» » Ömrü uzatmağın yolu tapıldı

Ömrü uzatmağın yolu tapıldı

Djb.az xəbər verir ki, bitki mənşəli əlavələrlə probiotiklərin həmahəng şəkildə istifadəsi insan ömrünü uzada bilər.
Makqil universitetinin alimləri belə bir nəticəyə gəlib.

Elmi araşdırmanın nəticələri “EurekaAlert” portalında dərc olunub.

Biomühəndislik sahəsinin mütəxəssisləri tədqiqatları drozofil milçəklərinin üzərində aparıb. Tədqiqatçılar onları simbiotik (probiotik və polifenolun qatqısı) və trifala (bitki mənşəli əlavə) ilə yemləyib.

Bu maddələrin köməkliyi ilə alimlər milçəklərin ömrünü 66 günə qədər uzadıb. Bu orqanizminə simbiotik və trifala düşməyən həşəratlardan fərqli olaraq 26 gün çoxdur.

Bundan savayı biomühəndislər qocalmanın neqativ effektlərini aradan qaldıra bilib.

Alimlər eksperimentin pozitiv effektini bağırsaq yolunda olan bakteriyanın işi ilə əlaqələndirir.

Professor Satiya Prakaşın sözlərinə görə, probiotiklər bağırsağın mikroflora və mikrofaunasının arxitekturasını əhəmiyyətli dərəcədə dəyişir, qidaların metabolizminə müsbət təsir göstərir.

Alimin əmin edir ki, bu metodla analoji nəticəyə insanlarda da nail olmaq olar. Belə ki, drozofil milçəkləri və məməlilərdə olan biokimyəvi reaksiyalar təxminən 70 faiz uyğun gəlir.
Oxşar xəbərlər
Faydalı keçidlər
Tumgiad.com.tr
«    Temmuz 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031