» » İndi dost və qardaş itirən vaxt deyil...

İndi dost və qardaş itirən vaxt deyil...

İndi dost və qardaş itirən vaxt deyil...
"Məsəl var: Su bir yerdə qalanda iy verər. Yaş yekəldikcə ağıl da yekəlməlidir. Baxırsan ki, çoxları elə təfəkkürdə keçmişdə qalıblar. Qocaldıqca insan gərək öz prinsiplarini, təkəbbürünü və qürurunu Allah qarşısında sındırmağı bacarmalıdır. Əks təqdirdə sındırılacaq və ifşa olunacaq"...

Son vaxtlar Qurban Məmmədov olayları, Qarabağ komitəsi adında təşkilatın yaranması ilə mitinqin keçirilməsi və müxalifət düşərgəsi sonuncu ambisiyalarını ortaya qoyulması gələcəyimizin qaranlığından xəbər verir. Qarşılıqlı ittihamlar və peşmançılıqdan qucaqlaşıb ağlaşmalar gündəmi zəbt etməkləri ilə o qədər də maraqlı görünmürlər. Bir-birilərinə düşmıən kəsimiş bu özfəaliyyət qüvvələri çoxdan cəmiyyətdən təcrid olunublar. Əslində hərəkət daim saflıq-səfalıq, paklıq və müqəddəsləşmək tələb edir. Dostlarımız isə hələki bu cür düşüncələrə yetişmək əvəzinə bayağı mahnılarla gündəmdə qalan müğənnilər kimi varlıqlarını sübut etmək istəyirlər. Məsəl var: Su bir yerdə qalanda iy verər. Yaş yekəldikcə ağıl da yekəlməlidir. Baxırsan ki, çoxları elə təfəkkürdə keçmişdə qalıblar. Qocaldıqca insan gərək öz prinsiplarini, təkəbbürünü və qürurunu Allah qarşısında sındırmağı bacarmalıdır. Əks təqdirdə sındırılacaq və ifşa olunacaqdır, necəki görünürlər. .İnsanları idarə etmək, onlara rəhbərlik etmə özü də uzunmüddətli çox çətindir. İnsanların heç də hamısı iman əqidə əhli deyillər. Ona görə belə narahatçılıqlardan nəticə çıxarmaq lazımdır, ümüdsüzlük filan qəti olmaz. belə münasibətlərin üzərində deyil, daha yaxşı nümüunələr tapıb, onlarla irəliləməyin yolunu axtarmaq lazımdır. Yoxsa balaca uşaqlar kimi "dedi mənə, dedi sənə" ilə kitabları bağlanmış sönük insaların bataqlıqlarında iylənərik. Cəmiyyətə adaptasiya etməək üçün fikir və ideyalar lazımdır. Quru sözlərlə və hamını özünə borclu bilməklə eqoist təfəkkürlə insanları aldadıb, ömürlərinə balta vururaqla heç nəyə nail olmaq mümkün deyil. Vətənimizin, dövlətimizin və insanlarımızın taley amansız mübarizələrdə sönmək təhlükəsindədir. Vahidləşmək, müqavimətinin forrmalaşması kimi fikir və ideyalar leksikonlardan çıxıbsa və hər kəs özünü qəhraman görürsə vay gələcək nəsillərin halına. Bu qoca insanlar ya siyasətlə vidalaşmalıdırlar ya da haqsızlıqsızlarla mübarizə etmək üçün haqqsızlıq etməməlidirlər. Bir birilərinin haqqına girib, aşağılamaq əvəzinə, keçmişdə olan yalan, riyakarrlıq, mənfəətpərəslik, qorxaqlıq və satqınlıq kimi aşağılayıcı ifadələrlə hərəkətdə olmuş insaları aşağılanmaq üsulundan yan keçməyi öyrənməlidirlər. İndi dost və qardaş itirən vaxt deyil. Az danışıb, çox fikirləşib və ağıllı işlər görmək lazımdır.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031