Həyatın axışında gördüyüm çətinliklərdən ilhamlandım desəm bəlkə də az demiş olaram. Yaşadığım ağrılardan desəm yenə az olar. Büsbütün bir acı yaşam hekayəsi. Bəlkə çoxlarınızın qınağı olacaq bu yazı bəzilərinin iç dünyası, bəzilərinin deyə bilmədiklərnin səsi. Yalnız bir qadın kimi min qadının səsi olaraq yazıram... Bir az qəlbimizin dərinliklərində yatan köz bağladığını düşündüyümüz yaraların hekayesi. Bu gün mən bir qadın olaraq minlərlə qadının iç səsindən yazmaq istədim.
Nə deyərlər?..
Bu sualdadır bütün cavablar “ne deyerler”də?
Kimlerin nə deyəcəyini düşünərək onun-bunun istəkləri ilə yaşamadığımı bu zamana kimi, doğru bildiyimiz yanlışları aşılamadılarmı bizə. “O nə deyər?”, “Bu nə deyər”? Bes sən Sən olaraq necə yaşamaq istəyirsən. Kiminsə istəyi sənin həkim olman, kimlərsə müəllimə, kimlərsə musiqiçi ve s... ve s... Bəs sən? Sənin istəyin nədir soruşan oldumu? Ən vacib məqam oxumağı nə edir qız uşağıdı, ailə qurar yaxşı bir ailənin gəlini olar, bəsidi. Vəya həkim qıza görə sənət deyil. Universitet belə bunları düşünmək vahiməli gelirdi. Ali təhsil nədi bir texnikum bəs edir, və ya 9-u bitirdi besdir, ver ərə getsin, iş bacarır... Əsas odu iş öyrət xidmətkar olsun. Ərinə, qaynanasına xidmıt etsin. Ata evi... Ər evi... Ordan da qəbir evi. Geriyə yol yoxdur. Ordan kəfəninlə çıxarsan...
Kimlərə tanışdı bu hekayə? Bu hekayədə özünü görən varmı?
Həyatlarımız belə yönləndirildi illərlə bəlkə də əsrlərlə... Hacan ki danışmağa başladıq, fikrimizi bildirdik, qudurmuş olduq. Kimlərsə öyrətmiş oldu. Özü də maraqlısı odur ki, sanki bizim öz fikrimiz yoxmuş kimi ya anası, ya bibisi, ya xalası. Vay o günə ki, nəsildə bir boşanmış, ya əri ölmüş qadın olsun, 100 faiz o öyredilmiş kimi yanaşmadılarmı fikrimizə?
Daxilimizdəki özümüzlə savaşı xəstəliklərə döndərmədilərmi? Nevropatoloq, psixiator, nevroloq, ürək həkimlərini gəzmədikmi? Bilmirəm dərdimi... Amma bədənimin hər yeri ağrayır, başağrılarım keçmir, qəlbim tez-tez sancır. Epileptik tutmalarla təlaş atakı, həyəcan təşvişi ayırd etməyə belə özlərinə əziyyət eləmədilər, sadəcə bir diaqnoz gərək idi - əsəbləri pozulub? Niyəsini soruşmadılar. Səbəkar tərbiyəçi olan ailəmiz olmadımı?
Hələ burda nə əsəb pozulmuşdu, nə də başqa bir şeylər sadəcə bir neçə dəfə fikir bildirmə istəyi var idi. Diaqnoz üstünə möhürləndi - nevrozdu, psixozdu, xəstədi və?..
Bu qədər ağrıları yaşayan bir mən və ya sən özünü tanımadan, özünü necə müdafiə edəcəyni bilmədən, bir ordu ilə necə savaş meydanına girə bilər? Filankəsin gəlini, filankəsin qızı belə etdi, elə etdi. Əsassız arqumentlərlə filankəslərə bənzər həyatların məsuliyyətni üstlənmədikmi? Sən bir fərd olaraq bunların öhdəsindən gələ biləcək gücdəsənmi? Bir düşün özünə sual ver?
Ailə quranda sual verdilərmi, istəyirsənmi?
Istəyini anlayacaq yaşdasanmı?
Başqa bir adət, başqa bir yaşamağa hazırsanmı?
Bəziləri atasının nazlı qızı, bəziləri anasının göz bəbəyi, bəzilərimiz uşaq ikən yaşımızdan tez böyüyən biriləri...
Indi bu yazını oxuyan bəzi nənələr, bibilər deyəcək biz də keçmişik bu yollardan. Biz de oynadığımız zaman belimizə şal ile bizdən kiçik bacı-qardaşımızı sarıblar, biz də oynumuzu ele oynamlşlq, hələ + ev işini də görmüşük size, nə var əl ilə paltar yumursuz, qabı maşında yuyur çoxunuz, evi süpürgə əvəzinə robot tozsoran süpürür indiki dövrdə. Yaşamağa nə var ki sən bir də bizim dövrün yaşantılarına baxardın...
Ta elə o zamandan yüklendiyiniz ağırlıqları biz bugün daşımağa məhkumuq sanki?
