» » Ziyalılar Prezidentə jurnalist Aydın Canıyevlə bağlı müraciət imzaladılar

Ziyalılar Prezidentə jurnalist Aydın Canıyevlə bağlı müraciət imzaladılar

Ziyalılar Prezidentə jurnalist Aydın Canıyevlə bağlı müraciət imzaladılar

Hörmətli cənab Prezident İlham Əliyev!

Biz, aşağıda imza edənlər, nəzərinizə çatdırırıq ki:

Heç vaxt özümüzə görə Sizə ağız açmasaq da, Azərbaycan mətbuatının 145 illiyi ərəfəsində qərara gəldik ki, bu 145 illik mətbuat tariximizin 35 ilində Bakıda və Moskvada azərbaycandilli və rusdilli qəzetlərdə ("Xalq qəzeti”, "Azərbaycan”, "Bakinskiy raboçiy”, "Azadlıq”, "Yeni Müsavat”, "Milli yol, "Məkan”, "Xural”, "lent.az", "azvision.az", "teleqraf.com" və çoxsaylı qəzet və portallarda işləmək və əməkdaşlıq etməklə) özünəməxsus dəst-xətti və mübarizliyi ilə seçilən, gənc yaşlarından hərbi-vətənpərvərlik ruhunu təbliğ edən, "Azərbaycan, Azərbaycanlılıq və Azərbaycanlı” ideologiyasının təbliğatçısı olan, dövlətçilik ənənələrinin qorunması istiqamətində ən sərt analitik yazıları yazan, ölkənin, xalqın, dövlətin əleyhinə daxili və xarici düşmənlərin məkrli siyasətini ifşa edən, milli-mental dəyərlərin aliliyini sərgiləyən, qanunun aliliyinin təbliğinə həsr olunan minlərlə essenin, etüdün, hekayənin, məqalənin, oçerkin, portretin, köşənin müəllifi Aydın Canıyevin jurnalistlər üçün 20-ci sahədə tikilən üçüncü binada yaşamaq üçün olmasa da, yazmaq üçün mənzillə təmin olunmasına göstəriş verəsiniz!
Aydın Canıyev adı böyük hərflərlə yazılan imzadır! Onun bu 35 il, - harada olmasından, harada işləməsindən asılı olmayaraq, - ərzində başının üzərində dalğalanan yalnız bir bayraq olub: Azərbaycan bayrağı! Yazılarından Azərbaycan himninin sədaları ucalıb!
Amma, böyük və xalq şairimiz Musa Yaqub demişkən,
"Həmişə adına növbə çatanda
Bir söz eşitmişik: "… və başqaları".

Çünki... nə müxalifət partiyalarının mənşəyi bəlli olmayan qrant layihələrindən bəhrələnib iqtidar əleyhinə yazıb, nə də iqtidar məmurlarının intriqasına qoşulub bəlli saytlarda müxalifət əleyhinə çirkab-çamur kampaniyasına qoşulub!

Hər zaman vətən və dövlət maraqlarından çıxış edərək, müxalifətin də, iqtidarın da zərərverici addımlarını və nümayəndələrini kəskin tənqid atəşinə tutub! Heç bir halda qrup, partiya marağından çıxış etməyib! Yazdığı yazılar onillər boyu təsdiqini tapıb, baxmayaraq ki, yazıldığı dönəmlərdə onun əleyhinə işləyib, onu iş yerlərindən məhrum edib, onu həyatın dibinə atıb!

Aydın Canıyev satqınçılığa, əqidəsində dönərliyə etibarsızdı, ondan saxtakar olmayıb, olmayacaq da! Ola bilər, ona ev verilsə belə, yenə də hakimiyyəti tənqid etsin, yenə də sərt yazıların müəllifi olmaqda davam etsin, amma bu heç bir halda qrup, klan, düşmən maraqları ifadə edən sifarişli yazılar ruhunda olmayacaq, xarici təşkilatların ayırdığı qrant çərçivəsində ölkənin və dövlətin imicinə zərbə vuran müstəvidən boylanmayacaq!

Biz, imza edənlər onun Azərbaycan dövlətinə, Azərbaycan xalqına bağlılığına əminliyimiz üçün bu müraciəti imzalayırıq və ümid edirik ki, Sizdən dəstək görəcəyik və hamıya deyə biləcəyik:

- "Hakimiyyət evi ancaq onu təbliğ edən məddahlara verir”, - deyənlər, buyurun, cənab Prezidenti belə tənqid edən jurnalistə də ev verildi və bu ev onu öz dəst-xəttinə sadiq qalmaqdan məhrum etmədi!

Cənab Prezident!

Bu müraciəti Sizə çatdırmaq üçün imzalayarkən bizə o da məlum oldu ki, 2012-ci ildə Prezident Aparatına Aydın Canıyevin adını əfv siyahısından çıxarmaq üçün onu şərləyib həbs etdirən bəlli güclər tərəfindən "zəhmətkeş məktubları" göndərilmişdi. Lakin Siz hər bir vətəndaşın Prezidenti olmağınızı nümayiş etdirərək, siyahını geri qaytarmış, yalnız Aydın Canıyevin adı əfv siyahısına salındıqdan sonra sərəncamı imzalamışdınız.

