» » Haftoni - Tarixi,Ərazisi və Əhalisi

Haftoni - Tarixi,Ərazisi və Əhalisi

  • 13-03-2018, 21:28
  • Gundem
  • 384
Haftoni - Tarixi,Ərazisi və Əhalisi
1.Tarixi. Haftonu qəsəbəsi –Azərbaycan Respublikasının Lənkəran rayonunda,rayon mərkəzindən 12 km qərbdə,sumağ dağı ətəyində yerləşir.Qəsəbənin koordinatları 38 dərəcə 45` 38.763-dür.Qəsəbənin əhalisi 2200 nəfərdir. (Azərbaycan Respublikasının Dövlət Statissika Komitəsi.”2013-cü ilin əvvəlinə aid iqtisadi və inzibati rayonlar,eləcə də şəhər yaşayış məntəqələri üzrəəhalinin cins bölgüsündə sayı(min nəfər).2013-cü il.Qəsəbənin saat qurşağı UTC+04:00dir.Qəsəbənin poçt indeksi isəAZ4216dır.(Azəripoçt.”İndekslər”.(az).www.azeripoçt.az.Arxivləşdirillib: [1].saytından 2016-04-19 tarixində.Http//artchive.is/9GamL)Haftoni sözü talıçca olub “Yeddi bulaq” (haft-yeddi,honi-bulaq) kimi tərcümə olunur.Haftoni qəsəbəsi cənubdan Talışlı,şimaldan Xanlıqlı,şərqdən Ləj kəndi,qərbdən talış dağları ilə əhatə olunur.Haqftoni qəsəbəsinin ərazisi 540 hektardır,380 hektarı əkinə yararlıdır,40 hektarı meşə zolağı,80 hektarı həyətyanı sahədir.Haftoni qəsəbəsində 431 təsərüfatı birləşdirən 2138 nəfər ,o cümlədən 1068 qadın yaşayır(2013) (Azərbaycan Respublikasının Dövlət Statissika Komitəsi.”2013-cü ilin əvvəlinə aid iqtisadi və inzibati rayonlar,eləcə də şəhər yaşayış məntəqələri üzrəəhalinin cins bölgüsündə sayı(min nəfər).1990-cı ildə Haftoni qəsəbəsində 244 təsərüfat və 1452 nəfər yaşamışdır.(Bax.Mirhaşım talışlı.Lənkəran.”Maarif.Bakı-1990.səh.298).
Haftoni qəsəbəsi 25 oktybr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Ləj kəndi Haftoni qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq,həmin kənd mərkəz olaraq,Ləj kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyistrinə daxil edilmişdir.(“Lənkəran rayonunun inzibati ərazi bölgüsündə d qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 25 oktyabr 2011-ci il tarixli Qanunu”(az).az.president.az. 23 dekabr 2011-ci il,20:40.http://az.president.az/articles/3904.).
Haftoni oykonimi. Haftoni oykonimi talış dilində olub iki sözdən ”Haft”(yeddi),”honi”(bulaq) sözlərindən götürülmüşdür.Ümumi mənası “yeddi bulaq “ deməkdir.Çünki Haftoni ərazisində deyilənlərə görə yeddi bulaq mövcud olmuşdur və hər bulağın adı olmuşdur.Bu bulaqlar aşağıdakılardır.Tədqiqatçların çoxu haftoni oykonimini talışca olan “Haftoni” yeddi bulaq sözü ilə əlaqələndirirlər.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti kitabında Haftoni oykonimi haqda belə qeyd olunub.” Hidronim talış dilindəki haft(yeddi) və honi (bulaq) sözlərindən düzəlib, "yeddi bulaq" deməkdir. Gaftoni variantında da qeydə alınmışdır.(Bax.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti.İki cilddə.I cild.Şərq-Qərb.Bakı-2007.səh 316.).Bundan əlavə Haftoni adlı oykonim Lerik rayonundada var. Lerik rayonunun Nücu inzibati.ərazi vahidliyində kənd. Dağətəyi ərazidədir; 2. Lənkəran r-nunun eyniadlı inzibati ərazi vahidliyində şəhər tipli qəsəbə. Dağətəyi ərazidədir; 3.Lənkəran rayonununun Girdəni inzibat ərazi vahidliyində kənd. Lənkəran ovalığındadır. Bu kəndlər ərazidəki Haftoni min. su bulaqlarının adını daşıyır. .(Bax.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti.İki cilddə.I cild.