dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan Milli Mətbuatının 146 illik yubileyi münasibətilə bütün həmkarlarımızı təbrik edirəm.


Azərbaycan mətbuatının banisi Həsən Bəy Zərdabidir.Böyük çətinliklərdən sonra o,Bakıda ana dilində “Əkinçi” qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875ci il iyulun 22-də çToapdan çıxmışdı. “Əkinçi” qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu.1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü. “Əkinçi” qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır.

Qəzetin mütərəqqi ideyaları Rusiya hakim dairələrini narahat etmiş və iki il sonra qəzet bağlanmışdı.Azərbaycan mətbuatının ilk müjdəçisi “Əkinçi”dən sonra bu sahədə xeyli irəliləyişlər olmuşdu. XIX əsrin sonlarında “Ziya”, (1879), “Kəşkül” (1880),”Kaspi” (80-90-cı illər) qəzetləri nəşrə başlamışdı. XX əsrin əvvəllərində C. Məmmədquluzadə, M. Şahtaxtinski, S. Hüseyn, Ö. Faiq Nemanzadə, Ü. Hacıbəyov və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparırdılar. Bu gərgin mübarizə öz nəticəsini verdi. “Şərqi-rus” (1903), “Həyat” (1905), “Açıq söz” (1915), “Azərbaycan ” (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxdı

Əsrin əvvəllərində Azərbaycanda çıxan dövri mətbuat orqanları sözsüz ki, milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olmuşdur. Azərbaycan1918-ci il mayın 28-də öz müstəqilliyini qazanmasında milli mətbuatın da mühüm rolu olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin bütün xadimlərinin həm bir lider kimi formalaşmasında, həm də onların siyasi fəaliyyətinin gerçəkləşdirilməsində mətbuatın misilsiz xidmətləri vardır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ümummilli platformadan çıxış edən “Azərbaycan” qəzetinin dahi Üzeyir bəy Hacıbəyov tərəfindən nəşr edilməsi ictimai-siyasi proseslərin milli mədəniyyətin inkişafı ilə nə qədər bağlı olduğunun ən bariz nümunəsidir. Əslində Cümhuriyyət dövrü mətbuatının fəaliyyəti Həsən bəy Zərdabi ideyalarının, “Əkinçi” prinsiplərinin həyata keçirilməsinin yeni və çox mühüm mərhələsi idi. Təəssüf ki, bu mərhələnin ömrü az oldu.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra həyatın bir çox səhələrində olduğu kimi mətbuatın inkişafında da dönüş yarandı, siyasi plüralizm və söz azadlığını təmin etmək üçün mühüm işlər həyata keçirildi. Hələ Azərbaycan Xalq Cümhuriyyәti illərindən sonra rüşeym halında inkişafını dayandırmış proseslər yenidən dirçәlәrәk demokratik mətbuatın inkişafına xidmət etdi.

Azərbaycan mətbuatının sürətli inkişafı respublikamızda dünya standartlarına cavab verən müstəqil kütləvi informasiya vasitələrinin yaranmasına gətirib çıxardı. Bu gün hüquqi, demokratik dövlət və vətəndaş cəmiyyəti qurmaq istiqamətində irəliləyən Azərbaycanda 650-dən çox müxtəlif kütləvi informasiya vasitəsi – qəzet, jurnal, informasiya agentliyi və teleradio şirkətləri fəaliyyət göstərir. Bu da ölkəmizin mətbuatının inkişaf yolunda olmasına dəlalət edir.

Bütün Sovet Sosialist Respublikası İttifaqında (SSRİ) başlayan yenidənqurma havası Azərbaycana da çatdı və ictimai mühitə kəskin təsir göstərdi. Millətin dirçəliş dövrü kimi tarixdə qalan 1989-cu ildə “Azərbaycan” qəzeti yaradıldı. Müstəqil mətbuatın qaranquşları hesab edilən “Səhər” qəzeti 1989-cu ilin 4 avqust tarixində və “Azadlıq” qəzeti 1989-cu ilin 24 dekabr tarixində işıq üzü gördülər. “Səhər”ə tanınmış jurnalist Məzahir Süleymanzadə, “Azadlıq”a tanınmış jurnalist Nəcəf Nəcəfov rəhbərlik edirdilər.

1990-cı ildə “Zerkalo”, “Səs”, 1991-92-ci illərdə “Yeni Müsavat”, “İki Sahil”, “525-ci qəzet”, “Yeni Azərbaycan” qəzetləri nəşr olunmağa başladı.

1998-ci ilin avqust ayının 6-da prezident Heydər Əliyevin imzaladığı xüsusi Sərəncamla Azərbaycanda mətbuat üzərindən senzura götürüldü. Həmçinin, 1999-cu ildə Kütləvi İnformasiya Vasitələri (KİV) haqqında Azərbaycan Respublikasının Qanununun (ARQ), digər hüquqi-normativ aktların qəbulu həyata keçirilib.

Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin (KİV) inkişafına Dövlət Dəstəyi Konsepsiyası (DDK) kimi mühüm bir sənəd təsdiq olunmuşdur. Konsepsiyaya uyğun olaraq 22 may 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (DDF) yaradılmışdır.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi.Bu gün ölkəmizdə yüzlərlə mətbuat orqanı-qəzet və jurnal fəaliyyət göstərir. Milli mətbuatımız illər keçdikcə daha da büllurlaşacaq, saflaşacaqdır. Azərbaycan Respublikasının Prezidentinin sərancamı ilə “Əkinçi” qəzetinin nəşrə başladığı gün – 22 iyul Milli mətbuat və jurnalistika günü kimi qeyd olunur.

Hazırda ölkədə 4500-ə yaxın mətbuat orqanı Ədliyyə Nazirliyində (ƏN) qeydiyyatdan keçib

Bu gün Sosial və siyasi mübarizənin, elmi bilikləri yaymağın, maarif və mədəniyyəti inkişaf etdirməyin, ictimai rəyi və dünyagörüşünü formalaşdırmağın qüdrətli silahı olan mətbuatın xalq kütlələrinin maarifləndirilməsində, milli iqtisadiyyat və mədəniyyətin inkişafında rolu getdikcə artır.

Hər zaman doğru dürüst məlumatların carçısı olmaqla yanaşı ,əsil vətənpərvər , millətini sevən, xalqını sevən , öz Prezidentinin yanında sıx birləşən jurnalistlər ordusu olmalıyıq! Zəngin tarixi ənənələrə malik Azərbaycan milli mətbuatının bu gün 146 ili tamam olur.

Hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkəti, sürətlə inkişaf edən internet resursları vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyev iyunun 30-da imzaladığı “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” sərəncamda milli mətbuatın keçdiyi şərəfli yola nəzər salınmaqla bərabər, medianın üzərinə düşən vəzifələr də diqqətə çatdırılıb. Sərəncamda qeyd olunub ki, ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Bununla belə, kütləvi informasiya vasitələri də ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmamalı, kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da gücləndirməlidir. Sərəncamda bildirilib ki, modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi medianın inkişafını şərtləndirən başlıca amillər olmalıdır.

Azərbaycanda bütün sahələrdə olduğu kimi media sektorunda da inkişaf özünü göstərməkdədir. Onun sözlərinə görə, bu, sadəcə informasiya texnologiyalarının inkişafı ilə səciyyələnmir: “Bu, eyni zamanda dövlətin mediaya, jurnalistikaya, bu peşənin daşıyıcılarına olan diqqət və qayğısından qidalanan bir məqamdır. Azərbaycanda hər bir jurnalistin sərbəst şəkildə peşə fəaliyyəti ilə məşğul olmaq imkanı var. Bunun üçün münbit şərait var. Bundan başqa, jurnalistlərin sosial vəziyyətinin daha da yaxşılaşdırılması üçün də dövlət səviyyəsində mühüm addımlar atılıb. Jurnalistlərin mənzillə təmin edilməsi, onlara müəyyən köməkliklərin edilməsi və sair bu qəbildəndir. Medianın inkişafı, jurnalistlərin peşəkarlığının davam etdirilməsi üçün proqramlar həyata keçirilir”.

Müharibə şəraitində yaşayan və bu müharibənin odundan, alovundan keçən ölkə olaraq həqiqətlərimizin təbliği, erməni yalanlarının ifşası, düşmənlə ideoloji mübarizədə fəallıq günümüzün əsas çağırışlarındandır. İllərdən bəridir ki, mətbuatımız müasir dövrün imkanlarından maksimum istifadə etməklə bu missiyasını layiqincə yerinə yetirir. 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətində törətdiyi təxribata Azərbaycan əsgərinin verdiyi tutarlı cavab zamanı, həmçinin Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi uğrunda 44 gün davam edən, ordumuzun şanlı qələbəsi ilə nəticələnən Vətən müharibəsi dövründə media da informasiya savaşında öndə oldu. Müharibə dönəmində bəlkə də ən çətin iş elə medianın üzərinə düşdü. Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, Vətən müharibəsinin beynəlxalq mediada işıqlandırılması, sosial mediada təxribatların qarşısının alınması istiqamətində kütləvi informasiya vasitələr müstəsna xidmətlər göstərdi.Ölkəmizdə medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Möhtərəm Prezidentimiz İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 12 yanvar 2021-ci il tarixli, 1249 nömrəli Fərman imzalayıb. Fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.İnanırıq ki, qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkan­lardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması, ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi baxımından Medianın İnkişafı Agentliyinin mühüm xidmətləri olacaqdır.

Peşəkar jurnalistika ilə vətəndaş jurnalistikası, həvəskar jurnalistika arasında rəqabətin şahidiyik. İnformasiya texnologiyalarının inkişafı elə bir səviyyəyə çatıb ki, hər bir insan müasir dövrdə informasiya alış-verişinin bir tərəfinə, informasiya mübadiləsinin iştirakçısına çevrilir. Bunun müsbət tərəfləri ilə bərabər, mənfi cəhətləri də var. Əsasən informasiya təhlükəsizliyi baxımından, Azərbaycana qarşı aparılan informasiya müharibəsi aspektindən müəyyən mənfi məqamlar özünü göstərməkdədir. Gələcəkdə sosial medianın fəlsəfəsi, sosial media alətlərindən istifadə, informasiya təhlükəsizliyi, informasiya müharibəsi ilə bağlı geniş auditoriyanı əhatə edəcək seminar və tereninqlərin keçirilməsi böyük səmərə verə bilər. Bayramımız mübarək əziz həmkarlarım !

