dini radikalizm və ekstremizmlə mübarizə

Yaşasaydı 22 yaşı olacaqdı

Yaşasaydı 22 yaşı olacaqdı 26 oktyabir Sevgi şairi Təhmin Yaquboğlu - nun doğum günü idi. Sosial şəbəkədə onun don şerlərindən biri ilə qarşılaşdım. Yaşasaydin indi 22 yaşini qeyd edecdilər amma heyifki vaxtsiz əcəl onu sevənlərimdən tez ayirdi. Qardaşı onun rəsmini və şerini paylaşaraq qeyd etmişdi.Doğum günün mübarək əziz qardaşim, nur içində yatasan məkanin cənnət olsun.
Tehmin Yaquboglunun bir il bundan öncə yazdiği şeir
26-10-1993>>>26-10-2014
Müəllif: Təhmin Yaquboğlu

Bu gün ad günümdə tənhayam sənsiz,
Otağım qaranlıq tənha və səssiz.
Yaman darixiram sənsiz çox, hədsiz.
Mən hiss edirəm özümü kimsəsiz.

Hər gələn mesaja tez yüyürürəm
Başqa mesajlara fikir vərmirəm,
Tək sənin mesajnı mən gözləyirəm,
Səninsə hədiyyən ayrılıq oldu.

Telfonda mesajı bir-bir çevirib
Sənin mesajını axtarıram mən,
Çoxundan təbrik mesajı gəlib,
Sənin mesajını tapmayıram mən.

Ad günüm gecəsi yaman dərtliyəm,
Dostlarım şadlanır mənsə qəmliyəm.
Daxilən ağlayıb üzdən gülürəm
Beləcə dərdimi mən gizləyirəm.

İçimdə gizlədib mən bu sevgimi,
Səni ömür boyu gizli sevəcəm.
Qəlbimdə dəfn edib dərdi-qəmimi,
Qəlbimdə ağlayıb, üzdən güləcəm,
Hər doğum günümü belə edəcəm.

Oxunub: 1 316
Oxşar xəbərlər
SON XƏBƏRLƏR