dini radikalizm və ekstremizmlə mübarizə

Eldar Əzizov Bakını yağış suyu basmasından danışdı

Eldar Əzizov Bakını yağış suyu basmasından danışdı
Gələcəkdə yağış nəticəsində su basması kimi hadisələrdən tam həcmdə olmasa da, müəyyən mənada sığortalanmaq mümkün olacaq.

Axar.az xəbər verir ki, bu sözləri Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının səlahiyyətlərini icra edən Eldar Əzizov Modern.az-a sentyabrın 23-də Bakıda leysan xarakterli yağışın törətdiyi fəsadlarla bağlı danışarkən deyib. E.Əzizov ildirib ki, sentyabrın 23-də yağan yağış lokal xarakterli təbii fəlakətdir:

“Həmin vaxt Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən də açıqlama verildi. 45 dəqiqə ərzində bir aylıq normadan 22 faiz çox yağış yağdı. Zəif yerləri də müəyyən etdik, artıq tapşırıq verilib. Komissiya bu cür problemlərin yaşanma ehtimalı yüksək olan ərazilərdə araşdırma aparır. Çalışırıq və istəyimiz odur ki, gələcəkdə bu cür vəziyyətdən özümüzü sığortalayaq.

Komissiya yaradılıb, səbəbləri araşdırırlar. Yekun rəylə bağlı rəsmi açıqlama olacaq. Hadisələri qabaqlayıb məsələnin nədən ibarət olduğunu demək olmaz. Amma məlumdur ki, Almaniyada və digər Avropa ölkələrində də bu cür hadisələr baş verir. Ona görə biz səbəblərin obyektiv və subyektiv tərəflərini ayırmalıyıq”.

E.Əzizov qeyd edib ki, tam həcmdə olmasa da, müəyyən mənada belə vəziyyətdən sığortalanmaq mümkün olacaq.

Oxunub: 894
Oxşar xəbərlər
SON XƏBƏRLƏR