dini radikalizm və ekstremizmlə mübarizə

Mövludun mübarək ŞƏHİDİM


Telefonuma gələn zəng Elmar Huseyndən idi... Bəli cənab zabit buyurun dedim.
Almaz xanım bu vaxt narahat etdiyim üçün bağışlayın gec olmasına baxmayaraq mən hələ işdəyəm .Səhər şəhidimizin mövlududur bazar günü olduğu üçün iştirak etmək istərsiniz dedim. Mən məmuniyyətlə deyərək sağollaşdım.
Deyilən saatdan da bir saat öncə Əmircan kənd məzarlığına üz tutdum. Son aylar səhhətimdə olan problemlərlə bağlı məzar üstünə gedə bilməmişdim. Yol boyu həyatda tanımadığım Orxanla söhbət etdim.
Sağol ay bala 2 aydır İlahəmi ziyarət etmirdim. 12 ildə ilk dəfə idi ki, bu qədər zaman onu yoxlamamışdım. Sənin qonağın olarkən balamada bir başçəkərəm. Beləcə birdə baxdım ki, artıq məzarlığın darvazasında dayanmışam. Əhliqubura fatiə, salavat hədiyyə etdikdən sonra aram-aram irəliləməyə başladım. Qarşıda bir dəstə insan toplanmışdı, üçrəngli bayraqlar dalğalanırdı. Hərbi geyimdə müxtəlif yaşlı məktəblilər, Suraxanı rayon YAP təşkilatının əməkdaşları, canlı işıqfor dediyimiz Xalid müəllim və yetişdirdiyi vətənpərvər uşaqlar məzarın çevrəsində düzülmüşdülər.
Beləcə hər kəslə görüşdüm hal- əhval tutdum. Həyatda tanımasamda sanki illərlə tanıdığım Orxanın rəsminə baxmağa başladım. Rəsm o qədər canlı idiki sanki insanla danışırdı.
Sanki Orxanın gözlərinin dediklərini qələm belə aciz idi yazsın.O, qürurlu baxışda düşmənə nifrət,vətənə sədaqət vardı. O baxışlarda qələbə sevinci, kövrək bir həsrət vardı... Daha nələr ... nələr... Bu düşüncələr içindəykən bir səs məni fikirdən ayırdı "gəlirlər:. İstər-istəməz məzarlığın qapısına tərəf boylandım. Orxan sevərlər gəlirdilər. Şəhidimiz Orxanın məzarı al qırmızı çiçəklərə sarıldı.
Beləcə 25.07.2021- ci il tarix Şəhid Baş Leytenant Hüseynov Orxan Bəhman oğlunun 30 yaşı tamam oldu.
Bu gün onun Şəhidlik zirvəsinə ucaldıqdan sonra qeyd olunan ilk doğum günüidi .
Suraxanı RİH-nin təşkilatçılığı ilə keçirilən tədbirdə Suraxanı RİHB-nin Aparatı-Vətən müharibəsi iştirakçıları, əlilləri və şəhid ailələri ilə iş şöbəsinin müdiri ehtiyatda olan polkovnik leytenant Elmar Hüseynov, müavin Qurbanəli İslamov, YAP-nın sədri Vüqar Seyidov, təşkilatın əməkdaşları, Şəhidin döyüş yoldaşları, şəhid ailələri, Əmircan bələdiy sədri Cəmilə Ağayeva, Əmircan Qəsəbə İcra nümayəndəsi, Kəndin Axundu Hacı Rəhim, din xadimləri, Suraxanı Gənclər Evi, Suraxanı Xidmət müəsissəsinin rəhbəri Natavan Rüstəmova, metodist Səbinə Əliyeva, Suraxanı Rayon Gənclər və İdman idarəsinin əməkdaşı Pəşid Heydərov, Djb.az xəbərlər və informasiya saytının rəhbəri Almaz İlahə Əhmədova və rayonun fəal gəncləri iştirak edirdilər.
Tədbir iştirakçıları tərəfindən Şəhidin məzarı önünə gül dəstələri qoyuldu, iştirakçılar tərəfindəm çıxışlar edildi. Döyüş yoldaşları Orxanın Hüseynovun döyüş yolundan fəxr hissləri ilə danışdılar. Şəhid atasının istəyini nəzərə alaraq məzarın qarşısında Azərbaycan Respublikasının Dövlət himni ifa olundu. "N" saylı hərbi hissə komandirinin Azərbaycan Bayraq Ordenli polkovnik Orxan Rzayevın və Suraxanı RİH başçısı Əziz Əzizovun şəhid üçün muraciyətləri tədbir iştirakçılarına çatdırıldı.
Tədbirin ikinci hissəsi Baş leytenant Orxan Hüseynovun evinin qarşısında büstün açılışı ilə davam etdi. Şəhidin ev muzeyində 30 yaşı üçün hazırlsnmış tortlar oğlu Murad və şəhidin atası tərəfindən kəsildi. Çay süfrəsi zamanı YAP-nın sədri Vüqar Seyidov, Elmar Hüseynov Ali Baş komandanın şəhid ailələrinə və Qazilərə göstərdiyi diqqət və qayğıdan söz açdılar.