Şərq-Qərb.Bakı-2007.səh 316.).Beləliklə bu hər üç kənd adı talışca olmaqla eynilik təşkil edir və eyni mənanı verir.Haftoni oykonimi haqda öz kitabında belə məlumat verir.” Haftoni kəndi. Lerik r. Haft talış dilində «yeddi», honi (oni) isə «bulaq» mənasındadır (Yeddibulaq kəndi).Digər eyni adda olan kənd isə Lənkəran ryonunun qərb hissəsində ,Talış dağlarının ətəyində yerləşir və mənası da “haft talışca(yeddi),”honi” isə (bulaq ) deməkdir. Belə ki,akademik Budaq Budaqov haftoni oykonimini haftoni ərazisində mövcud olmuş yedi qaynar mineral bulaqdan əmələ gəldiyini qeyd edir.O,yazır: Haftoni mineral bulağı.Lənkəran r. (Bax: Haftoni mineral bulağı. )Haftoni Lənkəran rayonunda şəhər tipli qəsəbədir.Haftoni təpələri Lənkəran r. Coğrafi ad Haftoni mineral bulağı adı və təpə terminindən yaranmışdır. (Bax.Akademik Budaq Budaqov.N.G Məmmədov.Azərbaycanın Milli Elmlər Akademiyası Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu B.Ə.Budaqov, N.G.Məmmədov. Azərbaycanın Lənkəran Regionu Toponimlərinin İzahlı Lüğəti..Bakı-2007.səh.38.).Etibar Əhədov da öz kitabında Haftoni oykonimini talışca Haft(yeddi),honi(bulaq) sözlərindən əmələ gəldiyini deyir və bu bulaqları öz kitabında bir-bir sadalayır. .(Bax.Mirhaşım Talışlı.Etibar Əhədov.”Lənkəran: Ensiklopedik Məlumat.Bakı-2014.səh.49).Tarixçi Mirhaşım Talışlı özünün Lənkərn kitabında Haftoni oykonimi haqda yazır: “Haftoni Lənkəran rayonnda kənd deməkdir.Adı yeddi bulaq deməkdir.(Bax.Mirhaşım talışlı.Lənkəran.”Maarif” Bakı-1990.səh.298.).İshaq Axundov öz kitabında Haftoni oykonimini –“yaşıl oba” kimi mənalandırır.(Bax:İshaq Axundov.”Xatirələrimdə yaşayan Lənkəran”.Bakı-1989..səh.85.)
Haftoni adənə əmələ gətirən yeddi bulaq indinin özündə də mövcuddur.Lakin haftoni ərazisində çoxlu bulaqlar var ama bu bulaqlardan yalnız aşağıda adı çəkilən bulaqlar Haftoni oykonimini əmələ gətirmişdir.Bu bulıaqlar aşağıdakılardır.
1.Nəsiri honi (Nəsirin bulağı ) - Bu bulaq haftoni qəsəbəsi ərazisində yerləşən Türkoba məhəlləsinin təxminən 500 metr qərbdə,dağın altında ,yəni aşağısında yerləşmişdir.Burada Nəsir adlı bir kişinin buğda,arpa və lərgə sahəsi olmuşdur.Nəsir kişinin koması dağın aşağısında və elə həmən bulağın üstündə olmuşdur.Ona görə də bu bulağa el arasında Nəsiri honi(Nəsir bulağı) deyilir.Hal-hazırda bu bulaq durur və indi də yoldan keçənlər bu bulaqdan istifadə edirlər.
2.Tılə honi(damcı bulağı) – Bu bulaq İsti suyun üst tərəfində yerləşir və indi də durur.
3.Ataxani honi(Ataxanın bulağı) – Bu bulaq kənd sakini Ataxan kişinin evinin aşağı tərəfində,kanalın üstündə yerləşir və bu bulaq hal-hazırda durur.
4.İsbati honi(İsbatın bulağı) – Bu bulaq dağın aşağı hissəsində yerləşir və indiyə qədər durur.
5.Babakişi honi(babakişi bulağı) – Bu bulaq da isti-sunun dağa yaxın olan hissəsində yerləşir və hal-hazırda durur.
6.Əmişi honi(Əmişin bulağı) – Bu bulaq dağın aşağı hissəsində yerləşir və indiyə qədər durur.
7.Qulamirzə honi(Qulamirzə bulağı) - Bu bulaq dağın ətəyində,kanal üstündə yerləşir və hal-hazırda durur.Bütün bu yeddi bulağın hamısı durur və bu günümüzə qədər xalq bu bulaqların suyundan istifadə edir.
Tarixçi Mirhaşım talışlı Haftoni bulaqlarına aid “Yeddi bulaq” şerində Hafdtoni ərazisində mövcud olan və Haftoni oykonimini əmələ gətirən yeddi bulaqın adını çəkir və bunlar aşağıdakılardır:
1.Gözəl bulaq.2.Noğullu bulaq. 3.Sədəf bulaq.4.Qatışan bulaq.5.Damcı bulağı.6.Aciz bulaq.7.Borulu bulaq.O,hər bulağı ayrıca xarakterizə etmiş və bu haqda şerini “Ədəbiyyat və İncəsənət” qəzetində hələ 48 il əvvəl çap etdirmişdir.
Dərəli,dağlı yerlər,
Yeddi bulaqlı yerlər.
Bütün çeşmələrilə
Bütün çiçəklərilə
Könlümə bağlı yerlər.
(Bax: Mirhaşım talışlı.Lənkəran.bakı-1990.səh.248).
