhidin adına xatirə bulağının açılmasını çox arzu etsə də nə Ramana qəsəbəsi İcra Hakimiyyəti nə də həmin məktəb direktorluğu, Təhsil Nazirliyi tərəfindən müsbət dəstəklə qarşılanmayıb.
Lalə xanım yaşadığı mənzilin qarşısında öz imkanları ilə bulaq inşa etdirib. Şəhidlər Vətənin ruhiyyəti, yaşayan mənəviyyatı, canlı tariximizdir. Böyüyündən kiçiyə vəzifə statusundan asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı şəhidlərə və onları. əmanəti olan ailəsinə maddi və mənəvi borcludur, bəhanəsiz istisnasız! Odur ki, əl ələ verib dəmir yumruq olaraq həm Vətənimizə həm də tarix yazan Şəhidlərimzə, ailsinə sahib çıxmalıyıq.
Sonda bu təşəbbüsü vətəni sevməyi, tarixinə, dəyərinə sahib çıxmağı şagirdlərinə aşılayan təhsil işçimiz dəyərli müəllimə Samirə Cəfərovaya bu təşəbbüsdə iştirak üçün Djb.az saytına dəvətinə görə dərindən təşəkkür edirik. Djb.az saytı kollektivi olaraq daima Ölkəmizin, xalqımızın milli mənafeyinə xidmətdə, və şəhid ailələrinin qazilərimizin yanındayıq



Məleykə Aslanzadə
İcraçı direktor









Oxşar xəbərlər
SON XƏBƏRLƏR