NİYƏ YENƏ OYAQSAN
Niyə yenə oyaqsan nədir incidən səni?
Yenədəmi başinda dolaşir hey suallar.
Yuxunu çəkən nədir gecənin bu saatı?
İcindəki arzular, yoxsa qəmli xəyallar?
Yenədəmi başını şeirlərlə qatırsan?
Axıdirsan vərəqə yenəmi göz yaşını?
Gecə oyaq olursan gündüzləri həmçini,
Görən nə vaxt atacan bu kədərin daşını.
Artiq qışda gəlibdir soyuq-sazaq qar boran,
Birazdan uşüyəcək sənin elin ayagin.
Hamını isitməyə bir əzizi gələcək,
Sənin isə dərd əzab olacaqdır qonagın.
Yenə həsrət qoxacaq mürgülü baxışların,
Tək otaqda bir işıq səhərəcən yanacaq.
Bəlkə kimsə ovuncaq bir kimsənin yaninda,
Sənin isə ürəyin bir həsrətdən donacaq.
Yenə bada verecən neçə -neçə saati,
Saatın əqrəbidə bezib sonda duracaq.
Gece yatıb səhəri bir zəngə oyanarlar,
Sənin oyanış zəngin görən nə vaxt vuracaq?
Almaz İlahə