dini radikalizm və ekstremizmlə mübarizə

Bu günləri nə yazıq ki, həqiqi Leyli-Məcnun sevgisinin yerini pul hərisliyi, şəxsi maraqlar və iyrənc istəklər tutub


Mirzə Ələkbər Sabir çox gözəl demişdir:

"Qalmayıb sevgi-məhəbbət işığından bir ümid,
Məcnun artistlik edir, Leyli yalandan danışır!"

Allah o kişiyə rəhmət etsin! Həqiqətən, yerində deyib.

Bu gün sevgi kimi bir ali və dəyərli məfhumu ucuzlaşdıran elə adamlar vardır ki, bəlkə Balaxanı zibilliyi onlardan qat-qat qiymətlidir. İnsanlıq anlamından məhrum, yoxsul olan dəyərsiz məxluqlar. Onlar üçün heç bir dəyər, qiymət yoxdur. Çünki, özləri də heç kimə lazım olmayan, faydasız və düşüncədən kasıb olan məxluqlardır. Hər şeyə ötəri və keçici baxırlar, sevgiyə də təbii ki... Bəzən təmiz bir oğlan öz saf sevgisi və insanlığı nəticəsində elə bir səfeh qıza rast gəlir ki, həmin oğlanın həyatı zəhrimara çevrilir və bütün arzuları puç olur. Daha doğrusu, ünvanı səhv salır. Düzünü desək, oğlanın pisi yoxdur, qızlar inciməsinlər, amma oğlanı pis və bədbəxt edən də məhz yenə bu qız tayfasıdır. Əlbəttə ki, hamısına şamil etmirəm, lakin bunların hamısı birmənalı olaraq əsil həyat həqiqətləridir, onları inkar etmək ilə heç nə qazanmarıq. Əksinə, ədalətin üstünə kölgə salmış olarıq.

Bəzən də elə olur ki, mələk kimi bir xanımın qarşısına əzrail xasiyyətli bir oğlan çıxır və o qızı özü ilə çıxılmaz bir bataqlığa doğru aparır.

Dünya təzaddan-ziddiyyətlərdən ibarətdir: yaxşı və pis, qara və ağ, müsbət və mənfi, gözəl və çirkin, xeyir və şər, xoşbəxt və bədbəxt, ac və tox, yaş və quru, imkanlı və kasıb və s. və. i. a.

Əgər iki cütlük arasında dərin məhəbbət vardırsa, deməli, sədaqət, sadiqlik və möhkəm bağlılıq da vardır. Gərəkdir ki, bu müsbət keyfiyyətlərin hamısı bir yerdə cəmləşssin.

Bu günləri yenicə ailə həyatı qurmuş gənc ailələrin 70%-i heç bir-birini sevərək evlənməyib. Ya ailələri məcbur evləndirib və ya ki, var-dövlətə görə evləniblər. Bir sözlə, şəxsi maraq......

Təmiz sevgi və ülvi hisslər tamamilə başqa bir şeydir. Bu, hər adamda, hər cütlükdə olmur. İndiki cavanlar elə düşünür ki, sevgi, sevmək, evlənmək su içmək kimi asandır. Halbuki, heç yatıb doyunca yuxu görməyiblər. O zaman, hansı həyat həqiqətlərindən danışmaq olar? Belə gənclər, xüsusilə sevgini ucuz tutan və onu nəyəsə satan gənc oğlanlar və qızlar əvvəlcə özlərini tərbiyələndirsinlər, mənəvi maariflənsinlər, ondan sonra belə ağır işlərə qol qoysunlar.

Əsil sevgililər, sevginin dəyərini bilənlər və sevgiyə layiqli qiymət verə bilən bəylər və xanımlar orta əsrlərdə, XIX-XX əsrlərdə qaldılar. Əgər bu gün yol gedərkən, qız öz yanında halal əri ola-ola başqa bir yad oğlana baxırsa və bununla paralel olaraq düşüncəsiz baxışları ilə ərini alçaldırsa, onun şəxsiyyətini, qürurunu və ləyaqətini başqa kişilərin ayaqları altına atırsa, o zaman, hansı sevgidən və ər-arvad münasibətlərindən danışmaq olar?! Cəmiyyətimizdə belə başıpozuq və neylədiyini, nə etdiyini, nə edəcəyini, nə istədiyini bilməyən adamlar olduqca çoxdur, nə qədər desən, bir o qədər də var. Ona görə də, Allahdan özümüz üçün xeyirli, faydalı, şərəfli, əsilzadə və bizə həyatımız boyu başucalığı gətirən bir insan ilə ailə həyatı qurmağı arzulayaq! Allah bizə layiq olanı qismət etsin, amin!

Ərtoğrul Aypar

Oxunub: 5 515
Oxşar xəbərlər
SON XƏBƏRLƏR