“Qafqaz-Media “İctimai Birliyinin sədri Hacı Azadə-Taleh Abbasqızı hər il ,Milli Mətbuat Günü münasibətilə tanınmış jurnalistləri ətrafına toplayıb onları xüsusi təbriklərini ünvanlayır.Bu ildə, ənənəsinə sadiq qalaraq Xətai Sənət Mərkəzində tədbir təşkil edib tanınmış jurnalistləri ətrafına topladı.Tədbiri giriş sözü ilə açan Hacı Azadə-Taleh Abbasqızı Cari il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşməsi nəticəsində Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov şəhid oldu. Bu hadisə ölkə mətbuatını, bütövlükdə Azərbaycan xalqını dərindən sarsıtdı.Vətən uğrunda canlarından keçmiş şəhidlərimizi və şəhid jurnalistlərimizi unutmadı xatirələrini yad edərək , Jurnalistlərimizin himnimizi səsləndirməsi ilə tədbir açıq elan edildi.

Seyid Surə tanınmış alim-jurnalist Naxçıvan Ali Məclisinin Hümanitar şöbənin müdiri, Real TV-nin Quba rayonu şöbəsindən Əhmədov Rauf Bayram oğlu ( Real tv müxbiri )
Hüseynov Rahim Seyfulla oğlu ( Şair -jurnalist )
Ramazanov Ramiz Ramazan oğlu ( Itv müxbiri
Gəncə şəhərindən Nüşabə Əsəd Məmmədli -yazıçı, Xəzangül Hüseynova-şairə-jurnalist, Füzuli Rüzgar -jurnalist, Şəfa Vəli-şairə,Elnur Rzayev-jurnalist. Daşkəsən rayonundan İctimai Xadim Cavanşir Qocayev NMedia.Az saytının direktoru Nicat Dilqəmli
Vüqar İmanov-Trend.az
Azər Əhmədbəyli-Trend .az
Etibar Əliyev-ARB-Sitatın Sonu
Dünya TV
Ramiz Hüseynov-əməkdar jurnalist
Aybəniz Hacıyeva-DTV-nin baş direktoru
Könül Həbibqızı-DTV-nin baş aparıcısı
Eldost Bayram-xalq artisti
Minəxanım Nuriyeva-Təkəli
Professor Mətanət Əzimova
AZTV “Ünvanımız Azərbaycandır”
verilişinin aparıcısı Otərxan Eltac AzTV
Hərbi jurnalist, senarist və redaktor Mahəddin Əsgər Isax oğlu AzTV
tanınmış jurnalist Ülkər Muxtarova AzTV
Aparıcı müxbir
Məmmədzadə
TamillaTeymur qızı
Azad Azərbaycan qəzetinin redaktoru. Pərvin Əsgərli ATV xəbərlər proqramının aparıcısı. Maya İmran. Ülviyyə Qarayeva-Jurnalist (Atv). Əli Novruzəliyev
Ramilə Sultan
Respublika TV-nin rəhbəri
Şamo Rizvanov
“Açıq Səma”qəzetinin baş redaktoru
Seyidova Şərqiyyə əbülfət qızı
Cahan Vəliyeva
“Açıq Səma”qəzetinin redaktoru
Almaz İlahə Əhmədova-DJB.az-ın rəhbəri
Müstəqil Jurnalist
Yeni Zaman TV rəhbəri
Mətanət Əsgərqızı. Şəmsiyyə Kərimova-əməkdar jurnalist, Güllər Turan-Turan İA-nin rəhbəri, Elcan Məmiyev-gənc şair-jurnalist Gülnarə Məhərrəmova Yasamal rayonu YAP təşkilatının üzvü. Gənc jurnalist Aysel Azad Foto müxbir Fərrux. Tanınmış şairə Elmira Mahalqızı Borçalı qazetinin müxbiri Elmira Əhmədova, AzTac.Az Saytının baş redaktoru Mirdaməd Əzizov, AzTac.Az və Qafqazmedia.Az saytlarının redaktoru Aygün Məmmədova “Qafqaz Media “İctimai Birliyinin təsis etdiyi “Cəsarətli Qələm” medalı ilə təltif olundular. Tədbirdə mükafata layiq görülən bütün həmkarlarımızı təbrik edirik!

Tədbirin sonunda Hacı Azadə-Taleh Abbasqızı Xətai Sənət Mərkəzinin Direktoru Zahid Əvəzova və Administratoru Nəzakət Əvəzovaya tədbirdə yaradılan şəraitə görə xüsusi təşəkkürünü bildirdi.


























Oxunub: 951
Oxşar xəbərlər
SON XƏBƏRLƏR