dini radikalizm və ekstremizmlə mübarizə

Ərtoğrul Mehdizadənin şer dünyası


BƏDAHƏTƏN

Tərif vurulanda çıxma özündən!
Lovğalıq tökülür hər bir sözündən!
Gözüm heç su içməyir kinli gözündən!

Allah sənə veribsə gözəl görkəmi,
Yarı yolda qoymusan neçə nakəmi,
Qiyamət günü kömək etməz nə dayı, nə əmi!

Mən çoxunu keçirdim açıq süzgəcdən,
Başın ağıldan yoxsuldur, qəlbin sevgidən,
Gecə-gündüz əl çəkmirsən sən o güzgüdən!

Məhrumi-eşqsən, nə lovğalanırsan?!
Bir xoş söz deyəndə tez çulğalanırsan!
"Sevə bilmərəm!" deyib sən qocalırsan!

Allah yetiribsə sənə neməti,
Bacarginən verəsən ona qiyməti,
Öz əlinlə söndürmə şami-səadəti!

"Fikirləşirəm!" deyib vaxt aparırsan!
Yazıq oğlanın çox qəlbin qırırsan!
Sənə verilən dəyəri özün azaldırsan!

Kimlərin bu dünyadan getdi tabutu,
Naz etməyin də var həddi-hüdudu,
Sevgidə axtarma dəlil-sübutu!

Özün yalançısan, ürəyin daşdır,
Nə olsun ki, cəlb edən bir göz, bir qaşdır?!
Sənin o ürəyin sevgidən boşdur!

Özündən böyüklə sən az dilləş!
Allah möhlət veribdir, yaxşı fikirləş,
Qoy, qəlbin olsun parlaq bir günəş!

Ərtoğrul Mehdizadə

Oxşar xəbərlər
SON XƏBƏRLƏR