Haftoni qəsəbəsinə Talışlı,Xanlıqlı,Türkoba və təzə məhəllə daxildir.Haftoni qəsəbəsi özü talış dağlarının Sumağ silsiləsinin ətəyində yerləşir.Kənda sakini Mirzəməd Əliyevin dediyinə görə Haftoninin tarixi təxminən 1800-ci illərə təsadüf edir.Çünki Haftoni ərazisində xanlıqlar dövründə yaşayış olmamışdır.Lakin haftoni ağsaqqallarının dediklərinə görə haftoni ərazisinə ilk köçlər gələndə haftoni dağında qədim qəbirsanlıq mövcud olmuşdur.O,qəbirsanlıqdakı qəbir daşları adi çay daşlarından ibarət olduğundan zaman-zaman bu qəbirlər yoxa çıxmışdır.Hftoni adına ilk dəfə XIX əsrə aid çar Rusiyasının imperiya dəftərxanalarındakı hərbi sənədlərdə rast gəlinir.Belə ki,çar Rusiyasının Qafqazı işğal etdikdən sonra qəzalara bölür.Qəzalar böldükdən sonra qəzalar üzrə yaşayıəş məntəqələrini qeydiyyata alır.Belə siyahıyaalmalardan biri də 1070-ci iolə aiddir.Bu dövrdə aparılmış məntəqələrin siyahıyaalınmasında Şamaxı quberniyasının da qəzalar üzrə yer adları sadalanır.Belə ki, bu siyahıyaalmanın Lənkəran qəzasına aid olan bölməsində birbaşa da olmasa dolayısı ilə “Хафт аб» (haft ab) və ya «Хафт асиаб»(haft asiab) adlı yaşayış məntəqəsinin adı çəkilir.Qyd etməliyəm ki, buradakı haft talışca(yeddi), ab(farsca su) deməkdir.(Bax.Списки Населенных мест Российской империипо кавказскому краю.Ленкоранский уьезд.Тифлис.1870.стр.86).стр 88.п.586).Haftoni ərazisisinin təyin edilməsi və ya məskunlaşdırılması 1880-cı illərə təsadüf edir.Lakin dəqiq sənədlər üzrə baxsaq hələ 1880-cı illərdə indiki Haftoni qəsəbəsinin yuxarı hissəsində,sumağ və ibadi meşəsində çar ordusunun Lənkırandakı kazak dəstələri tərəfindən İbadi mineral isti-suyunda yuyunub muaklicə olunmaq üçün taxtadan tikdikləri 2 mərtəbəli mualicə məntəqəsi və 2 katejlər olmuşdur.Beləki hələ inqilabdan əvvəl çar ordu əsgər və zabitlərinin Lənkəranın rütubətli şəraitinə uymayaraq kütləvi xəstələnməsi bu əsgərləri mualicə etmək üçün məs Lənkəranda dağboyu mövcud olmuş mineral isti-su mualicə ocaqlarına muraciət etmələrinə səbə olmuşdur.Belə ki,çar Rusiyasının Lənkərandakı hərbi komendantlığının Tiflisdəki Qafqaz hərbi dairəsiondəki raportunda deyilirdi—“- Lənkəranda ölən rus əsgərlərinin sayı 1828-ci ildən 15 mart 1831 –ci ilə qədər 600 əsgər təşkil edirdi.,,
(Bax. Обозрение Росийских владений за Кавказом. Часть 3.С.Петербург.-1836.).Bu faktlar göstərir ki, həqiqətən də inqilabdan əvvəl Rus kazak dəstələri 1836-cı illərdə Lənkəranda özlərinə dayaq məntəqələri yaradarkən bir çox problemlərlə üzləşmişlər.Elə bu səbədən də iqlimin həddindən artıq rütubətli olması onların bu ərazilərdə kütləvi xəstələnməsinə və hətta ölmələrinəı səbəb olmuşdur.Çünki,həmişə quru iqlim şəraitinə öyrəşən ruslar burada müxtəlif epidemiya və digər yoluxucu xəstəliklərə yoluxmuşlar.Elə bu səbəblərdən də ruslar Lənkəran qəzasının dağətəyi ərazilərində mövcud olmuş Astara,Masallı və Lənkəran mineral bulaqlarına üz tutmuşlar.Belə ki,Lənkəran ərazisində onlar məhz Haftoni ,İbadi meşəsindəki isti-su mualicə yerində 2 mərtəbəli taxta bina inşa etdirərək öz xəstələrini mualicə etdirmiş və zabitlər isə burada mualicə olunmuşlar.Onların hələ 1850-ci illərdə tikdikləri bu taxta binalar və katejlər 1915-ci ildə ağqvardiyaçılar tərəfindən yandırılmışdır.Lakin 1920-ci ildən sonra burada ağac və taxtadan kənarları çəpərlənmiş bölmələr tikilmişdir. Haftoni əhalisi Lerikin Orand,Buzeyir,Mastəyel,Rəzgöv,Tüədo,Dikəband və Larzənə kəndlərindən köçüb gələnlərin hesabına məskunlaşdırılmışdır.