Cənab Prezident!

İnanırıq ki, bu dəfə də belə olacaq: həmişə adı siyahılardan çıxarılan Aydın Canıyevin adı siyahıda birinci olacaq!
Bu müraciəti ölkənin ən müxtəlif qütblərində olan, ən müxtəlif təbəqələrini təmsil edən ən müxtəlif peşə sahibləri də bizə qoşularaq imzaladılar: Sizə inanaraq!!!
Aydın Canıyev bu ölkənin şərəfli və jurnalistika tariximizdə qalacaq imzalarından biridir, çatışmayan cəhətlərinə baxmayaraq! Onun 35 ildə kirayələrdə qalarkən verdiyi ev puluna Bakıda 3 ev almaq olardı!
Xahiş edirik, müraciətimizi və Sizə inamımızı nəzərə alasınız!

Hörmətlə:

1. Aqil Alışov, miq.Az saytının baş redaktoru
2. Əvəz Zeynallı, xural.com saytının baş redaktoru
3. Zahir Əzəmət, qaynarinfo.az saytının baş redaktoru
4. Mahir Rüstəmli, "Futbol+" qəzetinin baş redaktoru
5. Əziz Qaraşoğlu, "kanal-13”-ün rəhbəri
6. Elçin Rəhimzadə, "Bumerang Media" rəhbəri
7. Peyman Sadıqov, "xalqxeber.az” saytının rəhbəri
8. Teyfur Çələbi, "İcmal" qəzetinin baş redaktoru,
9. Xaqani Ədəboğlu Rzaqulibəy, jurnalist, Birinci Qarabağ müharibəsi qazisi, "Fedai.az” saytının rəhbəri
10. Asif Talıboğlu "Ədalət carçısı" qəzetinin baş redaktoru.
11. Zərdabi Abbasov, "arazxeber.az" saytının baş redaktoru
12. Zahir Əmənov, "Cənub xəbərləri" saytının rəhbəri
13. Teymur Zahidoğlu, "veten.tv"-nin rəhbəri
14. Mətləb Mütəllimli, İstiqlalçı Millət Vəkili, siyasi partiya sədri
15. Elşad Musayev, siyasi partiya sədri
16. Vüqar Qasımov, BAP Sədrinin müavini, hüquqşünas
17. Ədalət Məhərrəmov, 2-ci qrup Birinci Qarabağ Müharibəsi qazisi, şəhid Milli Qəhrəman ailəsi
18. Rey Kərimoğlu, Birinci Qarabağ Müharibəsi qazisi, jurnalist
19. Elməddin Sərdar, Birinci Qarabağ Müharibəsi qazisi
20. Ömər Məmmədli, Birinci Qarabağ müharibəsi qazisi
21. Saleh Bəxtiyaroğlu, Birinci Qarabağ müharibəsi qazisi
22. Nəsir Əhmədli, professor
23. İlham Tahirov, professor
24. Məsud Mahmudov - AMEA-nın əməkdaşı, professor
25. Dilavər Əzimli, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu, tarix üzrə fəlsəfə doktoru, dosent
26. Şahin Bağırov, Azərbaycan Milli Elmlər Akademiyası, aparıcı elmi işçi
27. Aslan Salmansoy, AMEA
28. Səyyad Ağayev, AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçi, iqtisad üzrə fəlsəfə doktoru, dosent
29. Gülağa Ağazadə, texnika elmləri namizədi
30. İlham İsmayıl, təhlükəsizlik məsələləri üzrə ekspert, ehtiyatda olan polkovnik
31. Gündüz Rüstəmxanlı, Gömrük Xidməti, polkovnik
32. Təyyar Abbaslı, vəkil
33. Mənsum Bayramov, vəkil
34. Mərdan Həsənzadə, hüquqşünas
35. Zivər Abbasova, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı
36. Vidadi Qafarov, teatrşünas
37. Musa Mirzəyev, Moskvanın fəxri həkimi
38. Rahim Nuriyev, müəllim, pensiyaçı
39. Bəsti İsmayılova, müəllim
40. Rauf Səlimbəyli, müəllim
41. Rizvanə Sadıqova, müəllim
42. Ramiz Əlizadə, müəllim
43. Nihat Piriyev, müəllim
44. Nabat Məmmədova, müəllim
45. İskəndər Orucoğlu, mühəndis
46. Lətifə Cəfərova, mühasib
47. Əbülfəz Əhməd, mühəndis
48. Əlihüseyn Ağayev, mühəndis
49. Rüstəm Əbülfətoğlu, sahibkar
50. Zaur Qafarzadə, naşir
51. Himayət Rizvanqızı, jurnalist
52. Hidayət Elvüsal, jurnalist, publisist
53. Vahid Qazi, jurnalist, mühacir
54. Elman Gədikli, əməkdar jurnalist
