dini radikalizm və ekstremizmlə mübarizə

Ürəyin var olsun əziz insan

Ürəyin var olsun əziz insan
Qəlbi yaralı qadınlar susmağı seçər daha çox.
Danışmağa sözləri olmadığından deyil
Onları anlayacaq birinin olmamasindan irəli gelir
Qadınların susqunluğu ilə demək istədiklərini hər kişi anlamaz və anlamağa çalışmaz çünki yorular bezər
Və qadın susqunluğunun nə qədər dəyərli olduğunu anlamazlar
Qadın əvvəllər danışardı nə çox danışdın deyilərdi
sonra susar eyni qadın yenə niyə susdun deyər eyni insanlar
Amma susan qadın artıq danışmaqdan imtina edən qadındır. Yalnızlığı özünə dost
susqunluğu sirdaş bilən qadın
Susqun qadın yaralı qadındır əslində.
Ətrafından yara alan və aldığı yaralar nəticəsində susqunluğa məhkum edilən qadınlar var.
Yara deyirəm üzdə görünən yaralar yox
Qəlbində olan yaraları nəzərdə tuturam
Hansı ki qəlbdə bəzi yaralar olur heç kimə deyilməyən
heç kimlə paylaşılmayan yaralar. İnsan ən çoxda yaxınlarına qorxar deməyə yaralarını
Neçə dəfə dilinin ucuna gələr o cümlə amma qorxar insan deməyə ağlındakını.
Bəzən yazar bəzənsə sadecə susar......
Beynini dayanmadan yeyən
qəlbini dayanmadan parçalayan
bəzi yaralar var
heç kimlə paylaşılmayan
O yaraları Allaha danışa-danışa bir tək allaha inanar ona yaxın olar Öyrəşə bilmir bu dünyaya
sevə bilmir yaşadığımız həyatı.
Bəzən isə o yaraları yazada bilmir Yazmağa qorxur ?
yazmağa çəkinir ?
Yox bəlkə də qorxum sözlərinin kifayətsiz olmasıdır
Sözlərinin yaralarını ifadə etməyə yetərsiz qalmasıdır
Yaşadıqlarıdırmı nəzərdə tutduğu yoxsa yaşamaq istəyib də
yaşaya bilmədiklərimi ?
Əlindən alınan uşaqlığımı idi nəzərdə tutulan
yoxsa əlindən alınan gəncliyimi ?Haram sevdamı idi dərdi
yoxsa halal olduğu halda nəsib olmayan sevdamı idi onu yaralayan?Anlamaq çətin deyil məncə anlayana ..........
Qadın nə istər ?
Susqunluğundan anlaşılmaq istər bir qadın.
Danışdıqlarını deyildə danışmadıqlarının dinlənilməsini istər.
Yorular susqun qadın yorular
Ətrafındakılar yaxınları hiss etməz bəzən bunu
Yaralanar susqun qadın yaralanar Qəlbi yorular gözündən axar yaşı amma gizlədər göz yaşlarını
Silər göz yaşlarını heç kim görməsin deyə.
Sonra elə davranar ki sanki yarım saat əvvəl ağlayan o deyilmiş kimi Anlatmaq istəməz çünki alışmışdır artıq yaralarına
Ümid edər gələcək xoşbəxt günlər bir gün
Sadecə bir az səbr və çoxlu dua ilə gələcək xoşbəxt günlər.
Yoldaş sirdaş və yaxudda ki onu anlayan biri
necədə gözəl sözlərdi ( Yoldaş sirdaş və yaxudda ki onu anlayan biri )
arxa dayaq olacaq bir kəs
möhkəm çiyin
necə də gözəl sözlərdi
Susqun qadın baxışlarından anlaşılmaq istər.
Susqun qadın saf deyil lazım olandan çox güvənir sevdiklərinə Bəziləri bildiyini sanar anladığını sanar
amma heç kim yaralarını tam olaraq bilməz.
Susqun qadın qəlbi qan ağlarkən üzü gülən qadındır.
Susqun qadın hər gün yalnızlığa məhkum edilən qadındır.
Ümid Amin.
PS : Yazında sanki məni vəsf etmisən ... Ürəyin var olsun əziz insan.

Oxunub: 1 337
Oxşar xəbərlər
SON XƏBƏRLƏR