Haftoni ərazisiə ilk köçüb gələnlər Aliağa kişi,Hacıbaba kişi,Şahmurad kişi,Dəmir bəy,Qüdrət kişi,Heybət kişi,İsbat kişi,Mirzəcan,Fətiağa kişi,Bağı kişi və Əmənulla kişi olmuşlar.Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər bu adamların məşğuliyyəti əkinçilik ,maldarlıq və kömürçülük olmuşdur.Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra kəndin bir hissəsi Kənarmeşə,bir hissəsi Xolmili və bir hissəsi Şükür və bir hissəsi də Aşağı Nüvədi kəndləri ilə eyni kolxozun tərkibində olmuşlar.Haftoni əhalisnin əhalisi Kərgəlan kənd sovetliyinin tərkibinə verilmişdir. Haftoni təsərüfatın iqtisadiyyatını çayçılıq təşkil etmişdir.1929-cu ildə kolxoz,1958-ci ilin Mart ayında sovxoz təsərüfatı,1966-cı ilin avqust ayında aqrar-islahat komissiyası yaradılmışdır.1958-ci ildə Haftoni kəndində “Lənkəran çayçılıq sovxozu” yaradılmışdır.Bu sovxozun ilk direktoru şəhər sakini Məmməd Quliyev olmuşdur.(1958-1969).Sonralar Adil Səfərov(1969-1988),Rasim Əliyev(1988-1991),Hüseynəli Şahverdiyev(1991-1993),Fərəc calalov(1993-1996) “Lənkəran çayçılıq sovxozunun direktoru işləmişlər.Haftoni ərazisində yerləşən “Lənkəran çayçılıq sovxozu”nun direktoru Məmməd Quliyevin rəhbərliyi iləidarə binası inşa edilmişdir.O,binda müdriyyət b otağı,muhasibat otağı,klub və poçt yerləşmişdir.Bir neçə ildən sonra bina qısaqapanma nəticəsində yanmışdır.Ondan sonra sovxoz müdiri M.Quliyev sovxozun idarə binası,klub,kitabxana,poçt şöbəsi,25 çarpayılı xəstəxana binası və bir ədəd də yaşayış binası üç ədəd 2 mərtəbəli bina tikilmişdir.Sovxozda çayçılıqla yanaşı bağçılıq,bostançılıq,maldarlıq,arıçılıq,tərəvəzçilik də fəaliyyə göstərmişdir.Bundan başqa sovxozun qarajında mühəndis-analitik vəzifəsində Xanoğlan Calalov işləmişdir.Qəsəbədəki arar-islahat komissiyasına Fərəc Calalov rəhbərlik etmişdir.Sahələr torpaq islahatına uyğun olaraq əhali arasında bölüşdürülmüş,adambaşına 0,13 hektar sahə düşmüşdür.1959-1992-ci illərdə qəsəbə Soveti fəaliyyətə başlamışdır.Haftoni ərazisi əvvəllər Kərgəlan kənd Sovetinin tərkibində olmuşdur.Bilal Səfərov(1964-1966),Zeynal Qurbanov(1966-1967),Əhməd Əliyev(1967-1968),Saleh Ramazanov(1970-1974),Məmmədağa Tağıyev(1975-1980),Əhməd Muradov(1981-1992) müxtəlif illərdə qəsəbə Sovetinin sədri işləmişlər.1992-ci ilin fevral ayından şəhər İcra Hakimiyyəti başçısının qəsəbə üzrə nümayəndəliyi fəaliyyət göstərir.əhməd Muradov(1992-1996),Sabir Əliyev(1996-2006),Nəriman Hüseynov(2006-2010),Zahid Əzimov(2010-2017),Habil Əliyev(2017-ci ildən) icra hakimiyyəti başçısıın qəsəbə üzrə nümayəndəsi işləmişlər.
Nümayəndəliyə mərkəz Haftoni qsəbəsi olmaqla Talışlı və Xanlıqlı kəndləri daxildir.Əvvəllər isə Ləj kəndi də daxil olmuş və sonralar ayrılmış və müstəqil olmuşdur. (Bax-“Lənkəran rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 25 oktyabr 2011-ci il tarixli Qanunu”(az).azpresident.az.23 dekabr 2011,20:40.http:// az.president.az/artikles/3904.).
Qəsəbə bələdiyyəsi 2000-ci ilin yanvar ayından fəaliyyət gösstərir.Fərəc calalov (2000-2005),Rövşən Zeynalov (2006-cı ildən) qəsəbə bələdiyyəsinin sədri vəzifəsində çalışmışlar.
Ancaq bu zirvə birdənb-birə fəth edilməmişdi.Lənkəran şəhər partiya komitəsinin 1971-ci il 8 yanvar tarixli büro qərarından sonra rayonda çayçılığa və xüsusilə sitrusçuluğa münasibətlər tamamilə dəyişmişdi.Həmin il “Partiuyanın XXIV qurultayı” (Osakücə kəndi),”Muğan Sovet Respublikası”(Xarxatan kəndi),Şirəli Axundov adına(Havzava kəndi) çayçılıq sovxozları yaradıldı.Çox keçmədi ki,Subtropik bitkilər sovxozu yaradıldı
1976-cı ildə bütün Lənkəranda olduğu kimi Haftoni qəsəbəsində də güclü qar yağdı.Bu günləri Lənkəran camaatı bu günə qədər26 yanvar “İstisu” pansionatı sahəsində ,Haftoni qəsəbəsi yaxınlığında Azərbaycan Xalq Cəbhəsi Lənkəran rayon şöbəsinin yaraqlıları ilə Sovet desantçılar qrupu arasında silahlı toqquşma baş vermişdir.Döyüşdə Xalq Cəbhəsi üzüvlərindən 5 nəfəri həlak olmuşdur.Onlar aşağıdakılardır.
