Çimərliklərə xarici dil bilən ofisiantlar cəlb edilir - Turistlər artıb - QİYMƏTLƏR
Son günlər havaların isti keçməsi çimərliklərə üz tutanların sayını artırıb.İstirahət üçün pulsuz çimərliklərə gedənlərlə yanaşı, özəl çimərliklərə gedənlər də az deyil. Özəl çimərliklərə gedənlərin sayının çox olması buradakı xidmətlərin qiymətini gündəmə gətirir.
Çəkiliş zamanı məlum oldu ki, əksər özəl çimərliklər yay fəslinə tam hazır vəziyyətə gətirilib və xidmətə başlayıb. Çimərliklərin bəzilərinə giriş pulsuzdur, yalnız göstərilən xidmət qarşılığında pul alınır. Bəzilərinə isə giriş pulludur.
Çimərliklərin əksəriyyətində çardaq və ya stol-stul dəstindən istifadə 5-10 manata başa gəlir.
Burada çayın qiyməti iki manatdan başlayır.
Özəl çimərliklərdə 2 nəfər üçün yemək sifarişi 20 manatdan ucuz deyil.
Bəzi çimərliklərdə istirahətə gələnlər üçün "fastfood" yeməklər də təklif olunur.
Əvvəlki illərlə müqayisədə, bu il çimərliklərə gedən turistlərin sayının da artacağı gözlənilir. Bu məqsədlə çimərliklərə xarici dil bilən ofisiantlar da cəlb edilir.
Aydın Ulusoy
Oxunub: 1 526