dini radikalizm və ekstremizmlə mübarizə

NECƏSƏN?


Çoxdandır ayrılıq salıbdır, yağı,
Ata bir, ana bir qanım, necəsən?.
Uzaq düşdün bacı, qardaş elindən,
Can canımdan olan canım,necəsən?
Ata bir, ana bir qanım, necəsən?.

Araz nalə çəkdi, gözlər qızıl qan,
İkiyə bölündü bir bədən, bir can.
Yanır için- için hey Azərbaycan,
Təbriz, Ərdəbilim, şanım, necəsən?
Sən canımdan olan canım,necəsən?.

Ey başı bəlalı, Gülüstan kəndi!
Böldün bir milləti, əyildi qəddi.
Çəkdin ürəyimə dəmirdən səddi,
Gözündən yaş axan danım,necəsən?*
Can canımdan olan canım, necəsən?.


Sübhan Abasbəyli

Oxunub: 147
Oxşar xəbərlər
SON XƏBƏRLƏR