1.Məmmədov Şahin Zahid oğlu – 1972-ci il.
2.Məmmədov Rahim Vəliağa oğlu – 1969-cu il.
3.Bədəlob Rövşən Seyfulla oğlu – 1965-ci il.
4.Baxşiyev Fazil Babaxan oğlu – 1949-cu il.
5.Məmmədov Vaqif Məmmədağa oğlu. – 1960-cı il.
Həlak olanlar haqqında 28 yanvar “Kommunis” qəzeti məlumat verir.”Leninçi” qəzeti isə bu hadisə haqda yalnız fevralın 8-də məlumat verir. (Bax:Mirhaşım Talışlı.Lənkəran.Maarif nəşriyyatı.Səh.464-465).Eyni zamanda taxtadan ona qədər nömrə də tikilib camaatın istifadəsinə verildi. 1975-ci ildən Meşə istisuyunun sol tərəfində bir neçə beş mərtəbəli gözəl mehmanxana tikilməsinə başlandı1924-cü ildə, xüsusi dükanlardan sökülən taxtadan mehmanxana tikilmişdi. Burada olan İstisu bulaqları üzərində bir neçə gözdən ibarət nömrələr (müalicə ocağı) yaradılmışdı, tikilən nömrələr pulla idi.İstisu bulaqlarından camaat gölməçələr düzəldib, orada pulsuz çimərdi. 1926-cı ildə bu mehmanxana, ehtiyatsızlıq nəticəsində mətbəxdən od tutaraq 45 dəqiqəyə yanıb külə döndü. 1927-ci ilin yay mövsümundə müalicəyə gələnlər, daha İbadi istisuyuna yox, Lənkəranın qərbində, 8 kilometrliyində (İbadidən 4 km aralı) olan və Meşə istisuyu adlanan, Ləj meşəsi yaxın istisuya köçərdilər. B Aşağı Əncə (Haftoni meşəsinin aşağı hissəsi,”əncə” doğranan yer mənasındadır.) deyilən ərazidə 1930-cu ildən kurort xarakterli binalar inşa edilmişdir.Bundan yuxarı meşliklər Yuxarı Əncə adlanırdı.Bunlar 1933-cü ildə qaçaq quldurlar tərəfindən yandırılmışdır.İstisu ərazisində əvvəllər mövcud olmuş on otaqlı istirahət yeri söküləndən sonra yerində böyük bir pavilyon,,yeməkxana və çayxan binası inşa edilmişdir.
1958-ci illərdə İstisu ərazisində Lənkəran uşaq evlərinin yay istirahət düşərgəsi bir neçə illər fəaliyyət göstərib.Oğlan uşaq evinin müdiri balağa müəllim və qızlar uşaq evinin müdiri isə Fərxəndə müəllimə olmuşdur.
İsti su bulaqlarının mualicəvi əhəmiyyəti insanlara çoxdan məlum idi.Min bir dərdin dərmanı olan bu şəfa qaynaqları illər boyu hədər yerə axıb getmişdir.Nəriman Nərimanov 1925-ci il iyulun 25-də Lənkəranda olarkən rayon mərkəzindən 12 km qərbdə,Talış dağlarının ətəyində , Haftoni qəsəbəsində yerləşən isti su bulaqlarına gəlmiş və burada hətta yuyunmuşdur.İsti su bulaqlarının mualicəvi əhəmiyətini görən yoldaş Nəriman Nərimanov Haftonidə kurort –1971-ci ilin may ayının 5-dən başlanan tikinti tıəqribən ay yarım sonra başa çatdırıldı.Bu müddətdə vanna otaqları,iki-üç nəfərlik neçə-neçə istirahət otağı yenidən təmir edildi,mualicə otaqları qaydaya salındı,Haftoni qəsəbəsi ərazisindən pansionata yol çəkdirildi.400 yerlik kino-teatr,300 yerlik yeməkxana tikildi.yaraşıqlı ,yerli memarlıq üslubunda mağaza ,köşklər,çarhovuz,istirahət güşələri salındı,dağların ətəyindən istirahət otaqlarına bulaq suyu çəkdirildi.Sonralar buraya o qədər axın oldu ki,yeni yaşayış korpusunun yaradılmasına ehtiyac duyuldu.Həmin günlərdə yenidən Azərbaycan Həmkarlar Şurası sədri Züleyxa Hüseynova tikintinin aparılması üçün əlavə vəsaitin ayrılmasına göstəriş verdi.Çox keçmədi ki,ikimərtəbəli yaşayış korpusu xəstələrin xidmətinə verildi.İndi o vaxtdan 38 il keçir.Bir zamanlar Haftoni pansionatının şöhrəti hər yerə yayılsa mualicəvi bulaq suları 1920-ci ildən sonra burada ağac və taxtadan kənarları çəpərlənmiş bölmələr tikilmişdir.Burada 40 dərəcə selsidən yüksək olan hidrogen sülfidi,kükürd qazlı istisuyu əsəb,yel və dəri xəstəliklərinin mualicəsində faydalıdır.İbadi istisu mineral bulaqları Haftoni qəsdəbəsindən 1 km qərbdə,rayon mərkəzindən və Lənkəran-Lerik şose yolundan 15 km qərbdə ,yuxarı hissədə,talış dağlarının Sumağ meşəsinin əhatəsində,qonşu havzava kəndi ilə sərhəddə yerləşən dərədə yerləşir.Deyilənlərə görə ilk dəfə İbadulla adlı kişinin adı ilə bağlı olmuşdur. İbadulla kişinin adı şəxs məskən salmış və adını buradan almışdır.
