» » Türkiyədə 80 minədək hərbçi hazır vəziyyətə gətirildi

Türkiyədə 80 minədək hərbçi hazır vəziyyətə gətirildi

Türkiyə Silahlı Qüvvələri yeni hərbi əməliyyatlara hazırlanır. Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, Türkiyə ordusunun Suriyada başlayacağı hərbi əməliyyat bu ölkənin indiyə qədər keçirdiyi ən genişmiqyaslı əməliyyat ola bilər.

Məlumata görə, Suriyada planlaşdırılan əməliyyat üçün 80 minədək hərbçi hazır vəziyyətə gətirilib.

Bundan əvvəl, “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatlarında müvafiq olaraq 8 minədək və 6,5 min hərbçi iştirak etmişdi.

1974-cü ildə Türkiyənin Şimali Kiprdə keçirdiyi hərbi əməliyyata 40 minədək hərbçi qatılmışdı.

Qeyd edək ki, ötən ay Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Mənbic şəhərinin terrorçulardan azad olunması üçün əməliyyatın planlaşdırıldığını bildirmişdi. /Modern.az/
Oxşar xəbərlər
«    Eylül 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30