dini radikalizm və ekstremizmlə mübarizə

QÜRUR VƏ GÖZ YAŞLARINDA BOĞULDUĞUM BİR GÜN


15.07.2020 göz yaşlarımda boğulduğum daha bir gün. İşdə idim oğluma zəng etdim tapşıracağım bəzi işlər var idi. Telefon zəngimə cavab vermədi təkrar aradım, telefonu açmaq istəmədiyini bildirmək üçün yəqin telefonu söndürdü. İlk dəfə belə bir durumla qarşılaşırdım. Nə olursa olsun yatmış olan yerdən belə telefonuma cavab verən oğlum nədən mənə cavab cerməsin deyə düşündüm.
Təxminən bir saar sonra zəng etdi. Ana bağışla hərbi komisarlıqdaydım onun üçün cavab verə bilmədim. Mən söhbəti uzatmadım. Bir neçə gün idi ki, əsgərlikdə olan dostlarının gəlişi ilə bağlı çox narahat idi, düşündüm həqiqətən gözəl övlad tərbiyyə etmişəm. Əsl sədaqətli dostdur.
-Axşam saatlarında qızım nəvələrim bizə toplaşdılar çay süfrəsi arxasında şəhidlərdən söhbət edirdik, 14.07.2020- ci il tarixində gecə saatlarında olan yürüşdən və s... mövzuları təhlil edərkən. Mən dedim:- Görəsən bu gün gənclər könüllü olaraq yaşadıqları ərazü üzrə hərbi kamisarlığa getdilərmi?
Oğlum heç nə olmamış kimi dedi.
Yəqin ki, maşın aşıraraq şou göstərənlər getməz. Vətənini anasını bacısını qorumaq istəyənlər gediblər.
Fikri ilə tam razı idim. Şəhidlərimiz və Qarabağ şüarı altında birləşmək üçün edilən yürüşd bu kimi addımlar etmək olmazdı.
Amma təxribat törətmək istəyənlər bu durumdan da yararlanmağa can atdılar.
Mən oğlumdan soruşdum Ana qurban Sən niyə getmişdin? Uşaqlarla bağlı bir xəbər öyrənə bildinmi? Görəsən Suraxanı hərbi komisarlığında nə qədər gənc müraciət etdi?
O sakit sakit dedi. Maraqlandım hələki Vüsalın gəlməsi ayın axrına gözlənilir. Amma hələki qərar yoxdur. Mən də könüllü olaraq xidmətə getmək üçün adımı yazdırdım.
İlk öncə eşitdiyim sözdən sarsıldım. Sonra özüm özümə dedim ay Almaz xanım bu övladdan nə gözləyirdin ki, axı o atasının oğludur. Axı atası Qarabağın ən ağır günlərində qardaşlarının yanında olmadımı? Düşündüm demək oğlum təkrar hərbi geyimi geyinərək Vətənin keşiyində durmağa hazırdır. Demək ki zəhmətim hədər getməyib.
15.05.2020 ci il tarixi Şəhidlərimizin ağrısı acısı, qəhrəmanlığı ilə fəxr etdim.
Bu tarixdə təkrar oğlumla qürur duydum.
Üzünə çox söz deyə bilərdim amma deyə bilmədim. Sadəcə uca boyuna baxaraq ürəyimdə dedim:-
Boyuna qurban oğlum,, ürəyinə qurban mənim qeyrətli balam. Səninlə fəxr edirəm. Səninlə qürur duyuram. Bir qadının əsl xoşbəxtliyi övladı ilə fəxr etdiyi andan başlar.
Demək ki, hər bir ağrı acını sara biləcək sevinc övladın valideynə bəxş etdiyi duyğulardadır.
Dünənki göz yaşlarımın sonunda bir vətənpərvər övladımla qürur duydumsa demək az da olsa mən də bu vətənə nə isə etmişəm.
Allah gənclərimizi qorusun. Allah Vətənimizin başı üzərində olan qara buludları aydınlığ səmaya çevirsin.

Almaz İlahə

Oxunub: 632
Oxşar xəbərlər
SON XƏBƏRLƏR