Bizlər nə vaxt bu yerlərə gəlib çıxdıq? İndiki dövrün bəzi qızlarının atalarına, qardaşlarına, xüsusilə ərlərinə qarşı üsyan etmələri, "Mən beləyəm! Öz həyatımı necə istəyirəmsə, elə də yaşayacağam!" kimi səfeh ifadələr işlətmələri, xəstə təfəkkürə sahib olmaları və bütün milli-mənəvi dəyərləri tapdalayaraq onları Avropanın iyrənc ideologiyalarına qurban vermələri necə də ürək ağrıdan və ikrah doğuran bir haldır.
Qadınlar və qızlar mənəviyyat baxımından necə korlandı, bu cür axmaq fikirlərə haradan düşdülər?! Belə çıxır ki, onların atası, qardaşı və əri həmin qızların əlində bir oyuncaqdır, kişilərinin evdə sözlərinin bir kəsəri olmadığı üçün başıboş qızlar onları saymırlar.
Əgər bu gün bir feminist qız utanmadan, qızarmadan, çəkinmədən "Mənim həyatıma heç bir insan qarışa bilməz!" deyirsə, o zaman, bunlardan gələcəkdə nə ana, nə bacı və nə də ki, arvad olar...... Belə düşüncədə olan qızların kibrit çöpündən heç bir fərqi yoxdur. Çünki, kibrit çöpünü də cəmi bir dəfə yandırıb atırsan və daha heç bir faydası olmur.
Dırnaqarası Feminizm qəhrəmanları 2021-ci ilin mart ayının 8-də "Bizimdir hürr küçələr!" şüarı altında Nizami küçəsində səviyyəsiz bir tamaşa göstərdilər. Buna mərhum Cəlil Məmmədquluzadənin tədbirincə "Göz yaşı içərisində gülüş" deyərdim. Güya ki, kişinin qızları meydana çıxaraq qadın azadlığından, qadın hüququndan dəm vurur və onu müdafiə etdilər. Amma cəmiyyətdə özlərinə yalnız mənfi rəy yaratdılar. Feminizm düşüncəsinə görə, ailəli qadın gedib fahişəlik də etsə, olar. Çünki, "O, zərif məxluqdur və istədiyini edə bilər"...... Lənət olsun belə qızlara ki, onlar milli şüurumuza tamamilə yad olan şeyləri təbliğ edirlər və iki-üç namuslu qızı da yoldan çıxardaraq özlərinə oxşatmağa cəhd edirlər. Ağıllı bir qız heç zaman belə fitnələrə getməz.
Bura əxlaqsızlığın qaynağı olan Avropa deyil, bura qeyrətin, namusun, abır-həyanın, ailə dəyərlərinin, insanlığın, mədəniyyətin və vətənsevərliyin öz əksini tapdığı Azərbaycandır!
Təbii ki, qanında əsil Türk qanı olan bir xanım heç vaxt öz ailəsinin kişilərinə qarşı baş qaldırmaz və çalışar ki, onlara qarşı layiqli bir qadın olsun!
Bizim mənəvi mədəniyyətimiz var. Dədə Qorqudun zamanında Oğuz türkləri savaşa getsəydilər, geridə buraxdıqları sevgililəri, nişanlıları və yaxud da ki, arvadları onlar qayıdana qədər düz 3 il gözləyərdilər.
Əlbəttə ki, əgər keçmişdəki ana-bacılarımız bu günün qadın-qızları kimi öz kişilərinə qarşı üsyan etsəydilər, daha doğrusu, öz bildiklərini etsəydilər, heç şəkk etmirəm ki, onda, Oğuz igidləri onları qılınc ilə 10 yerə ayırar və hər tikələrini bir quduz itə yedizdirərdilər.
Azərbaycan qadınının belə özbaşınalığa düşməsi onun milli şüurdan nə qədər uzaq düşməsindən qaynaqlanır. Bəylər öz evlərində qadınlarının başı üzərində möhkəm durmalıdırlar ki, onlar daha "Feminist" olmasınlar, əkisinə, "Layiqli qadın" olsunlar.
Əgər bir kişinin anası, bacısı və yaxud da ki, həyat yoldaşı feministdirsə, o zaman, gərəkdir ki, elə o da başına yaylıq bağlasın! Çünki, həmin kişi onlar üçün "Kişi" deyil!
Ərtoğrul Mehdizadə
Oxunub: 1 637