1992-ci ildə bu ərazidə tikinti apaılmış və oradakı 8 bulağın üstündə ağac və taxtadan otaqlar inşa edilmişdir..(Bax:Azərbaycan toponimlərinin Ensiklopedik Lüğəti ,I c.,B.,2007,səh 224..)(Bax: Mirhaşım Talışlı və Etibar Əhədov.Lənkəran Ensikolopedik məlumatı.Bakı-2014.səh.239-240).” Təbii şəraitdə və sonralar ətrafı meşə matrerialları ilə çəpərlənmiş ,palçıqlı sular kimi istifadə edilmişdir.1930 cu ildə burada kurort xarakterli binalar inşa edilmişdir.Lakin 1933-cü ildə meşədə baş verən yanğın nəticəsində binalar sıradan çıxmışdır.1962-1970-ci illərdə İbadi suyunun tərkibi,gündəlik su debiti 1123 m3,temperaturu 42 dərəcə S,kimyəvi təşkil edir.
1.Haftonu qəsəbə Orta məktəbi. Haftoni ərazisində ilk məktəb hələ çox əvvəllər ev şəraitində və talış dilində olmuşdur.lakin sonralar 1932-ci ildə İsti-su(qamo) ərazisində tikilmişdir.O,məktəbin ilk müəllimləri Lənkəranlı Tağı müəllim olmuşdur.O zamanlar otaq az olduğundan sinifləri birləşdirmək qərarına gəlmişlər.Belə ki,1 otaqda I-II siniflərə I növbə,III-IV siniflərə isə II növbə dərs keçilmişdir.Haftoni məktəbinin ilk ali thsilli müəllimi Əliyev Mirzağa Bağır oğlu olmuşdur.O,Kirovabad(indiki Gəncə) –da Həsən bəy Zərdabi adına Azərbaycan Pedoqoji İnstitununu bitirmiş və sonralar Haftoni ərazisində natamam orta məktəb tikiləndən sonra orada dil-ədəbiyyat müəllimi işləmişdir.Mirzağa Müəllim təqaüdə çıxandan sonra o,məktəbdə təlim tərbiyə işləri üzrə müdir muavini işləmişdir.Sonralar o məktəb orta məktəb orta məktəb”pilot” məktəbi olmuşdur.
Haftoni ərazisində 1932-ci ildə məktəb təşkil ounandan sonra onun ilk direktoru Ağarza Hüseynov olmuşdur.(1932-1934).Sonralar isə Ziyad Məmmdəov(1934-1950),Mirtağı Həsənov(1950-1953),Heydər Babayev(1953-1956),Bilal Tağıyev(1956-1961),Həzi Hümmətov(1961-1966),Əbülqasim Vəliyev(1966-1968),Məhərrəm Əzizov(1968-1982), pedoqoji elmlər namizədi Akif Xalıqov(1968-2011),Sevər Ağayeva(2012-ci ildən) məktəbin direktoru işləmişlər.Haftoni məktəbi 1950-ci ilədək İbrahim Əzimovun mülkündə yerləşmişdir.İndiki məktəb binası 1959-cu ildə tikilmişdir.Hal-hazırda Haftoni məktəbində 403 şagird oxuyur,45 müəllim dərs deyir.(2013).1959-cu ildə yeddiillik ,1961-ci ildə səkkizillik,1976-cı ildə tam orta məktəbə çevrilmişdir.Məktəbdə haftoni qəsəbə,Talışlı və xanlıqlı kəndlərindin uşaqları oxuyurlar. (Bax: Mirhaşım Talışlı və Etibar Əhədov.Lənkəran Ensikolopedik məlumatı.Bakı-2014.səh.190).
2.Haftoni qəsəbə Uşaq bağçası. Haftoni qəsəbəsində ilk uşaq bağçası 1980-cı ildə tikilmişdir.bu uşaq bağçası Haftoni qəsəbəsinin cənub hissəsində,Haftoni klubuna gedən yolun sol tərəfində yerləşir.Bina iki mərtəbəlidir(Bax:Hacı Etibar Əhədov.Dəyərli ömrün Lənkəran səhifəsi.Bakı “Gənclik”-2003.səh.214.)