ŞƏHİD HÜSEYNOV ORXAN BƏHMAN OĞLU
Şəhid Baş Leytenant Hüseynov Orxan Bəhman oğlunun ailəsi özü də daxil olmaqla 4 nəfərdən ibarət idilər. 2 qardaş, ata və ana. Onun əxizlərinə son sözü bu cümlələr olub "ailəmi, usaqlarımı Allaha və sizə əmanət edirəm, gedib də qayitmamaq var. Sağ olun haqqınızı halal edin" demişdi.
Hüseynov Orxan Bəhman oğlu 1997-ci ildə C. Rəhimov adına 146 saylı orta məktəbə daxil olmuşdur. 2008-ci ildə həmin məktəbi bitirmisdir. 2009-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuş və 2013-cü ildə hərbi məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 2013/2014-cü illərdə Mudafiə nazirliyinin Təlim və Tədris Mərkəzində (TTM) təkminləşdirmə kursu keçərək, ixtisasını daha da mükəmməl səviyyəyə çatdırmışdır. 2014-cü ildə Qusar şəhərində yerləşən N saylı hərbi hissədə taqım komandiri olaraq hərbi xidmətə başlamışdır. Öz nümunəvi xidməti ilə həmkarlarının və şəhidin rəğbətini qazanmışdır. Yüksək nailiyyətlərinə görə fəxri fərmanlarla təltif olunmuşdur. 2017-ci ildə Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə müvafiq vəzifəyə təyin olunmuşdur. Düşmənlə ən yaxın məsafədə olan postlarda qulluq etmişdir. 2017-ci ilin oktyabr ayında Yevlax rayonunda yerləşən "N" saylı hərbi hissəyə təyinat almış və son gününə kimi o rada xidmətə davam etmişdir. Xidmət etdiyi hərbi hissədə zabit və əsgərlər arasında hörmət qazanmışdır. Orxan son dərəcə istiqanlı və savadlı zabit idi. Dostları və tanışları arasında secilərdi. Ailəsi deyir ki, Orxan vətən sevdalısıidi, Müharibəyə getdiyi son günə kimi torpaqlarımızın azad olunmasında iştirak etmək ən ümdə arzularından biri idi. Cox qısa bir zamanda torpaqlarımızı azad edəcəyik deyirdi. Azad etdi ölümün gözünə dik baxaraq. Ölümündən sonra Orxanı tanıyan hər kəs onun Suqovuşanda göstərdiyi qəhrəmanlığından danışırdı. Döyüş yoldaşları onun necə cəsur olduğunu və onun kimi bir oğulu böyüdən valideynlərə öz minnətdarlıqlarını bildirdilər.
Orxan Şəhidlik zirvəsinə ucaldıqdan sonra ehtiyata buraxılan əsgərlər onun evini və qəbrini ziyatət edib, komandirləri haqqda xoş xatirələrini bölüşmüşlər. Əsgərlər Orxanın atasına dediyiblər ki, Orxan bizim komandirimiz olmaqla yanaşı həm də, dostumuz, böyük qardaşımız olmuşdur. O, hər bir əsgərin qayğısına qalar, hec kimin xətrinə dəyməzdi. Lazım gəldikdə zabit əzmini də göstərirdi. Ancaq biz əsgərlər ondan hec vaxt incimirdik, cünki tələblərinin arxasında sadə və mehriban bir insan var idi. 2020-ci il Vətən müharibəsində döyüş bölgəsində şücaət göstərərək Suqovuşanın azad olunmasında 12 düşmən postunu ələ kecirmisdi, Yaralı əsgərlərini minalı sahələrdən cıxarmıs və düşmənin minatanlarının atəşi nəticisində coxlu sayda qəlpə yarası alaraq şəhidlik zirvəsinə ucalmışdır.
Biz şəhidlərimiz haqqında məlumatları dəqiqləşdirərək genişləndirir və bu istiqamətlə gənclərimiz marifləndirməkdə davamedəcəyik.


Almaz İLAHƏ














Oxunub: 628
Oxşar xəbərlər
SON XƏBƏRLƏR