dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan ədəbi dilində də leksik normanın keyfiyyətini milli sözlər müəyyən edir.

Baxış Sayı:122

Azərbaycan ədəbi dilində də leksik normanın keyfiyyətini milli sözlər müəyyən edir.

Azərbaycan dilinin lüğət tərkibi çox zəngindir. Burada əsl türk sözləri ilə yanaşı, forma və məzmunca türkləşmiş ərəb və fars sözləri də işlənir. Daha sonrakı illərdə isə Azərbaycan dilinə Avropa dillərinə məxsus çoxlu sayda söz daxil olmuşdur. Dünyanın başqa inkişaf etmiş ədəbi dilləri kimi, Azərbaycan ədəbi dilində də leksik normanın keyfiyyətini milli sözlər müəyyən edir.

Hər bir insana bəllidir ki, yaşadığımız dünya keşməkeşli hadisələrlə dolu bir aləmdir. Maddi aləmin bu mürəkkəb proseslərini elm sahələri araşdırır, müəyyən nəticələr əldə edir. Maddi aləmin müxtəlifliyi, elmlərin də müxtəlif şaxələrə bölünməsinə gətirib çıxarır. Nitq mədəniyyəti də bu elmlərdən biridir. Başqa elm sahələrində olduğu kimi, bu sahədə də cəmiyyətin tələblərindən doğan zəruri məsələlər diqqət mərkəzində durmalıdır. Cəmiyyətin inkişafı ilə bərabər inkişaf edib bu günümüzə gəlib çatan bir çox elmlər kimi, nitq mədəniyyəti elmində də həllini gözləyən məsələlər mövcuddur. Çünki nitq mədəniyyəti uzun illər başqa elmlərin tərkibində formalaşmışdır. Qədim Yunanıstandan tutmuş bir çox dünya ölkələrində təşəkkül tapmış nitq mədəniyyəti bu gün də müxtəlif elmlərlə əlaqəli şəkildə inkişafını davam etdirir

Oxşar xəbərlər
SON XƏBƏRLƏR