dini radikalizm və ekstremizmlə mübarizə

İsmayıl İsmayılov ARVT-nin Həmkarlar İttifaqı Komitəsinin sədri təyin edildi

Baxış Sayı:263


Vətən uğrunda-vətənpərvər insan
Dövlət və dövlətçiliyə sadiq, siyasi və mənəvi cəhətdən möhkəm, iradəli, çalışqan və qətiyyətli, dövlətin bütün tədbirlərinin mahiyyətini düzgün başa düşən, özünə qarşı tələbkar, intizamlı və nümunəvi, vətənini sevən vətənpərvər insan İsmayıl İsmayılov Vahıb oğlu Respublika Veteranlar Təşkilatının Hərbi Vətənpərvərlik şöbəsində illərdir ki çalışaraq rəhbərliyin etimadını daim doğruldub. Bu şəxs Respublika Veteranlar Təşkilatının gənclərin vətənpərvərliyinin tərbiyəsi işinin həyata keçirilməsində böyük rol oynayır. Bu, çox qürur verici haldır! Gələcəyimizin etibarlı təməli - vətənpərvərlikdir-şüarını rəhbər tutaraq İsmayıl İsmayılov hər daim müsəlləh əsgər kimi iş başındadır. Onun Təşkilatda işlədiyi dövrə nəzər salsaq vətənpərvərlik sahəsindəki gördüyü işləri sayıb qurtarmaqla bitməz. Rəhbərliyin tapşırıqlarına əsasən İsmayıl İsmayılov bir sıra yerli və beynəlxaq tədbirləri yüksək səviyyədə və uğurla həyata keçirərək dövlətin həyata keçirdiyi siyasətə öz dəstəyini hər daim göstərib. Məktəb, lisey və ali təhsil ocaqlarında həyata keçirdiyi tədbirlərdə yeniyetmə və gənclərə vətənpərvərlik hisslərini aşılayaraq vətəni sevməyi, layiqli vətəndaş olaraq yaşamağı tövsiyə edib. İştirak etdiyi “Sülh göyərçini”, Taqanroq şəhərində 416-cı diviziyanın 76-cı ildönümü, Moskvada keçirilən “Бал Победа” və.s bu kimi beynəlxalq tədbirlərdə isə Ümummilli lider Heydər Əliyevin - "Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır" sözlərini özü üçün bayraq tutaraq ölkənin sərhədlərindən kənarda da dövlətini, işlədiyi Təşkilatı yüksək səviyyədə təmsil edərək hər zaman uğurlarla vətənə dönüb.
İndiyə qədər fəaliyyəti nəzərə alınaraq bu yaxınlarda İsmayıl İsmayılova Təşkilatın Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinin icrası tapşırılıb.

Respulika Veteranlar Təşkilatının Mətbuat Xidməti

Oxşar xəbərlər
SON XƏBƏRLƏR