3.Haftoni qəsəbə İcra nümayəndəliyi. 1959-1992-ci illərdə qəsəbə Soveti fəaliyyətə başlamışdır.Haftoni kənd Sovetinin binası haftoni qəsəbəsinin mərkəsində,Haftoni-lənkəran şose yolunun sol tərəfində yrləşir.Haftoni ərazisi əvvəllər Kərgəlan kənd Sovetinin tərkibində olmuşdur.Bilal Səfərov(1964-1966),Zeynal Qurbanov(1966-1967),Əhməd Əliyev(1967-1968),Saleh Ramazanov(1970-1974),Məmmədağa Tağıyev(1975-1980),Əhməd Muradov(1981-1992) müxtəlif illərdə qəsəbə Sovetinin sədri işləmişlər.
1992-ci ilin fevral ayından şəhər İcra Hakimiyyəti başçısının qəsəbə üzrə nümayəndəliyi fəaliyyət göstərir.Haftoni İcra Nümayəndəliyi də köhnə Haftoni kənd Soveti binasında yerləşir.Əhməd Muradov(1992-1996),Sabir Əliyev(1996-2006),Nəriman Hüseynov(2006-2010),Zahid Əzimov(2010-2017),Habil Əliyev(2017-ci ildən) icra hakimiyyəti başçısıın qəsəbə üzrə nümayəndəsi işləmişlər.
Nümayəndəliyə mərkəz Haftoni qsəbəsi olmaqla Talışlı və Xanlıqlı kəndləri daxildir.Əvvəllər isə Ləj kəndi də daxil olmuş və sonralar ayrılmış və müstəqil olmuşdur. (Bax-“Lənkəran rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 25 oktyabr 2011-ci il tarixli Qanunu”(az).azpresident.az.23 dekabr 2011,20:40.http:// az.president.az/artikles/3904.).
4.Haftoni Bələdiyyəsi.Qəsəbə bələdiyyəsi 2000-ci ilin yanvar ayından fəaliyyət gösstərir.Fərəc calalov (2000-2005),Rövşən Zeynalov (2006-cı ildən) qəsəbə bələdiyyəsinin sədri vəzifəsində çalışmışlar.
5.Haftoni qəsəbə Sənətkarlıq klubu. Haftoni qəsəbə dövlət klubu 1961-ci ildə təşkil olunmuşdur.Klub binası 1961-ci ildə istifadəyə verilmişdir.
7.Haftoni qəsəbə Tibb məntəqəsi. Haftoni ərazisində ilk tibb məntəqəsi indiki məktəbin sol tərəfində,dağa tərəf qalxan küçədə ,sol tərəfdə üç otaqlı evdə yerləşmişdir.O tibb məntəqəsinin müdiri Qılman dadaşov(1960-cı ildə) olmuşdur.O ev elə hökümət tərəfindən Qılman Dadaşova verilmişdi və o elə orada da yaşayırdı.1964-cü ildə isə qəsəbədə 25 çarpayılıq xəstəxana fəaliyyət göstərmişdir.Sonralar isə tibb məntəqəsi haftoni qəsəbəsinin cənubunda,sovxozun tikdirdiyi üç yaşayış binalarının ara ,klubun əvvəlki binasında yerləşirdi.O tibb məntəqəsinin müdiri Kərgəlanlı Hüseyn Quliyev olmuşdur.1967-ci ildə bağlanmış və yenidən feldşer-mama məntəqəsi olmuşdur.lakin bir neçə ildən sonra feldşer məntəqəsi bağlanmış və 1995-ci ildə yerində həkim Ambulatoriyası yaradılmışdır.Ambulatoriyanın müdiri Abid Şərifov olmuşdur. Bu ambulatoriya indiki məktəbin sol tərəfindəki küçənin girəcəyindəki sol tərəfdə ,təpədə yerləşirdi. Həmən məntəqənin qabağında haftoni –Lənkəran ana yolu yerləşirdi.Onun yenə Abid Şərifov olmuşdur.Orada Xırda Minəvər adlı tibb bacısı işləmişdir. Hal-hazırda həmən ambulatoriya köhnə sovxoz binasında yerləşir və müdiridə Elçin həkimdir.
14.Haftoni qəsəbə poçt şöbəsi. Haftoni qəsəbəsində ilk poçt şöbəsi 1963-cü ildə təşkil edilmişdir.Haftoni poçt şöbəsinin ilk müdiri İsaq Qurbanov(1963-1967) olmuşdur.Sonralar isə Muxtar Ağayev(1967-1997),Bayram Cəfərov(1997-2004),Hbil Əliyev(2004-2013),Emin Sadıqov(2013-cü ildən) poçt müdiri işləmişlər.Bundan əlavə Əhəd Cəfərov(Ləj kənd sakini),Natiq Cəfərov (Ləj kənd sakini və Əhəd Cəfərovun oğlu),Namiq Cəfərov(Ləj kənd sakini,Əhəd Cəfərovun kiçik oğlu),Yunus Bəyverdiyev,Ulduzə Cəfərova(Ləj kənd sakini,Əhəd Cəfərovun qızı) və başqaları müxtəlif illərdə şöbənin poçtalyonu işləmişlər.Haftoni qəsəbə əhalisi 512 nömrəlik elektron tipli ATSi-in xidmətindən istifadə edirlər.(Azəripoçt.”indekslər”(az).www/azeripoçt.az.Arxivləşdirilib:[1] saytından 2016-04-19 tarixində.http://archives.is/9Gaml.)
