dini radikalizm və ekstremizmlə mübarizə

İŞİD-in yeni lideri Abdülnasir Kardaş həbs edilib


İŞİD terror təşkilatının öldürülən rəhbəri Əbubəkr əl-Bağdadinin xələfi Abdülnasir Kardaş İraq Milli Təhlükəsizlik Təşkilatı tərəfindən həbs edilib.

Bu barədə "Anadolu" xəbər agentliyi İraqın rəsmi "INA" agentliyinə istinadla məlumat yayıb.

Təhlükəsizlik rəsmiləri bildirib ki, Abdülnasir Kardaş İraqın Milli Təhlükəsizlik Təşkilatının kəşfiyyat-axtarış əməliyyatı nəticəsində ələ keçirilib. Lakin Kardaşın harada və necə həbs olunduğu barədə məlumat verilməyib.

Qeyd edək ki, 27oktyabr 2019-cu ildə ABŞ Prezidenti Donald Tramp İŞİD terror təşkilatının rəhbəri Əbubəkr əl-Bağdadinin ABŞ hərbçiləri tərəfindən öldürüldüyünü bəyan edib. //Apa.az

Oxunub: 483
Oxşar xəbərlər
SON XƏBƏRLƏR