Yolumu kəsən duman
=====================
Bu şerimi yazarkən bütün həyatı düşündüm
Duman , yolumdasan yənə bu sabah
Kəsib yolumu durma sən allah
Sənin götürdüyün bu vaxt , bu zaman,
Ömrümdən - günümdən gedir biləsən
Kəsmə yolumu, kəsmə sən allah.
Qara kölgəmisən, yolum üstündə
Bir yolum vardı ayaq qoyası,
O da itəcəkdi illər içində.
Bu yolda nəqədər arzularım var
Bu mənim ümidim , bu mənim varım
Bu tale yolumdu , ötüb keçməli
Sərt qayalar var yarıb keçməli
Qarlı zirvələr var aşıb keçməli
Hələ nəqədər zərbələr alıb keçməli
Gəl məni , yolumdan etmə sən allah.
Bu yollar uzanan həyat qatarım
Gah səsli - gah səsiz ötüb keçəcək
Səsimdə içimdə səsiz- səmirsiz
Ürəkdi döyünən , susub gedəcək
Çəkil sən allah , çəkil yolumdan.
Qoy baxım üfiqə , baxım səmaya
Çöhrəmə düşəsi saf şəfəqləri,
Çisginli kölgənlə kəsmə sən allah.
Bu yol taleyimdi dedim axı mən
Məni zülmətində itiemə gəl sən .
Bu tale yolumun , duman ay duman
Bir anda səmtini dəyişmə gəl sən.
Bir anı yaşamaq üçün
=================
Səhər açar, günəş doğar yenədə,
Yenə bir gün başlayacaq yenidən,
Saatın, dəyqənin vaxtın hökmündə,
Yenə sənsiz itirəcəm bir gün də.
Hər simada, hər çöhrədə, hər üzdə
Səni gəzdim, bilinməyən ünvanı.
Yoxluğunu bilə-bilə bu yolda,
Gəncliyimi xərclədim mən, yolunda.
Həsrətini doya-doya köksümdə,
Gəzdirirəm ağır-ağır nisgillə
Xəyalımda, itgin düşüb cismində,
Gümanım var tapam səni, isminlə
İllər arxasınca qovduqca məni,
Sirdaş sorağıyla dönmüşəm yenə
Sənin gözlərində itmək üçün mən,
Zaman-zaman özümü də itirmişəm mən
Nisgili, kədəri, həsrəti, qəmi,
Sən, mənim yolumda nə zənn etdin ki,
Sənin yanındakı, dincliyim üçün,
Qəlbimə ələnən rahatlıq üçün,
Bir anı beləcə yaşamaq üçün,
Özümü ölümə də, təslim edərdim
Sənin xəyalında yaşamaq üçün.
Gözlərin
-------
Bir albom hazırla fotolarından,
İçində sadəcə gözlərin olsun.
Nə kədər, nə acı, nə həsrət, nə qəm,
Sadəcə parlayan gözlərin olsun.
Xoşbəxtlik içində, sevinc içində,
Bəxtəvər gözlərin şəklini göndər.
Nigaran olmasın, dərdli olmasın,
O, bir cüt incinin şəklini göndər.
Bəzən sevgimin naxışlarıyla,
Bürün məhəbbətə çək mənə göndər.
Ruhumu doyuran baxışlarının,
Sadəcə çək mənə şəklini göndər.
Bu şəhərdə iki sakin yaşaya
Bir şəhər istəyirəm,
Tək, tənha küçələrində gəzim dolaşım,
Bir mən olum, Birdə ki, həmin şəhər.
Döngələrində, dar küçələrində itib batam,
Dolana-dolana gəlib Bir evin qarşısında dayanam.
Qaranlıq çökmüş bu şəhərdə,
Bir ışıq yana, oda bu evdə.
Pəncərəsindən süzülüb Gözümə düşə bu işıq,
Xoş nəfəsin tək üzümə yayıla, Qəlbə sıza bu ışıq.
Məni qaranlıqdan qopara,
Sevgi dolu bir sabaha apara bu işıq.
Bu şəhərdə iki sakin yaşaya,
Biri mən, biridə ki, sən.
Oxunub: 1 086