dini radikalizm və ekstremizmlə mübarizə

ANASIZ ŞƏHİDİN YUBLEYİ GƏLİNİ TƏRANƏ CƏLİLOVA TƏRƏFİNDƏN ƏBƏDİLƏŞDİRİLDİ

ANASIZ ŞƏHİDİN YUBLEYİ GƏLİNİ TƏRANƏ CƏLİLOVA TƏRƏFİNDƏN ƏBƏDİLƏŞDİRİLDİ

Bağrının başı yansın fələk, necə ki, anaların bağrının başına köz qoydunsa, yaşadığları bir ömür boyu o köz onları yandıraraq göynədəcək.
Hər bir şəhid bir ananın övlad payı, bir bacının arxası, bir xanım qızın gələcək arzuları, bir qardaşın arxa dayağı, övladların atası idi.


Elə şəhidlərimiz var ki, əli yar əlinə dəymədi, sevdiyini baxışları ilə izlədi, arzu kama yetmədi, bəy otağına girmədi. Gedişi ilə sevdiklərini diri ikən dəfn etdi məzara. O, şəhidlərin gedişi ilə bir nəfər deyil bütün ailəsinin həyatı alt-üst oldu. Sevincləri yarı, xoşbəxtlikləri natamam, gülüşləri saxta oldu o gündən.
Yüzlərlə şəhid anaları tanıdım hər gün ölüb dirilən ancaq övladının adını yaşatmaq, əbədiləşdirmək üçün yaşayan. Yaşayarkən yaşadığın özünə utanc bilən. Amma yaşayaraq övladını yaşatmaq üçün mübarizə aparan.

Bu gün oxucularımıza Azərbaycan qadınının, anasının, gəlinin atdığı addımdan yazaraq sizlərə bir şəhidin anası bu dünyanı tərk etdiyi halda o ocağın gəlinin atdığı mərd cəsarətli addımın bir çox qız gəlinimizə örnək olacağına əmin olaraq yazıram o kimdir? O, bu gün anasız olan həyat yoldaşının anası, qardaşsız olan İftixarın qardaşı, pis günündə, yaxşı günündə birlikdə addımladığı can yoldaşı, hətta görmədiyi qaynı şəhid İlhamı qaynanası Çimnaz xanımın dili ilə tanıyaraq sevən azərbaycan qızı, gəlini.

Bu günlərdə Təranə Cəlilovanın təşkilatçılığı ilə şəhid İlham Cəfərovun 50 illik yunleyi keçirildi. Şəhidin qısa olan ömür yolunu tarixlərə salmaq üçün Cəfərovlar ailəsinin gəlini tanınmış aktrisa, aparıcı jurnalist Təranə Cəlilovanın yazdığı senari əsasında çəkilən sənədli filmin təqdimatı da məhz Şəhidin 50 illik yubleyi gününə təsadüf edildi. Sənədli filmdə şəhidin gənclik obrazını yaradan şəhidin qardaşı oğlu İlham Cəfərov oldu. Şəhidin uşaqlığ illərindən, məktəb həyatını əks etdirərək başlayan filim, şəhidin xidmət etdiyi hərbi həyatına kimi obrazda görstərilmişdir. Gənc rejissor Ceyhunun və senarist Təranə xanımın əməyi olan bu film insanlara bir çağırış, bir nümunə olduğunu düşünürəm. Şəhidlərimizin unudulmamasına, yaddaşlarda yaşamasına, tarixlərdə həkk olunmasına bir şüar idi.
Təranə Cəlilovanın Azərbaycan qadınının nə qədər sağlam düşüncəyə malik olduğunu, ailə birliyinin önəmli olmasını ictimayətə göstərərək gənc qızlarımıza, gəlinlərimizə ailə müqəddəsliyini də göstərdi.

Təranə xanım dünyasın dəyişən şəhid anası , eyni zamanda qaynanası rəhmətlik Çimnaz xanıma verdiyi sözü tutaraq oğlunun xatirəsini əbədiləşdirdi. Təranə Cəlilova və həyat yoldaşı İftixar Gəfərovun arzusu ilə Şəhid İlham Cəfərovun şəninə mahnı bəstələnmişdir. Mahnının sözləri və musiqisi şəhidin uşaqlığ dostu İ. Zəkaya məxsus idi. Mahnı və musiqi bir-birini tamamlamaqla yanaşı bütün şəhidləri təmsil etməsi izləyicilər tərəfindən çox bəyənildi.
Şəhidin yubleyində müxtəlif sahənin əməkdaşları, Abşeron rayon ictimayyətindən, şəhid ailələri , şəhidin döyüş yoldaşları, veteranlar, qazilər, incəsənət xdimləri və media nümayəndələri iştirak edirdilər. Şəhidlərimizin xatirəsi əbədiləşdirmək isə hər bir Azərbaycan vətəndaşının borcudur.


Almaz İlahə Əhmədova
Təsisçi

Oxunub: 748
Oxşar xəbərlər
SON XƏBƏRLƏR