» » "Bir daha yüksələn bayraq, bir daha yenməz".

"Bir daha yüksələn bayraq, bir daha yenməz".


"Xalq Cumhuriyyəti Rus impriyası tərəfindən fiziki cəhətdən məhv edilsə də, ideya baxımından məhv edə bilmədilər və həmin ideya Azərbaycan xalqının xəyalından, ruhundan - gerçəkliyə dönərək 1990-cı ildə Cümhuriyyər ideyalarına uyğun olaraq müstəqil suveren Azərbaycan Dövləti quruldu".

Bismilləhir rahmənir rahim. 28 may 1918- ci il Xalq Cümhuriyyətinin yaranması, Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. Bu tarix Azadlıq eşqi ilə alışıb yanan bir xalqın ümüd yeri, qürur mənbəyi kimi bu gün də hər bir Azərbaycan vətəndaşının qəlbində, ruhunda yaşamaqdadır. Baxmayaraq ki, Xalq Cümhuriyyəti məlum səbəblərdən qısa ömür yaşasa da, bu günki müstəqilliyimizin əsasını qoymuşdur. Azərbaycanın neft ölkəsi olması həmişə böyük imperialist ölkələrin marağında olmuşdur. Bu səbəbdən də taleyində parçalanmaq, işğal və müharibələr yaşamışdır. Amma bu acılara və bəlalar baxmayaraq xalqımız Milli qürurunu və müstəqillik uğrunda mübarizəsini heç vaxt dayandırmamışdır. Tarix öz praktikasında sübut edib ki, kölə olmayan xalqı işğal edib, kölə vəziyyətinə salmaq olar, amma kölə etmək olmaz. Fürsət düşəndə yenə də mücadilə edib, kölə olmadığını ortaya qoyacaqdır. Tarixin sadaladığım belə mənəvi dəyərlərini Azərbaycan xalqı öz taleyində nümunə olaraq ortaya qoymuşdur. Xalq Cümhuriyyəti Rus impriyası tərəfindən fiziki cəhətdən məhv edilsə də, ideya baxımından məhv edə bilmədilər və həmin ideya Azərbaycan xalqının xəyalından, ruhundan - gerçəkliyə dönərək 1990-cı ildə Cümhuriyyət ideyalarına uyğun olaraq müstəqil suveren Azərbaycan Dövləti quruldu. M.Ə. Rəsulzadə və tərəfdarlarının qaldırdığı üç rəngli bayraq yenidən Azrbaycanın başı üzərində dalğalandı. Ümumi milli lider olan M. Ə. Rəsulzadənin dili ilə desək: "Bir daha yüksələn bayraq, bir daha yenməz".
Allah xalqımızı, müstəqil suveren dövlətimizi, başımızın üstndə dalğalanan üç rənglu bayrağımızı qorusun! Ustad M.Ə. Rəsulzadənin dili ilə desək: "Sən bizimsən, sən bizimsən durduqca damarda qan, yaşa, yaşa ey Şanlı Azərbaycan!".
Oxşar xəbərlər
Faydalı keçidlər
Tumgiad.com.tr
«    Temmuz 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031