dini radikalizm və ekstremizmlə mübarizə

Şair Hökmalı Əliyevin söz xəzinəsi


İSTƏMİRƏM
İstəmirəm çox yaşayım
Altmış, yetmiş bəsdi mənə
Bir kimsəyə yük olmayım
Doxsan, yüzü qəsdi mənə

İstəmirəm düşəm gözdən
Hörmət, izzət gedə əldən
Ayrı qalam gedən köçdən
Doxsan, yüzü qəsdi mənə

İstəmirəm çox qocalam
Künc-bucaqda itəm, qalam
Umu, küsü çəkəm, dadam
Doxsan, yüzü qəsdi mənə

İstəmirəm canım yana
Dərd üstünə dərd calana
Sevdiklərim hey yadlana
Doxsan, yüzü qəsdi mənə

İstəmirəm uzun ömür
Sonunda ki, hamı ölür
Düşündükcə həvəs sönür
Doxsan, yüzü qəsdi mənə


Nə qorxu var, nə də təlaş
Yanımdadı böyük qardaş

Bu bir vətən, bu bir qeyrət savaşı
Yolumuzdan geri dönmək yox ki, yox
Qalmayınca düşməndə bir qarışı
Od almışkən, daha sönmək yox ki, yox

Çox itirdik bu yolda can, igidlər
Mübariz tək qəhrəmanlar, ərənlər
Yetişəcək yenə cəsur nəsillər
Öldürməmiş daha ölmək yox ki, yox

Qaçan yox ki, daha uzaq ölümdən
Qisas deyib od püskürür gözündən
Seçilmir ki, mülküsü əsgərindən
Bitirməmiş zəfər demək yox ki, yox

Yığışıbdı bu gün millət bir yerə
Hamı dönüb müsəlləf bir əsgərə
Bu yol gedir bilirik ki, zəfərə
Bu fürsəti əldən vermək yox ki, yox


Qarabağı alıb Azəri qardaşlarıma verəcəyəm!
R. T. Ərdoğan.

Çox inandıq yalan sözə, vədlərə
Ümid qalıb təkcə sənə Ərdoğan
Söz vermişən kişi kimi bizlərə
Əməl eylə sözlərinə Ərdoğan

Döyüşmədən çox qanımız töküldü
Çarəsiz tək hey beliimiz büküldü
Qürurumuz, vüqarımız söküldü
Qarabağı qat vətənə Ərdoğan

Baş əyməyək bundan belə zülümə
Bir nəfər tək söylə gedək ölümə
Qorxu, təlaş görünmür ki, gözümə
Hünər verdin millətinə Ərdoğan

Sizdən başqa de kimimiz var axı?
Türkiyə tək dövlətimiz var axı?
Namusumuz, qeyrətimiz var axı?
Aman vermə düşməninə Ərdoğan

Bundan belə ya biz qalaq, ya ölək
Vətən üçün sonunadək döyüşək
Qismət olsa Qarabağda görüşək
Zəfəri yaz şöhrətinə Ərdoğan


Bəd gətirmə ağlına
Gələcəyəm ay ana

Nigaransan, qəm dolubdu gözünə
Yenə sənə dönəcəyəm ay ana
Can borcum var bu gün ana vətənə
Gözlə məni, gələcəyəm ay ana

Vətən darda, necə baxım, dözüm mən?
Haqq yolundan necə geri dönüm mən?
Torpağımı niyə yadla bölüm mən?
Gözlə məni, gələcəyəm ay ana

Yolumuzdan dönüş yox ki, geriyə
Çalışırlar vətənimi bölməyə
Bu yol gedir öldürməyə, ölməyə
Gözlə məni, gələcəyəm ay ana

Qorumasaq vətən olmaz bu torpaq
Dayanmasaq keşiyində bu sayaq
Göz dikəcək sərvətimə hər alçaq
Gözlə məni, gələcəyəm ay ana

Qurban olum, olma belə niğaran
Nəyə gərək vətən yoxsa söylə can
Mənim kimi sən də mətin, dik dayan
Gözlə məni, gələcəyəm ay ana


Cəbhədədi oğul balam
Əsgərədi hər an duam

Əsgər balam, gözləyirəm səni mən
Qələbənin xəbərini gətir, gəl
Qarabağın dərəsindən, düzündən
Xarı bülbül çiçəyini gətir, gəl

Aman vermə qaça yağı düşmənin
Al qisasın şəhid olan, ölənin
Azad elə torpağını vətənin
Qarabağın nəfəsini gətir gəl

Çox çəkmişik həsrətini o yerin
Ağrısını, acısını illərin
Qorxusundan qaçan mənfur düşmənin
Harayını, naləsini gətir gəl

Yağılardan azad eylə torpağı
Tök qanını, qoyma diri alçağı
Qayıdanda dik qoyarsan papağı
Zəfərinin müjdəsini gətir gəl

Anan qurban, muğayat ol özündən
Düşmənini qoyma bir an gözündən
Söz vermisən, çıxma bax ha sözündən
O döyünən ürəyini gətir gəl.

Oxunub: 3 505
Oxşar xəbərlər
SON XƏBƏRLƏR