dini radikalizm və ekstremizmlə mübarizə

“Şəhid bulağının tikilməsi üçün tezliklə sərəncam veriləcək...”

“Şəhid bulağının tikilməsi üçün tezliklə sərəncam veriləcək...”

Aprel şəhidimiz gizir Rahim Tağıyevin həyat yoldaşı Vüsalə Tağıyeva həyat yoldaşının adını əbədiləşdirmək üçün yaşadığı Mingəçevir şəhərindəki binanın qarşısında şəhid bulağı tikmək istəyir. Artıq bulaq tikmək üçün lazım olan materialları Vüsalə xanım öz vəsaiti hesabına alaraq əraziyə gətirib. Lakin Mingəçevir şəhər icra hakimiyyəti şəhid bulağının tikilməsi üçün mütləq onların rəyi olmasını vurğulayıb.

Vüsalə Tağıyeva Moderator.az-a açıqlamasında məsələylə bağlı millət vəkili Aydın Mirzəzadəyə də müraciət etdiyini və problemin bu günə qədər həll olunmadığını bildirmişdi.

Millət vəkili Aydın Mirzəzadə isə Moderator.az-a açıqlamasında məsələdən xəbərdar olduğunu və bulağın tikilməsi üçün rayon icra hakimiyyətinin rəyinin vacib olduğunu vurğulayıb:
“Şəhid bulağının tikilməsi üçün tezliklə sərəncam veriləcək...”

“Vüsalə xanım məsələylə bağlı mənə də müraciət edib. Bulaq tikmək üçün su idarəsindən razılıq almaq lazımdır və xanım bu razılığı alıb. Amma razılıq alınandan sonra bulağın inşa edilməsi üçün şəhər icra hakimiyyəti də razılıq verməlidir. Təəssüf edirəm ki, xanım müraciət etmədən tikinti işlərinə başlayıb və iş dayandırılıb. Mən xanıma şəhər icra hakimiyyətinə müraciət etməyi məsləhət gördüm və o, da etiraz etmədi. Şəhid bulağının tikilməsi üçün heç bir etiraz yoxdur, amma bu qaydaya uyğun həyata keçirilməlidir. Bu gün rayon icra hakimiyyəti ilə əlaqə saxlayıb məsələni araşdırdım. Vüsalə xanımın ərizəsi qəbul olunub və bir - iki günə bulağın tikilməsi ilə bağlı sərəncam veriləcək. Biz şəhid ailələrinə həmişə diqqət göstərmişik”.

Oxunub: 673
Oxşar xəbərlər
SON XƏBƏRLƏR