dini radikalizm və ekstremizmlə mübarizə

Dədə Qorqudun mübarək nəfəsi ilə yetişmiş Qazax və bütün milli-mənəvi dəyərləri, adət-ənənələri, mədəniyyəti, ali məfhumları özündə yaşadan qazaxlılar


Qazax rayonu Azərbaycanımızın ürəyinin bir parçasıdır. Bu oylaqdan adı-sanı dastana çevrilən igidlər çıxmışdır. "Kitabi-Dədə Qorqud" dastanında göstərilən bir çox hadisələrin əksəriyyəti məhz Qazax vilayətində cərəyan etmişdir. Bu mübarək torpaqda Dədə Qorqudun, Bayandur xanın, Qazan xanın, Bamsı Beyrəyin, Qanturalının nəfəsi vardır.

İgidlik, mərdlik, nəzakət, səxavət, mərhəmət, sabitqədəmlilik, dostluq, qardaşlıq, etibarlılıq axtarsan, gərəkdir ki, Qazaxa baş vurasan. Qazaxlılar sırf bu cür insani keyfiyyətlərə malik bir toplumdur. Uca Allahın müqəddəs nəzərləri hər bir zaman bu ulu və əzəmətli torpaqda olacaqdır. Çünki, bu torpağın yetirmələri olanlar həmişə öz ədəb-əxlaqı, mərifəti və qanacağı ilə seçilmişdir və seçilir də. Qazaxından, qazaxlısından danışsam, gərək, günlərlə qulaq asasan. Qazaxımızı qısa müddət də olsa, Osmanlı miralayları, sancaqbəylər idarə etmişdir. Bəli, bu məmləkət əsil türk yurdudur.

Gözünə döndüyüm bu Qazax cəngavərləri 1992-ci illərin ilk Qarabağ müharibəsində allahsız, dinsiz-imansız erməni kafirlərinə qarşı döyüşmüş, Aşağı Əskipara və Xeyrimli kəndlərinin şərəfini uca tutmağa müvəffəq olmuşdurlar. Vətən sevgisi, millətə, el-obaya bağlılıq, torpağa qayğı, dövlətə sədaqət deyərkən, yada ilk düşən məhz Qazax və onun mərd camaatıdır. Sanki, Allah bu torpağı xüsusi bir sevgi və qüdrət ilə xəlq etmişdir. Namərd o torpağa düşərsə, ya mərd olar və ya da ki, ölər. Kişilik məktəbi keçmək istəyənlər qazaxlılara baxsın, onlardan öyrənsin. Bu günləri milli şüuru özündə qoruyub-saxlayan yeganə diyar vardırsa, ora məhz Qazaxdır! Özüm qazaxlı olmasam da belə, amma Qazax elinin xasiyyətinə və xüsusiyyətinə dərindən malikəm! Bu yurdun İsmayıl Şıxlı kimi yazıçısı, daha doğrusu, yad-yabancı kommunizm ideologiyasının qarşısında başını heç bir vaxt əyməyən, əksinə, həmişə öz dəyərli əsərlərində Azərbaycanımızın şanlı keçmişindən, tarixi adət-ənənələrindən və xalqımızın milli kimliyindən ağızdolusu bəhs edən bir igid oğlu vardır. Hansından başlayıb, hansından qurtarasan...... Allah bu torpağa hər şey verib. Qazax camaatı qədər insansevər, qonaqpərvər, Allahını sevən və dininə səmimi qəlbdən bağlı olan ikinci bir camaat tapmaq olduqca çətindir. Hər kəndinin adı dərin məna daşıyır. Bir sözlə, qazaxlı olmaq, Qazaxın suyunu içib, oranın müdrik ağsaqqallarının xeyir-duası ilə böyüyüb boya-başa çatmaq yalnız şərəf və xoşbəxtlikdir!

Böyük və əzəmətli Uca Allah-Təala(c.c) Qazaxımızı və insanlarını qorusun! Öz mübarək nəzərlərini bir an belə olsun ki, bu ocaqdan çəkməsin, amin!

Ərtoğrul Aypar

Oxunub: 6 422
Oxşar xəbərlər
SON XƏBƏRLƏR