dini radikalizm və ekstremizmlə mübarizə

Fransa Senatında Bakıya dəstək olan yeganə senator danışdı

Baxış Sayı:46

Fransa Senatında Bakıya dəstək olan yeganə senator danışdı

Mən bu qətnamə təklifini qəbul etmirəm. Bu təklif tarixi, siyasi və diplomatik baxımdan aydın deyil. Düşünürəm ki, bu, yalnız erməni lobbisinin məmnunluğu üçündür və heç bir əhəmiyyəti yoxdur.

KONKRET.az xəbər verir ki, bunu Fransa Senatının üzvü Natali Qule deyib.

O bildirib ki, Fransa Minsk qrupunun həmsədri kimi neytral olmalıdır, lakin Ermənistanın tərəfini tutur:

“Bu, yolverilməzdir. Əsas təəccüb doğuran məqamlardan biri də Azərbaycana aid olan qətnamədə Türkiyəyə qarşı da hücumların olmasıdır”.

Senatın üzvü qeyd edib ki, bu ədalətsiz qətnamənin heç bir nəticəsi olmayacaq. Fransa mövcud olmayan bir “respublika”nı tanımayacaq. Heç Ermənistanın özü bu qondarma “respublika”nı tanımayıb.

Natali Qule bildirib ki, qətnamənin qəbul olunmasının digər səbəblərindən biri də bəzi senatorların çoxsaylı erməni elektoratının olmasıdır:

“Qətnamənin lehinə səs verən senatorların çoxu Qarabağı xəritədə göstərə bilməzlər, çünki onlar heç bilmirlər o haradadır. BMT-nin qətnamələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərini tərk etməsi tələb olunurdu, lakin heç kim tərpənmirdi. Otuz il davam edən münaqişəyə etinasız olan, onunla maraqlanmayan siyasətçilər Rusiyanın iştirakı ilə atəşkəsə nail olunandan sonra sanki “qəflət yuxusundan ayıldılar”. (axar.az)

Oxşar xəbərlər
SON XƏBƏRLƏR