Sizin dəyişə bilmediyiniz yaşamı biz dəyişərək standartlarınızdan çıxaraq çevriliş etmiş oluruqmu?
Bəlkə sizin bacarmadığınız üsyanı edərək bəziləri həyasız, bəzilərimiz də əsəbidi, fikir vermə statusu alırıq? Sizcə susmaq nə deyərlərin cavabıdırmı?
Zatən o nə deyərlər hər zaman danışacaq?
Düz də etsən, səhv də, yanlış da, doğru da, hər zaman bir söz tapıb danışacaq. Bilirsizmi niyə?
Hər kəsin həyata bir baxış bucağı var, hər kəs öz düşüncəsində. Doğrudur, senin doğruların onun yanlışı senin yanlışların onun doğruları ola bildiyi bir heyat düşüncesindeyik. Rəqəmlərin savaşı haqqında hekayəni bilirsizmi? Bir gün rəqəmlər sıraya düzülüb, kim haqlı, kim haqsız deyə iki hissəyə bölünürlər aralarında böyük mübahisə düşür? Aralarında 6 rəqəmi kənarda qalır. Sual verdikdə 9 sən niye teksen soruşurlar. 6 sənə görə 6-yam. Qarşı tərəf məni 9 kimi görür, demək mübahisəniz əsassızdı deyir.
Bəzən eyni fincanın qulpu kimi sənin sağ tərəfdən tutduğun qarşı tərəfin baxışında soldadırsa, bu heç nəyi dəyişmir. Fincan öz yerində, qulpu öz yerindədir, dəyişən baxış bucaqlarmız fikir ayrılıqlarımızdır. Əsassız bir mübahisələr həyatımızı kontrol edir. Lüzumsuz yerə bizə verilən bu gözəl həyatın dadını doya doya yaşamırıq.
Mövzu nə dəyərlərin cavablamaq bitmir nə deyərlər, yenə deyəcək bəziləri qaynanası yaxşı deyil, bəziləri gəlin yerinə düşmədi biriləri gəlini, biriləri əri bəziləri də ailəni doğmaları günahkar çıxaracaq...
Uşağına yaxşı baxmır, düşünən yoxdu, özü hələ uşaqdı.
Bu mövzuya da fikrimi bildirim hər qadın ana olacaq gücdədirmi, bunu öhdəliyə biləcək biridirmi? Mental dəyərlərmiz ailə quruludursa uşaq dünyaya 1 il sonra gəlməsi mühüm əhəmiyyət kəsb edir
Bu qanunu kim yazıb, hardan götürülüb, bilinmir. Sadəcə mental dəyər adət deyə möhürlüyüb bizlərə yansıdılıb. Bəs, yaxşı bu qızla oğlanın birlikdə yaşadıqları dövrdə bir birini tanıması (bu da ayrı mövzudu buna da açıqlamam olacaq) qız ana olaraq uşağ dünyaya gətirməyə hazırdımı? Orqanizmi bir kənara qoysaq psixoloji olaraq bunun öhdəsindən gələcək gücdədirmi? Bunlar hər biri önəmlidir. Bir kişinin məsuliyyəti qadına qarşı nələrdir? Xanımına bir qadın olaraq dəyər vermə gücündə olan bacarıqlı bir bəydirsə xanımı ana olduqdan sonra dostları ilə domino oynamağa, qəlyan çəkməyə, restoranlara qonaqlıqlara getmək əvəzinə xanımına həssas dönəmində dəstək olmağı vacib bilməlidir. Uşaq bir sevgi biryönlü məhəbbətlə böyüdülməməlidi. Hər iki valideyn uşağın doğulduğu gündən inkişafında, tərbiyəsində həmrəy olmalı, bolluca sevgi verməli və bunun öhdəsinde gələ biləcəkləri təqdirdə övlad dünyaya gətirilməlidir.
Kimsə uşaq xətrinə uşaq dünyaya gətirməməlidir. Kimlərsə nələrsə nə deyəcəklər xətrinə bu kimi məsuliyyətləri üstlənmək olmaz. Kimlər nə istəyir desin, necə istəyir danışsın sən nəyi necə istədiyni ilk başda öyrənib mesuliyyətin dərk etməlisən.
Bəzi analar oğlum evlənsin gəlinə 3 uşaq doğuzduracam kimi ifadələr işlədir. Bəziləri qardaşa qardaş, bacıya bacı lazımdı deyir. Bəziləri əşşi 2si bəsdi - bir oğlan, bir qız. Bəzileri de 3 qızı var oğlan da olmalıdır deyib ardıcıl uşaq doğuzdurur. Yaxşı bu tərz yanaşma bizə hardan gəlib şahlıq, varis anlaylşlndan, oğlun varsa soyun davam edir, yoxdursa soyadın itib batır düşüncəsi...
Nə qədəri doğrudur, nə qədəri yanlışdır bilirsizmi?
Hər kəs yenə öz fikrini bildirib ürəyindən çox sözlər deyəcək. Bir söz min budaqda yozulursa, o sözün dəyəri ağaclarda kök salır
Nə deyərlər ?
Afaq AZAD
Oxunub: 196