dini radikalizm və ekstremizmlə mübarizə

MƏHV OLMUŞ AZƏRBAYCAN GƏNCLİYİ


MƏHV OLMUŞ AZƏRBAYCAN GƏNCLİYİ

"Gənclər bizim gələcəyimizdir!"-deyə, hamı ağızdolusu danışır. Bir sözlə, bu sözləri eşitməkdən iyrənmişik.

Hansı gənclər bizim gələcəyimizdir? Axı hansılar? Hansının bir ürəkaçan əməli var? Hansı örnəkdir? 15 yaşına çatmamış siqaret çəkən gənclər? Doyunca yayıb yuxu görməyib də araq içən gənclər? Orta məktəbə getmək əvəzinə valideyinini aldadaraq və yaxud da ki, dərsdən yarımçıq yayınaraq kompüter stadionlarına qaçan gənclər? Təhsilin, elmin, maarifçiliyin arxasınca getmək əvəzinə cinayətkar dünyanın, "Oğru aləmi"-nin qanunlarına bənd olan, zindan görməyib də zindanın abu-havasını tərifləyən başıpozuq gənclər? Bütün günü tinlərdə dayanaraq gəlib-gedənə tamaşa edən, küçələrdə işsiz-gücsüz bir şəkildə avaralanan gənclər? Bədən nahiyələrinə müxtəlif cür tatuaj etdirərək özünü üstün sayan gənclər? Bütün günü avara kimi it gəzdirən gənclər? Öz ölkəsində oxumaq istəməyərək xarici ölkələrə axışan və vətən hissindən kasıb olan gənclər? Yoxsa, narkomanlıq edən gənclər?

Axı bunların hansından danışasan?! Danışdıqca da adamın ürəyi yanır, ümidlər puç olur. Baxın, arzu etdiyimiz Azərbaycan gəncliyi məhz sırf bu cür şikəst, zəlil olmuş bir gündədir!

Təbii ki, o gənclərin ailələrindən də çox şey asılıdır. Bu günləri çirkin yollara düşən, müxtəlif cür pis vərdişlərə, insanlıqdan uzaq hərəkətlərə aludə olan gənclərin valideyinləri də çox böyük bir məsuliyyət daşıyırlar. Əlbəttə ki, həm Allah, həm dövlət və həm də ki, biganə qaldıqları həmin o övladları qarşısında dərin bir məsuliyyət daşıyırlar. Bir sözlə, təqsirkardırlar. Övladlar valideyindən görüb-götürür. Boş-boşuna deməyiblər ki, "Uşaq evin güzgüsüdür!"......

Tüfeyli, başıpozuq, səfeh lazımsız gənclik bizə gərək deyil. Üzr istəyirəm bu ifadəmə görə, lakin onların zibildən bir fərqi yoxdur. Heç olmasa, Balaxanı zibilliyində zibilləri emal edirlər, lazımlısını istifadəyə verirlər. Lakin məhv olmuş gəncliyin isə heç emal olunmuş zibil qədər belə, dəyəri və qiyməti yoxdur.

Lakin yenə də gec deyil. Təhsil, elm, maarifçilik, milli-mənəvi dəyərlər çərçivəsində gəncləri düz yola, haqq yola doğru yönəltmək olar. Bu işdə hər kəs öz gücünü sərf edərsə, bəlkə də arzu etdiyimiz o parlaq Azərbaycan gəncliyi, nəzərdə tutduğumuz gözəl gələcək tezliklə gerçəkləşə bilər. Belə zəruri və həssas məsələlərdə valideyinlər də səy göstərməlidirlər.

Uca və əzəmətli Allah bütün bəndələrinə möhlət, şans verir ki, bəlkə bir gün adam olub da düz yola dönələr.

Allah gənclərimizi qorusun və bədbəxt gəncləri isə bu tezliklə islah etsin! Və onların islah olunmaları ilə bizlərin də ürəyini şad etsin, amin!

Ərtoğrul Mehdizadə

Oxunub: 1 230
Oxşar xəbərlər
SON XƏBƏRLƏR