» » "Enerji siyasətimizi Azərbaycanla birlikdə həyata keçirdik" - Ərdoğan

"Enerji siyasətimizi Azərbaycanla birlikdə həyata keçirdik" - Ərdoğan

  • 21-03-2018, 19:30
  • Gundem
  • 125
"Enerji siyasətimizi Azərbaycanla birlikdə həyata keçirdik" - Ərdoğan


Ankarada Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə "101 rayona təbii qaz çatdırılması” mərasimi keçirilib.

Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, energetika və təbii sərvətlər naziri Berat Albayrak çıxış ediblər.

Çıxışlarda son illər Türkiyənin enerji sahəsində əldə etdiyi layihələrin əhəmiyyəti və perspektivdə olan işlərdən danışılıb.

Hazırda fəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum enerji xətləri və perspektivdə olan TANAP və TAP xətlərinin həyata keçirilməsində Azərbaycanın karbohidrogen ehtiyatlarının rolu yüksək qiymətləndirilib.

Qarşılıqlı faydalı əməkdaşlığı bütün tərəflər üçün səmərəli olduğunu diqqətə çatdıran Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin ortaq layihələrinin faydasından danışaraq deyib: "Enerji siyasətimizi Azərbaycanla birlikdə həyata keçirdik, birlikdə də bəhrəsini görürük...”

Türkiyə ərazisinin sürətlə qazlaşdırıldığını diqqətə çatdıran Baş nazir Binəli Yıldırım məlumat verib ki, 2002-ci ildə Türkiyənin cəmi 6 vilayəti qazlaşdırılmışdı. Hazırda isə ölkənin 78 vilayəti, o cümlədən əhalinin 77 faizi təbii qazla təmin olunub.

Energetika və təbii sərvətlər naziri Berat Albayrak Türkiyənin enerji siyasətinin nəticələri və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Oxşar xəbərlər
«    Aralık 2018    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31