İbadulla kişinin adı şəxs məskən salmış və adını buradan almışdır.
Təbii şəraitdə və sonralar ətrafı meşə matrerialları ilə çəpərlənmiş ,palçıqlı sular kimi istifadə edilmişdir.1930 cu ildə burada kurort xarakterli binalar inşa edilmişdir.Lakin 1933-cü ildə meşədə baş verən yanğın nəticəsində binalar sıradan çıxmışdır.1962-1970-ci illərdə İbadi suyunun tərkibi,gündəlik su debiti 1123 m3,temperaturu 42 dərəcə S,kimyəvi tərkibi Kurlov düsturu üzrə öyrənilmişdir.
1900-cu illərdən başlayaraq Lənkəran zonasının İsti sularının öyrənilməsinin elmi istiqaməti başlanmışdır.Zonanın geotermik tədqiqatı mütəxəsislərin diqqət mərkəzində olmuşdur. Belə ki,1907-ci ildə A.F Ştal,1915-ci ildə F.F.Osvaldo,1916-cı ildə V.B.Boqoçev,1928-ci ildə A.Z.Vəzirzadə və başqaları Lənkəran qəzasının digər İsti su mineral bulaqları kimi Haftoni və İbadi mineral bulaqları ilə yaxından maraqlanmışlar.1930-cu ildən başlayaraq Lənkəranda hidriogeologiya üzrə tədqiqatlar sistematik xarakter daşımışdır.1971-ci ildən “Lənkəran əyalətinin geotermik şəraiti və termal suları” mövzusunda namizədlik mudafiə etmiş Geologiya-minerologiya elmləri namizədi İ.Tağıyevin verdiyi məlumata görə 1964-cü ildən başlayaraq Lənkəran zonasında bir neçə quyu(Haftoni də daxil) qazılmış və isti suların mənbəyi müəyyən edilmişdir.Belə quyulardan : 1-3 nömrəli Meşəsuda(Haftoni),8 nömrəli Havzovada,14-16 nömrəli Səpinəkəranda .15 nömrəli Şağlakücədəki quyuları göstərmək olar.300-1013 metrə qədər dərinliyi olan bu quyulardan çıxan suyun temperaturu 31—39 dərəcə Sdelse olmuş,Kurlov düsturuna görə tərkiləri havzova və Meşəsudan(Haftoni) demək olar ki,fərqlənmir.Lənkəran İsti sularının materiallarını hazırlamaqda bizə kömək edən Azərbaycan Mineral Suları Geoloji Kaptaj Respublika ekspedisiyası idarəsinin rəisi,həmyerlimiz ,İskəndər Bağırovun verdiyi son məlumatlara görə ,lənkəran rayonundakı təbii isti suların və quyulardan alınan isti suların debeti və istilik ehtiyyatları olduqca zəngindir.
1. .(Azəripoçt.”İndekslər”.(az).www.azeripoçt.az.Arxivləşdirillib: [1].saytından 2016-04-19 tarixində.Http//artchive.is/9GamL)
2. .(“Lənkəran rayonunun inzibati ərazi bölgüsündə d qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 25 oktyabr 2011-ci il tarixli Qanunu”(az).az.president.az. 23 dekabr 2011-ci il,20:40.http://az.president.az/articles/3904.).
3. .(Bax.Mirhaşım talışlı.Lənkəran.”Maarif.Bakı-1990.səh.298).
4. .(Bax.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti.İki cilddə.I cild.Şərq-Qərb.Bakı-2007.səh 316.).
5. . (Bax.Akademik Budaq Budaqov.N.G Məmmədov.Azərbaycanın Milli Elmlər Akademiyası Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu B.Ə.Budaqov, N.G.Məmmədov. Azərbaycanın Lənkəran Regionu Toponimlərinin İzahlı Lüğəti..Bakı-2007.səh.38.)
6. .(Bax.Mirhaşım Talışlı.Etibar Əhədov.”Lənkəran: Ensiklopedik Məlumat.Bakı-2014.səh.49)
7. .(Bax.Списки Населенных мест Российской империипо кавказскому краю.Ленкоранский уьезд.Тифлис.1870.стр.86).стр 88.п.586).
8. (Bax:Hacı Etibar Əhədov.Dəyərli ömrün Lənkəran səhifəsi.Bakı “Gənclik”-2003.səh.214.)

Akşin Mistanlı
Tarixçi-Araşdırmaçı

Haftoni - Tarixi,Ərazisi və Əhalisi
Haftoni - Tarixi,Ərazisi və Əhalisi
Haftoni - Tarixi,Ərazisi və Əhalisi
Haftoni - Tarixi,Ərazisi və Əhalisi
Haftoni - Tarixi,Ərazisi və Əhalisi
Haftoni - Tarixi,Ərazisi və Əhalisi
Oxşar xəbərlər
«    Kasım 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930