dini radikalizm və ekstremizmlə mübarizə

Yüksək peşəkarlıqla və dəqiqliklə aparılan lokal antiterror tədbirləri


Ali Baş Komandanın rəhbərliyi və liderliyi ilə ordumuz, hərbi güc və potensialımızın möhkəmlənməsi uğrunda həyata keçirilmiş dövlət siyasətinin nəticəsində ən yüksək resurs və təminata malikdir və bu uğurlar Azərbaycan ordusunun qələbəsinin təminatı oldu. İşğalçı Ermənistanın mülki əhalimizə qarşı etdiyi cinayətkar terror hücumlarına Azərbaycan dövləti yalnız və yalnız döyüş meydanında layiqli şəkildə cavab verir və minaterrorundan həlak olan mülki şəxslərimiz və şəhidlərimizin qisasını alır. Cəmi 23 saat 43 dəqiqə ərzində Müzəffər ordumuz ən müasir silah və texnikalara sahibdir və döyüş meydanında heç bir kənar qüvvələrin təsiri olmadan zəfər çaldı. Mənfur düşmən isə terrorçu qruplaşmaları döyüş meydanında məğlubiyyətə düçar oldu və ağ bayraq qaldırdı. Bu ümumilikdə, düşmənin son 3 il ərzində ikinci kapitulyasiyasıdır. 19 sentyabr tarixində düşmənə cavab olaraq, aparılan lokal xarakterli antiterror tədbirlərin qarşısında duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Separatçı terrorçular cəzalandırıldı və bir daha Ermənistana və onun havadarlarına göstərildi ki, onların istənilən təxribatına Azərbaycan ordusu layiqli cavab verələcəkdir.

Qeyd etməliyəm ki, lokal antiterror tədbirlər nəticəsində, Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və bu günə qədər çıxarılmamış Ermənistan dövlətinin ordusunun böyük hissəsi tamamilə məhv edilmiş çoxlu sayda hərbi texnika sıradan çıxarılmışdır. Bir gün davam etmiş döyüşlərin nəticəsində Azərbaycan ərazisində yerləşən qanunsuz separatçı erməni silahlı birləşmələri artıq bizim şərtlərimizi qəbul etməyə hazır oldular. Birbaşa dialoq üçün lazımi addımlar atıldı. Yevlax şəhərində Qarabağda yaşayan erməni icmasının nümayəndələri ilə ilk görüş baş tutdu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev lokal antiterror tədbirlərin nəticəsi barədə xalqa müraciətində xüsusi qeyd etdiyi məqamlardan biridə Qarabağın Azərbaycan ərazisi kimi dünyanın tanıması, o cümlədən Ermənistan rəhbərliyi artıq bunu başa düşərək qəbul etməsidir. Müharibə və postmüharibə dövründı "Qarabağ Ermənistandır və nöqtə" deyilirdisə, indi "Qarabağ Azərbaycandır" deyilir və bizim ərazimizin ölçülərini də dilə gətirməyi unutmur.

Əlbət də ki, bütün uğurların və zəfərlərin qazanılması itkisiz mümkün deyil və antiterror tədbirləri zamanı şəhidlərimiz və yaralılarımız oldu. Onlar Vətən yolunda,haqq-ədalət yolunda öz canlarını fəda etmişlər. Azərbaycanın suverenliyi yolunda canlarından keçən bütün şəhidlərimizin xatirəsini ehitramla anırıq hörmətlə yad edirik . Onlar bizim qəlbimizdə əbədi yaşayacaqdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı əsgər və zabitlərimizə şəfa versin.

Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Oxunub: 189
Oxşar xəbərlər
SON XƏBƏRLƏR