İndiyə kimi bir neçə kitablarım çıxıb, bir neçə almanaxlarda şeirlərim nəşr olunsa da bu qədər sevinməmişdim.Çox dəyərli ziyalımız, Tibb üzrə fəlsəfə doktoru "Sağlamlığın Qorunması" İctimai Birliyinin sədri, xeyirsəvər Azərbaycan xanımı, Gədəbəyin fəxri Yazgül xanım Abdıyevanın dəstəyi,yazıçı, şair, "Müəllim sözü"qəzetinin baş redaktoru Vahid Aslanın tərtibatçılığı ilə ərsəyə gələn "Gədəbəydə doğulan şairlər" toplusunda şeirlərimin dərc olunmasına çox şad oldum.Çox yüksək keyfiyyəti ilə fərqlənən SBS mətbəəsində nəşr olunan bu toplunun tərtibatı ilə bərabər Gədəbəyin ecazkar mənzərə və müəlliflərin şəkillərinin rəngli verilməsi burda böyük bir əməyin sərf olunmasından xəbər verir.Şairlərin ön sırasında yer almış aşıqların dilindən düşməyən şeirləri ilə bu günümüzdə də ruhumuzu dinləndirən Miskin Abdalın şeirlərinin verilməsi kitaba əmək sərf edən redaksiya heyyətinin tərtibatçı və Yazgül xanımın yüksək peşəkarlığına bir işarədi.Keçmişimizə müraciət - ikinci Aşıq Ələsgərimiz Miskin Vəli,İlyas Tapdığ,Dəmir Gədəbəyli və digər tanınmış şairlərin şeirləri ilə bir kitabda yer almaq mənim üçün bir qürurdu.Çox dəyərlim Yazgül xanım bu kitabı mənə təqdim edərkən "ikinci adam olaraq kitabımızı sənə təqdim edirəm" deməsi bir daha onun bir böyük kimi mənə verdiyi dəyəri hiss etdim.Mən də bir ana kimi, öz xeyir duamı sənə və kitaba əməyi keçənlərə sidqi ürəkdən verirəm, dəyərli balam deyirəm.Sən reklamı sevməsən də mən bir ziyalı kimi belə bir kitab ərsəyə gətirdiyiniz üçün öz fikrimi bildirməliyəm.Uğurlarınız bol olsun,əzizlərim.Siz bu kitabı nəşr etdirməklə burdakı müəllifləri əbədiləşdirmisiniz.
Aybəniz Qaragilə Qafarlı
Oxunub: 4 140