» » "COVID-19" virusunu aşkarlaya bilən ağıllı üzük sınaqdan keçirilir

"COVID-19" virusunu aşkarlaya bilən ağıllı üzük sınaqdan keçirilir

"COVID-19" virusunu aşkarlaya bilən ağıllı üzük sınaqdan keçirilir

San-Fransisko şəhərində, (COVID-19) virusunu erkən mərhələdə aşkarlamaq üçün insanın əsas fiziki göstəricilərini izləyə bilən smart-üzük "Oura Ring" sınaqdan keçirilir.

Open.az xəbər verir ki, üzüklər ilk olaraq təcili yardım işçilərindən 2000 nəfərə təqdim edilib. Bundan əlavə San-Fransiskoda yerləşən Kaliforniya universitenin nəzdində fəaliyyət göstərən tibbi müəssisə, bir müddət sonra 15 min "Oura Ring" istifadəçisinin tibbi məlumatlarını onlar ilə bölüşməsini istəyəcəklər. Belə ki, məhz bu məlumatlar əsasında tədqiqatçılar xəstəliyin ilkin əlamətlərini aşkar edə biləcək xüsusi alqoritm qurmaq niyyətindədirlər.

Qeyd edək ki, sözügedən "Oura Ring" ağıllı-üzükləri bütün sutka ərzində bədənin temperaturunu ölçə və ürək döyüntülərinə nəzarət edə bilir. Göstəricilər normadan geridə qalarsa, bu zaman istifadəçi anında həkim qəbuluna yazılacaq. Əgər istifadəçinin virus daşıyıcısı olduğu aşkarlanarsa, dərhal müalicə təyin edilərək digər insanlar ilə təmasdan izolyasiya olunacaq.

Bir sözlə "Oura Ring" ağıllı üzükləri özlərini sınaq zamanı doğruldarsa, bir müddət sonra ən lazımlı ixtiralar sırasına qatıla biləcək.
Oxşar xəbərlər
«    Nisan 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930