dini radikalizm və ekstremizmlə mübarizə

Millət vəkili Sədaqət Vəliyeva yazır



Djb.az xəbər verir. Millət vəkili Sədaqət Vəliyeva öz sosial media hesabında Fransada baş verən qətlə qarşı öz fikirlərini yazıb.
Fransanın Nanter şəhərində polis tərəfindən 17 yaşlı Əlcəzair əsilli yeniyetmənin qətlə yetirilməsi Fransa dövlətinin terror xislətinin növbəti göstəricisidir. İrqi zəmində baş vermiş bu qətliam həm də bir daha sübut edir ki, Fransada heç bir insani dəyərlərə hörmət qalmayıb və Fransanın insan hüquqlarından danışmağa heç bir haqqı yoxdur. Dünyanın 50-dən artıq ölkəsində qırğınlar törətmiş, sərvətini talamış və ən əsası terror dövlət olan Ermənistanı dəstəkləyən, ona bacılıq edən Fransada bu cür vəhşilik ilk belə hal deyil. Qətliamın törədiləməsi azmış kimi hadisə ilə bağlı çəkiliş edən jurnalistlər də təzyiqlərə məruz qalır, onlara peşə fəaliyyətlərini yerinə yetirməyə imkan vermirlər. Fiziki zorakılıqlara məruz qalan jurnalistlər içərisində Azərbaycan Televiziyasının əməkdaşları da vardır. Beləki qanuni fəaliyyətlərini icra edən Azərbaycan Televiziyasının jurnalistlərinin çəkiliş kamerası əllərindən alınıb, sındırılıb və onlar silahla təhdid olunublar. Lakin çox təəssüf ki, hələdə xain hücumu törədənlər heç bir məsuliyyətə cəlb olunmayıb və rəsmi Paris Azərbaycana qarşı riyakar, ikiüzlü siyasətini davam etdirərək azərbaycanlı jurnalistlərə qarşı törədilmiş hücuma göz yummaqdadır.

Yeniyetmənin qətliamından sonra Fransada narazılıqlar, ixtişaşlar geniş vüsət almaqdadır. Maraqlısı budur ki, Fransada ixtişaşların baş alıb getdiyi bir vaxtda prezident Makron Elton Conun konsertinə gedir öz istirahətinən, kefindən belə qalmır. Görünür nə yeniyetmənin qətli nə də xalq Fransa prezidentini maraqlandırmır. Artıq Fransa xalqı da Makronun yarıtmaz, ikiüzlü, riyakar, terror, erməni lobbisinə xidmət edən siyasətindən bezib.

Necə deyərlər Paris partlayır. Bu dəfə isə Parisi partladan dərviş yox Makron və onun yarıtmaz, ikiüzlü, terror siyasətidir.

Oxunub: 383
Oxşar xəbərlər
SON XƏBƏRLƏR