dini radikalizm və ekstremizmlə mübarizə

Fuad Biləsuvarlının söz inciləri



Tikim sizin ağzınızı şeirinə nəzirə

Ay kişi, ruzunu Allah kəsməyir,
Ruzunu da kəsən bəndədir, bəndə.
Millətin beynini ağacdələn tək,
Taq-taq döyəcləyən bəndədir, bəndə.

Tikan üzərində oturub millət,
Canlara işləyir xəstəlik, illət,
Təqsirkar kimdir ki, soruşur dövlət!
Cavabım seçdiyin bəndədir, bəndə.

Ömrümüz heç oldu, doğrandı həyat,
Dilbilməzə bunu ha de, ha anlat,
Gecə saat üçdən on iki saat,
İşləyən, tər tökən bəndədir, bəndə.

Qızıl qabda yeyən oğruya, pisə,
Bir söz deyən kimi gopçuya nəsə,
Dar ağacı hazır doğruya, düzə,
El ağzını tikən bəndədir, bəndə.

Şair Fuad, haqlı kəsə din deyir,
Haqqını tələb et, günün gün deyil,
Müsibəti bizim üçün cin deyil,
Bunu qəsdən edən bəndədir, bəndə.
[08:41, 23.10.2023] Djb 2: Məni Tanrı sevsin

Neynirəm bəndənin saxta sevgisin?
Məni Tanrı sevsin, tək Allah sevsin.
Özümü gözlərə soxmağım da yox,
Yalvarmıram məni padişah sevsin.

Beş nəfər sevməsə axı nolar ki,
Qorxmayın, qurumaz göllər, sular ki,
Həyatın mənası onda olar ki,
Məni sevəndə də lap uşaq sevsin.

Kim kimlə gəlməyir ortaq məxrəcə,
Zəifi salırlar qəfəs, məhbəsə,
Düzgün danışmaq da yasaq hər kəsə,
Yazıq dillər nə cür danışmaq sevsin.

Qonşum tutulubdu dərdə, mərəzə,
Yanaşa da bilmir həkim Əvəzə,
Dərdə çarə tapmaq müşkül məsələ,
Adam ölür necə yaşamaq sevsin.

Düz oğlu, düzlərdən gətirib sitat,
Yatanı yuxudan sən özün oyat,
Cənublu balası, daim yaz-yarat,
Səni nəslin kimi yurd, torpaq sevsin.


[08:42, 23.10.2023] Djb 2: Qurani kərim

Əzəl gündən kömək oldu bizlərə,
İnanmaq lazımdı möcüzələrə.
Nur gətirdi neçə-neçə gözlərə,
Allahın kitabı, Qurani kərim.

Tanrının bizimçün ərmağanıdı,
O islam dininin, müsəlmanındı.
Bizi unutmayan Yaradanındı,
Allahın kitabı, Qurani kərim.

Müsəlman əhliyik dildə duamız,
Dua hesabına isti yuvamız.
Sənlə bərqərardı gözəl dünyamız,
Allahın kitabı, Qurani kərim.

Sildin ürəklərdən kədəri,qəmi,
Ayələrin verdi dərdə məlhəmi.
Pənah gətirənin dostu, kimsəsi,
Allahın kitabı, Qurani kərim.

Neçə müharibə qarşısı aldın,
Gücünlə hər yanda qələbə çaldın.
Nurlu insanların yanında oldun,
Allahın kitabı, Qurani kərim.

Səni götürəndə əlimə hər an,
Ən müşkül işlərim olur çox asan.
Ruhsuza ruh verən, cansıza da, can,
Allahın kitabı, Qurani kərim.

Müəllif: Fuad Biləsuvarlı

Allaha dua

Gəl sinəmdən dağı götür,
Götür, Allah, yalvarıram!
Dərdlərimi azdır, itir,
İtir, Allah, yalvarıram!

Çiyinlərim dağdan ağır,
Fikir məni yaman boğur...
Mən bəndənə bir yol uğur
Yetir, Allah, yalvarıram!

Gəl sınama inadını,
Qırma eşqin qanadını...
Bizə vüsalın dadını
Gətir, Allah, yalvarıram!

Hər vaxt yetiş köməyimə,
Bir qüvvət ver biləyimə.
Şəfqətini ürəyimə
Ötür, Allah, yalvarıram!

Nikbin nota köklə anı,
Sülhlə bəzə bu cahanı.
Müharibə, qan, davanı
Bitir, Allah, yalvarıram!

Müəllif: Fuad Biləsuvarlı

21 aprel

Tanrı taleyimdən xəbərsiz deyil

Üstümdə hər zaman nəzəri vardır,
Bu kəm qismətimə qəhəri vardır.
Ömrümdən, günümdən xəbəri vardır,
Tanrı taleyimdən xəbərsiz deyil.

Pis yolda deyiləm, qınamır məni,
Sadiqəm mən ona, sınamır məni.
Başqa bəndəsindən ayırmır məni,
Tanrı taleyimdən xəbərsiz deyil.

