» » Rufət Zaur oglu Səmədovun dogum gunu ilə əlaqədar şəhidimizin əziz xatirəsinə həsr olunmuş anim gunu keçirildi.

Rufət Zaur oglu Səmədovun dogum gunu ilə əlaqədar şəhidimizin əziz xatirəsinə həsr olunmuş anim gunu keçirildi.


Daima vətənə xidməti özünün şərəf borcu hesab edən , qazi oğlu Ravin Həsənovun ilk dəfə fərdi təşəbbüsü və təşkilatçılığı və YAP - ın və, şəxsən Qaradağ rayon YAP - ın sədri,səyərli Millət Vəkili Aydın Hüseynovun dəstəyi ilə də nur uzlu şəhidimiz Qaradag rayon Ələt qəsəbə sakini olmuş
Rufət Zaur oglu Səmədovun dogum gunu ilə əlaqədar şəhidimizin əziz xatirəsinə həsr olunmuş anim gunu 18. 07 2019 - cu ildə Qaradağ rayonunu H.Əliyev mərkəzində keçirildi. Tədbir dövlət himnimizin səsləndirilməsi və müqəddəs şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Tədbiri aparıcısı Naidə Məmmədova bu gün ad günü olan Şəhid Rüfət Zaur oğlu Səmədovun tərcümeyi - halı haqqında qısa məlumat verdi. Şəhidin ömür yolunu əks etdirən vidioçarx nümayiş etdirildi. 1991 - cı ilin bu günü dünyaya göz açmış R.Səmədovun döyüş yolu xatırlandı. Məktəblilərin ifasında vətən və torpaqlarımız uğrunda canlarından keçmiş şəhidllərlə bağlı şeirlər söylənildi. Bədii hissə bitdikdən sonra , millət vəkili Aydın Hüseynov gənclərimizin vətənpərvərlik ruhunun artırılması üçün belə tədbirlərin tez - tez keçirilməsinin lazımlı olduğunu söylədi və bu işdə Ravin kimi gənclərə həmişə dəstək olacağını vurğuladı. Tədbirdə Müdafiə Nazirliyinin , YAP Qaradağ rayon təşkilatının məsul işçiləri də iştirak edirdi. Qarabağ qaziləri Rüxsarə Bayramqızının , Ülvü Qədirin , Əhliyət Mehtiyevin və başqalarının döyüş yoldaşları haqqında söylədikləri xatirələr Azərbaycan övladlarının Vətən uğrunda hər zaman canlarından keçməyə hazır olmalarının bariz nümunəsi idi. Qazilərimiz bu gün də Ali Baş Komandanın bir əmri ilə torpaqlarımızı işğaldan azad etmək üçün səfərbər olacaqlarını bir daha vurğuladılar. Tədbir Şəhid ailələri , qazilərin məktəblilərlə və tədbir iştirakçıları ilə çəkdirdikləri xatirə rəsmləri ilə başa çatdı.


Mehriban Sadıqova







Oxşar xəbərlər
«    Ağustos 2019    »
PtSaÇaPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031