dini radikalizm və ekstremizmlə mübarizə

İndiyə kimi biz inana bilmirik ki, Arzu Həmid oğlu Sadıxov aramızda yoxdur


11 may 1994 cü il, bu günü, " N " saylı hərbi hissənin şəxsi heyətin yadından çıxmaz və Azərbaycanın tarixinə düşən bir gündür.
Azərbaycan Silahlı Qüvvələrin əfsanəvi və mərd oğlu, Alay komandirinin döyüş hazırlığı üzrə müavini, Əfqanıstan müharibəsi qazisi Arzu Həmid oğlu Sadıxov, 11 may 1994 cür ildə, Tər - Tər rayonun Qapanlı kəndində gedən ağır döyüşdə Qəhrəmancasına Şəhid oldu.((
İndiyə kimi biz inana bilmirik ki, Arzu Həmid oğlu Sadıxov aramızda yoxdur.
O və digər Şəhidlərimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda Şəhid olublar, Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Amin ! Şəhidlər ölməz, Vətən bölünməz !
Arzu tabeliyində də olan bütün şəxsi heyətə həm komandir müavini, qardaş və dost idi. Sözsüz ki, onun Şəhid olması bizim hamımızı sarsıtdı, görünür onun taleyi belə yazılmışdı. (( Sadıxov Arzu Həmid öğlu, Şəhid olandan bir neçə il sonra, Dövlətimiz tərəfindən qiymətləndirildi.
" Azərbaycan Bayrağı " ordeni ailəsinə təqdim olundu. Arzu qardaşımız bizlərə bir qız övladını Nərgiz balasını əmanət etdi, (( özü isə Vətən uğrunda Şəhid oldu.
Allah onun Anasını, qardaşları Adil, Nasir, bacısı Ülkəri, Nərgiz balanızı və həyat yoldaşını qorusun. Amin !
Bu gün Arzunu ziyarət etdik və bu ziyarətdə onun bütün dostları qruplar şəklində iştirak etdilər, orda çəkilən şəkilləri sizlərə təqdim edirəm. Allah bütün döyüşçü qardaşlarımızı qorusun. İnşallah biz döyüşçülər tezliklə düşmənimiz olan erməni daşnaklarından qisasımızi alacağıq.

DJB.az Mirmais Mirəzizoğlu

Oxunub: 859
Oxşar xəbərlər
SON XƏBƏRLƏR