Bəxtimi alnıma yazanım da o,
Yuxumu, röyamı yozanım da o.
Hər şeyi yoluna düzənim də o,
Tanrı taleyimdən xəbərsiz deyil.

Etdiyim duanı eşidər yəqin,
Dərdli olduğumu o bilər yəqin.
Bir gün gözlərimi o silər yəqin,
Tanrı taleyimdən xəbərsiz deyil.

Bəndəni qoymaz ki, o, darda qala,
Tələsməz zamansız canını ala.
İstəməz həyatım sarala-sola,
Tanrı taleyimdən xəbərsiz deyil.

Qurtarar canımı bu ahu-zardan,
Çəkər gözlərimi ucsuz yollardan.
Fuadam, çıxardar məni də dardan,
Tanrı taleyimdən xəbərsiz deyil...

Müəllif: Fuad Biləsuvarlı

Allah, hüzurunda yalansızam mən

Başı kəsilməli dərdə bıçaq ver,
Yolum qaranlıqdı, işıq, çıraq ver.
Ərkin mənə çatır, yenə sınaq ver,
Allah, hüzurunda yalansızam mən.

Hərdən səbrimi də kəsir qəzəbim,
Xıncım-xıncım edir məni əsəbim.
Mənfi cəhətimi deyim ya Rəbbim,
Özümə həddən çox inamsızam mən.

Göstər, nəyi harda səhv eləmişəm,
İcazən olmadan kef eləmişəm?
Sayəndə zirvələr dəf eləmişəm,
Bəndələrin heç nə, adamsızam mən.

Məsləhət sənindir, belə bəxt yazdın,
Göydən başım üstən daşları saldın.
Bir atam var idi onu da aldın,
On ildən çoxdu ki, atamsızam mən.

Bəndələrdən mənə səfil deyən var,
Diqqətli bəndənə qafil deyən var.
Yiyəsiz və yaxud əfəl deyən var,
Onların dərsin ver, imkansızam mən.

Başı kəsilməli dərdə bıçaq ver,
Yolum qaranlıqdı, işıq, çıraq ver.
Ərkin mənə çatır, yenə sınaq ver,
Allah, hüzurunda yalansızam mən.

Müəllif: Fuad Biləsuvarlı

İlahi!

Aç mənim üzümə neçə səhəri,
Yox et nisgilləri, yox et qəhəri.
Bol elə süfrəmdə min bir bəhəri,
İlahi!

Çox arzum qəlbimdə yarımçıq, viran,
Könlümün başını üşüdür boran.
Sən ol sağalmayan yaramı saran,
İlahi!

Üstümdən bu yükü, bu dağı götür,
Mənim də ömrümə məhəbbət yetir.
Xalqıma ən xoşbəxt gələcək gətir,
İlahi!

Yolumu elə aç - keçə bilim mən,
Suyumu şirin et, içə bilim mən.
Sözümlə qəlblərə köçə bilim mən,
İlahi!
[08:42, 23.10.2023] Djb 2: Çox görmə mənə

Sözün ağızımın şirin şərbəti,
Şəkəri, şərbəti çox görmə mənə.
Hüzurlu oluram əlim sinəndə,
Gülüstan cənnəti çox görmə mənə.

Sözüm də səninlə qəşəng alındı,
Yatmağa qolunda yerim salındı,
Məni rahatladan da dildə balındı,
Nolar, naz-neməti çox görmə mənə.

Sinəndəki salxım-salxım üzümə,
Toxunanda, qüvvət gəlir dizimə,
Saçın içrə yuva qurum özümə,
Saray, imarəti çox görmə mənə.

Sevgidən qiymətli nə var, dünyada,
Sən üçün yaranıb güzgü, ayna da,
Sifariş eləyim nəğmə, oyna da,
Toyu, ziyafəti çox görmə mənə.

Saldım birdəfəlik bunu qafaya,
Təbib, təbabətsən məndə dəvaya,
İşıq verdi gözün elə-obaya,
Günəş səltənəti çox görmə mənə.

Çalışmalı bu əllər

Qıraq hara, mən hara,
Bu çağ hara, mən hara,
Ayaq hara, mən hara,
Başdır məni gözləyən.

Yuxuma da gəlməyən,
Özümə də bənzəyən,
Ayaqlarım dəyməyən,
Daşdır məni gözləyən.

Kəsib kabab etməyə,
Bəh-bəh ilə yeməyə,
Hində dənin verməyə,
Quşdur məni gözləyən.

Kənddə, bağda çiçəklər,
O dolanbac küçələr,
Qarası ilə bərabər,
Aşdır məni gözləyən.

Qulluq istəyir güllər,
Çalışmalı bu əllər,
Kənd evində nə qədər,
İşdir məni gözləyən.

Oxunub: 289
Oxşar xəbərlər
SON XƏBƏRLƏR