dini radikalizm və ekstremizmlə mübarizə

Biləsuvar və Lənkəranda tələbə könüllülər COVİD-19 pandemiyasına qarşı mübarizə aparırlar


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə yardımı, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tərəfdaşlığı ilə Müasir Gənclərin İnkişafına Dəstək” icitimai birliyi tərəfindən həyata keçirilən “Tələbə könüllülərlə birgə COVİD-19 pandemiyasına qarşı mübarizənin təşkili” layihəsi davam edir.

Təşkilatın Mətbuat xidmətindən verilən məlumata görə, layihə çərçivəsində pandemiyadan əziyyət çəkən və sosial cəhətdən dəstəyə ehtiyacı olan vətəndaşlara birdəfəlik yardımların göndərilməsi həyata keçirilib.
Eyni zamanda layihə çərçivəsində könüllü tələbələrlə birlikdə Biləsuvar rayonu və Lənkəran şəhərlərində aztəminatlı ailələrə ərzaq yardımları və ictimai yerlərdə əhaliyə COVİD-19 xəstəliyindən qorunmaq üçün tibbi və gigiyenik vasitələr paylanılıb.

Lənkəran və Biləsuvar rayonlarında tibbi və gigiyenik vasitələrin paylanılması qarşıdakı günlərdə də davam etdiriləcək.

Tural Nəsirli





Oxunub: 452
Oxşar xəbərlər
SON XƏBƏRLƏR