» » Əsli Kazımova kənd ağsaqqaları və veteranlarla görüşüb

Əsli Kazımova kənd ağsaqqaları və veteranlarla görüşüb

Əsli Kazımova kənd ağsaqqaları və veteranlarla görüşüb

VOİCEPRESS-in verdiyi xəbərə görə, kənd ağsaqqaları və veteranlarla görüşrək, hər zaman yanınızdayam deyib.

Azərbaycan Sosial Rifah Partiyasının 80 saylı İmişli-Beyləqan Seçki Dairəsindən namizədliyini irəli sürdüyü Əsli Kazımova Beyləqan rayonunun Bahar, Türklər, Dünyamalılar və bir sıra digər kəndlərdə şəhid ailələri, kənd aqsaqaları və müharibə veteranları ilə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıb.

“Şəhid ailələrimizə, Qarabağ müharibəsi əlilləri və veteranlarımıza diqqət və qayğı göstərmək mənim insanlıq borcumdur” deyən Əsli Kazımova bundan sonra namizədi olduğu yurdunun qızı kimi, hər bir qayğıları ilə şəxsən maraqlanacağını, heç bir zaman dəstəyini əsirgləməyəcəyini bildirib: “Azərbaycan xalqı heç bir zaman şəhidlərini unutmayacaq. Bizlər onların xatirəsini sevgiylə, hörmətlə, sayqı ilə anır, anacağıq və anmalıyıq!”

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, xanım Mehriban Əliyevanın hər zaman şəhid ailələrinə, müharibə veteranlarına dəstək və qayğısından danışan Əsli Kazımova cənab Prezident İlham Əliyevin şəhid ailələri ilə keçirdiyi görüşlərdə, bütün məmurlara, millət vəkillərinə, hər bir vətəndaşımıza, şəhid ailələrimizə, müharibə veteranlarımıza, ağsaqqallara münasibətin örnək olması gərəkməsi haqqında xüssusi tövsiyyələri haqqında danışıb.

Daha sonra Əsli Kazımova baxıma möhtac yaşlı insanlar, ağsaqqal və ağbirçəklər başda olmaqla, şəhid ailələrinin, eləcə də, müharibə veteranlarının sosial müdafiəsinin gücləndirməsi baxımından cənab Prezidentin gördüyü işləri qeyd edərək, seçiləcəyi təqdirdə, onların təqaüdlərinin yüksəldilməsi məsələsinin yenidən gündəmə gətirilməsinə və real bir nəticəyə nail olmağa çalışacağını bildirib.

Əsli Kazımova hər bir kənd ağsaqqalı və şəhid ailəsi ilə ayrılıqda da görüşüb, onların qayğılarını dinləyərək, narahat edən məsələlər ətrafında geniş fikir mübadiləsi aparıb.
Oxşar xəbərlər
«    Şubat 2020    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829