dini radikalizm və ekstremizmlə mübarizə

Pərvanə Salmanqızının poeziya iciləri


DÜNYANI SEVMİŞƏM
GÖZÜNDƏ SƏNİN.

Bəzən sonu kədər olur
Amma ömür qədər olur eşq,
Dünyanı sevmişəm
Gözündə sənin.
Bəzən hər yerdəyəm,
Dilindəki nəğməyəm,
Qəlbindəki sevgiyəm,
Hər sözündə, "öz"ündə,
Canında, qanındayam.
Hər nəfəs alışında
Səndəyəm, səninləyəm.
Bəzən üzünə tökülən telində,
O telinə toxunan əlindəyəm.
Gözlərinin nəmində,
Yağışın damlasında,
Doğan günəşdəyəm mən.
Dünyanı sevmişəm
Gözündə sənin.


SƏN QORU ALLAH!

Sınmadın,yenmədin
Əsən yellərə.
Bu odlar yurdunu,
Sən qoru Allah!

Haqqı,mərhəməti
Dini,inamı
İnsana məhəbbəti,
Sən qoru Allah!

Sevgi,mərhəmət
Sülh diyarıdır.
Gözəl Azərbaycanı,
Sən qoru Allah!

Dünya həsrət qalsın,
Zülmə, savaşa
Ana yurdumuzu,
Sən qoru Allah!


İLHAM İLƏ ƏRDOĞAN !

İlham ilə Ərdoğan !
Qardaşlığı var olsun .
Birlik - barabərlik ,
Həmrəyliyiniz var olsun .

İlham ilə Ərdoğan !
Yeni tarixin ,
Qəhrəman Sərkərdələri ,
Həmrəyliyiz var olsun .

İlham ilə Ərdoğan !
Dünyaya sübut etdi .
Güçünu birliyini ,
Həmrəyliyiz var olsun .

İlham ilə Ərdoğan !
Güc birlikdədir !
Biz birlikdə güclüyük !
Həmrəyliyiz var olsun !

İlham ilə Ərdoğan !
Dünya arenasının ,
Qəhrəman Liderləri !
Həmrəyliyiz var olsun .

İlham ilə Ərdoğan !
Bütün xalqın qəlbidə ,
Duasi - sevgisində ,
Həmrəyliyiz var olsun .

İlham ilə Ərdoğan !
Vətəni çanıyla , qanıyla sevər ,
Qızıl hərflərlə , tarix yazar .
Həmrəyliyiz var olsun .

İlham ilə Ərdoğan !
Səfəriniz , zəfərimiz , mübarək .
Siz xalqın , xalqda sizin gücünüz .
Həmrəyliyiniz var olsun .

Ana Vətən , övladlarına güvəndi .
Bir oldular , Turan qurdular .
Türkün şanı - şöhrəti !
İlham ilə Ərdoğan !!!


GƏL ARTIQ.

Bağçada güllər solmadan,
Ömrümün baharı,
Yazı gəl artıq.
Yazmışam qəlbimə
Sənin adını
Yaz çiçəyim,gəl artıq.
Bu kiçik qəlbimdə
Böyükdür yerin
Aşiqəm ruhuna,gözəlliyinə
Bal tökülür ləbindən,
Ahu ceyranım..
Məlhəm ol yarama,
Dön, gəl sən artıq.

Oxunub: 5 618
Oxşar xəbərlər
SON XƏBƏRLƏR