dini radikalizm və ekstremizmlə mübarizə

Nefçala RİHB-sı şəhid anasının səsinə səs verdi


Nefçala rayonunda quruculuq və abadlıq işləri aparıldığının şahidi olan sakinlər RİHB-dan razılıq edirlər.
Artıq bu gün Nefçala rayonunun Qaramanlı kədində yollar abadlaşır. Bu çox sevindirici haldır.
4 il ərzində dəfələrlə Nefçala RİHB müraciət olmasına baxmayaraq heç bir tədbir görülməmişdir.
Yaxın günlərdə Nefçala rayon sakini Dürdanə Ələkbərova bizimlə telefon bağlantısı yaradaraq bildirdi ki, Nefçala rayonuna təzə təyin olunan İcra başçısına qarşı bir çox saytlar qarayaxma kampaniyasına başlayıb.
Və xahiş etdi ki, mediada bu haqqda öz fikirlərimiz yazım. İcra başçısının az müddət ərzində rayonda gördüyü abadlıq işlərindən, Şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan söz açan Dürdanə xanım media nümayəndələrinin bu kimi atdığı addımların səbəbini anlamadığını bildirdi.
Hətta söyləd ki, uzun illər çalışan icra hakimiyyətinin başçıları 3 ayda Mirhəsən Seyidov az müddətdə gördüyü işləri həyata keçirməyiblər.
Mən şəhid ailələrinin problemlərin bildiyim üçün Qaramanlı kənd sakini XTQ giziri Şəhid Elimdar Səfərovun anası Aminə xanımın Nefçala rayon İcra hakimiyyətinin başçısına məktub ünvanladığını bilirdim.
Nefçala rayon sakini Dürdanə Əlkbərovaya bildirdim ki, görülən işlərdən xəbərdarıq tez bir zamanda bir daha dediklərinizə şamil olunması üçün şəhid anamızın bir müraciəti var. O müraciətə baxılarsa mən həqiqətən Nefçala rayon İcra hakimiyyətinin başçısı haqqında yazı hazırlayacam. Artıq göndərilən məktub ünvana yetərək aperativ həlli yolun tapmışdır. Bu xəbər bizi çox sevindirdi. Şəhid anasının səsinə səs verən icra başçısına gələcək işlərində uğurlar diləyirik. Mirhəsən Seyidov həqiqətən də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ona göstərdiyi ehtimadı doğruldur.
Məhz şəhidinə verdiyi dəyər üçün artıq Nefçala rayon sakinləri onu qarayaxma kompaniyasından qorumaq üçün sosial şəbəkələrdə video sujetlər paylaşaraq Mirhəsən Seyidov az müddətdə gördüyü işlərdən söz açırlar. Hər bir Şəhid anasını evində ziyarət etməsi onların problemləri ilə maraqlanması xalq arasında ona böyük hörmət qazandırıb.
İnanıram ki, çalışacağı sürəcə Nefçalalırın yaşayışının yaxşılaşdırılması, yeni iş yerlərinin açılması üçün müxtəlif addımlar atacaqdır. İnsanların sosial durumunun yaxşılaşdırılması yönümdə görəcəyi işlər ona daha çox uğur gətirəcəyinə əminəm.
P.S. Üzümü bəzi üzdəriraq media mənsublarına tutaraq deyirəm. Jurnalistika şərəfli peşədir, söz isə Allahın əmanətidir. Əmanətdən isə pisliyə iatifadə etməniz sizlərin düz amal sahibi olmadığınızdan xəbər verir. Sizin kimilər yalnız ləkə yaxma kampaniyasının üzvləri ola bilərsiniz. Əsl jurnaliatin qələmi haqq ədalətdən yazar. Bir gün hörəcəyiniz hörgü öz boğazınıza keçəcək. Atalar demişkən "hər kəs süfrəni ö qarşısına sərir." Şər və böhtan xarakterli yazı yazmaqla fəxr edəcəyinizə,
həqiqəti tərənnüm edin. Görülən işlərdən söz açın. Gənc və perespektivli bir insan haqqında yazarkən düşünün hər kəs yaşatdığını yaşamayınca bu dünyanı tərk estməyəcək.
Bir gün sizlər üçün də qarayaxma kompaniyası başlaya bilər.
İşini layiqincə apara bilən bir insana ləkə vurmaq üçün çalışmayın. Bu dövlətin əlaqədar təşkilatları var, kimin necə işlədiyini görürlər.
Mən çox istəyərdim o qaramaskalı qardaşlar bu mediaya sahəsində bir təmizləmə işləri aparsınlar.

Almaz İLAHƏ


Oxunub: 1 156
Oxşar xəbərlər
SON XƏBƏRLƏR