» » Çin parlamenti Honkonqda milli təhlükəsizliyə dair qanun qəbul edib

Çin parlamenti Honkonqda milli təhlükəsizliyə dair qanun qəbul edib

  • 30-06-2020, 08:39
  • dunya
  • 85
Çin parlamenti Honkonqda milli təhlükəsizliyə dair qanun qəbul edib

Çində Ümumçin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsi (ən yüksək qanunverici orqan) Honkonqda milli təhlükəsizliyin təmin edilməsi haqqında qanun qəbul edib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.

Məlumata görə, hüquqi akt iyulun 1-də - keçmiş Britaniya anklavının Çin suverenliyinə keçməsinin 23-cü ildönümündə qüvvəyə minəcək. Bildirilir ki, komitənin bütün üzvləri qanunun lehinə səs veriblər. Sənədin mətni hələ açıqlanmayıb, günortadan sonra “Sinhua” xəbər agentliyi tərəfindən dərc olunacağı gözlənilir.

Yeni qanun Honkonqda milli təhlükəsizlik üçün təhlükə yaradan addımların qarşısını almaq və cəzalandırma tədbirləri görmək məqsədi daşıyır. İlkin məlumata görə, ən ciddi cəza tədbiri kimi ömürlük həbs nəzərdə tutulub.

Bu qanuni akt sayəsində Çin hakimiyyəti keçən ilin iyunundan noyabr ayına qədər iğtişaşlar təşkil edərək xüsusi inzibati rayonun iqtisadiyyatına ziyan vuran radikalların qarşısını ala biləcək.

Qanun Honkonqda mərkəzi hökumətə tabe olan xüsusi güc strukturunun yaradılmasını təmin edir. “South China Morning Post” qəzetinin yazdığına görə, yeni bölməyə ÇXR ictimai təhlükəsizlik nazirinin müavinlərindən biri rəhbərlik edəcək.
Oxşar xəbərlər
Faydalı keçidlər
Tumgiad.com.tr
«    Temmuz 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031