55. Cəfər Abbasov, jurnalist, Moskva
56. İlham Tumas, jurnalist
57. Afət Telmanqızı, jurnalist
58. Arifə Əliyeva, jurnalist
59. İlqar Şahmaroğlu, jurnalist
60. İlqar Əli, jurnalist
61. Şamil Sabiroğlu, jurnalist, Xocalı Soyqırımını Tanıtma sədri
62. Şahin Nəcəfov, araşdırmaçı jurnalist
63. Mirbağır Yaqubzadə, jurnalist
64. Elgün Gəncimsoy, hərbi bloqqer
65. Sevinc Muradxanlı, jurnalist
66. Vəli Əkbər, jurnalist
67. Qəmbər Yusif, jurnalist
68. Rövşən Kəbirli, jurnalist
69. Mehdi Alıyev, jurnalist
70. Əyyub Abbasov, jurnalist, hüquqşünas
71. Bəhruz Məmmədov, jurnalist
72. Etibar Yaqubov, jurnalist
73. Səcarəddin Alməmmədov, jurnalist
74. Abuzər Cəfərli, jurnalist
75. Rauf Şəmilov, jurnalist
76. Ögeday Nigar, jurnalist, Türkiyə
77. Cavanşir Həsənli, araşdırmaçı jurnalist-mühacir
78. Mərdan Seyidbəyli, jurnalist-mühacir
79. Sakit Muradov, jurnalist
80. Famil Cəfərli, jurnalist
81. Rövşən Şərif, jurnalist
82. Aida Eyvazlı, jurnalist
83. Rauf Rəcəbov, jurnalist
84. Oral Əliyev, jurnalist
85. Nəsib Nəbioğlu, şair, tərcüməçi, AYB Moskva bölməsinin katibi
86. Tofiq Nurəli, şair
87. Qafar Cəfərli, yazıçı, publisist, müharibə veteranı, hüquqşünas
88. Sevinc Məmmədova, şairə
89. Ağacəfər Həsənli, şair, jurnalist
90. İslam Türkay, şair, jurnalist
91. Kəramət, şair, jurnalist
92. Əlabbas Bağırov, yazıçı
93. Xan Rəsuloğlu, şair
94. Rauf Muradov, şair, tədqiqatçı mühəndis
95. Murad Köhnəqala, yazıçı, publisist
96. Şəlalə Göytürk, publisist, AYB üzvü
97. Mehman Qaraxanoğlu, tənqidçi
98. Pərviz Cəbrayıl, yazıçı, jurnalist
99. Əlizadə Nuri, şair
100. İlqar Türkoğlu, şair, hüquqşünas
101. Məqsəd Nur, yazıçı, jurnalist
102. Mahir Cavadlı, şair, jurnalist
103. Eyvaz Zeynalov, yazıçı
104. Bəxtiyar Hidayət, şair, jurnalist, müəllim
105. Hümbət Məmmədzadə, AJB üzvü
106. Zakir Məmməd, AYB üzvü, tənqidçi, müəllim
107. Faiq Balabəyli, şair, jurnalist
108. Əlisa Zamanov, şair
109. Arif Pənahoğlu, şair
110. Elçin Məmmədov, şair
111. İqbal Məmmədov, oxucu
112. İlham Ələsgərov, oxucu
113. Urşan Tagiyev, oxucu
114. Gülşən Məhəmmədqızı, oxucu
115. Təranə Səlimova, oxucu
116. Azər Abbasov, oxucu
117. Kamal Kərimov, oxucu
118. Tahir Hüseynov, oxucu
119. Elşən Nəsirov, oxucu
120. Azər Əsgər, oxucu
121. Əli İsgəndərov, oxucu
122. Zaur Pənahlı, oxucu
123. Əfqan Həmidov, oxucu
124. Sahil Əliyev, oxucu
125. Sədi Əliməmmədov, oxucu
126. Nərmin Həsənova, oxucu
127. Afət Əzizova, oxucu
128. Qədim Hüseynov, oxucu
129. Natiq Məmmədov, oxucu
130. Vüqar Məmmədxanlı, oxucu
131. Niman Məmmədli, oxucu
132. Habil Əliyev, oxucu
133. Fazil İbrahimov, oxucu
134. Pənah Seyidov, oxucu
135. Sakit Həsənli, oxucu
136. Ceyhun Həbibov, oxucu
137. Maya Quliyeva, oxucu
138. Maqsud Tağıyev, oxucu, Moskva
139. Əlizamin Hüseynov, oxucu
140. Tahirə Əliyeva, oxucu
141. Cavid Nağılı, oxucu
142. Məcid Nəcəfov, oxucu
143. Dünyamalı İsmayılov, oxucu
144. Məcid Nəcəfov, oxucu
145. Əli Ağayev, oxucu

p.s. İctimai-siyasi həyatımızın bir çox tanınmış nümayəndələri bizimlə həmfikir olsalar da, özləri müstəqil müraciət edəcəklərini bildirdilər!
Oxşar xəbərlər
Faydalı keçidlər
Tumgiad.com.tr
«    Ağustos 2020    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31